Facebook Twitter WhatsApp

Halal tikə

    Haram yeyən insandan kəramət gözləmək olmaz, belə bir şeyin olması da mümkün deyil. Halal tikə qəlbi nurlandırar, insan daha da asan ibadət edər. Haram tikə isə insanı şeytanın oyuncağı edər.

    Bir gün İbrahim Əthəm həzrətləri dedilər ki

    - Əfəndim, bir gənc var, gecə-gündüz ibadət edir, vəcdə gəlib özündən gedir. Hər hərəkəti kəramət, uçur və uçurur.

      İbrahim Əthəm həzrətləri buyurdu ki

     -Burda bir iş var.

   - Siz də gəlin görün əfəndim, qəribə bir gəncdir!

   - Yaxşı, gedək.

    Gedib baxdı ki, dedikləri kimi; “Ya Rəbb! İnşallah şeytandan deyildir” diyə düşündü. Gəncə dedi ki

     -Dəliqanlı mən səni çox sevdim. Axşam gəl bizə yemək yeyək.

      Dəliqanlı axşam olan kimi gəldi. İbrahim Əthəm həzrətləri torbasından bir tikə çörək çıxardıb dedi ki “Buyur övladım, bunu ye” Gənc, “Bismillah” deyib tikəni yedi. Ancaq, bütün halları getdi, bir şey qalmadı. Çaşmış vəziyyətdə soruşdu

     - Hocam, sən mənə nə elədin

    - Mən bir şey eləmədim, sadəcə çörək verdim.

    - Məndəki kəramətlər nə oldu

    -O kəramət hesab etdiyin şeylər şeytandan idi. Hər tərəfin şeytanlarla dolu idi. Halal bir tikə yeyən kimi əsl halın meydana çıxdı.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину