Facebook Twitter WhatsApp

Bizdən nə öyrəndin

Mürşidi-kamilin biri, bir tələbəsinə soruşar:

- Övladım, neçə ildir ki, bizi tanıyırsan?

- 22 ildir Xocam.

- Bu qədər zamanda bizdən nə öyrəndin?

- Üç şey öyrəndim.

- Nədir onlar?

- Birincisi, Xocam dediniz ki: “Etdiyin işin, söylədiyin sözün hesabını ver. Kimə? Kim soruşursa. Əmirinə ver, insanlara ver, qanunlara ver, vicdanına ver, dininə ver. Bu hesab bir gün necə olsa soruşulacaq səndən. Ona görə hərəkət et, ona görə danış.” Bunu özümə prinsip əldə etdim və tətbiq etməyə çalışıram.

- İkincisi, nədir?

- Yenə dediniz ki: “Ağılla, məntiqlə din olmaz. Olsaydı Peyğəmbərlərə, kitablara lüzum qalmazdı. Dinimiz nəql dinidir. Allahu təala, nə bildirmişdirsə, Peyğəmbər əfəndimiz necə açıqlayıb nə bildirmişdirsə, məzhəb imamlarımız, əhli-sünnə alimləri bunları necə sistemləştirib, hər kəsin anlayacağı şəkildə necə nəql etmişdirsə, eləcə inanıb tabe olmaq lazımdır. Yoxsa insan fəlakətdən xilas ola bilməz. Müctəhidlərin fərqli ictihadları rəhmətdir, bunu Peyğəmbər əfəndimiz buyurub. Allahu təala belə olmasını murad etmişdir. Yoxsa tək hökm bildirirdi, o zaman müsəlmanların işi çətin olardı, yerinə yetirə bilməyənlər harama və ya küfrə düşə bilərdi. Bu asanlıq, bir lütfi-ilahidir.” Bunun belə olduğunu şəxsən, şübhə etmədən yaşadım və ağlımı buraxdım, rahat etdim”.

- Üçüncüsü, nədir övladım?

- Yenə dediniz ki: “nsanların ən alçağı, böyükləri özü kimi zənn edənlərdir. Böyüklər, Peyğəmbər əfəndimizin varisləridir. Ana bətnində şaki (cəhənnəmlik) olanlar, böyüklərə dil uzadar, səid (Cənnətlik) olanlar isə nə qədər günahkar olsa belə, onlara dil uzatmazlar. Allahu Təalanın rizası, onların iki dodağı arasındadır. İnkar edənlər Peyğəmbər əfəndimizin vaxtında yaşasalardı, Onu da inkar edərdilər. Sevip tabe olanları o zaman yaşasalardı, əshabi-kiram olardılar. Çünki yol eynidir. Allahu təaladan gələn nemətlərin şərti yoxdur, dinli-dinsiz, istəsin-istəməsin hər kəsə gələr. Ancaq Peyğəmbər əfəndimizdən gələn nemətlərin iki şərti vardır, birincisi Onu təsdiq etmək, ikincisi Onu sevməkdir. Gələn nemətlərin dərəcəsi bu sevgiyə bağlıdır. Bu, Rəsulullah əfəndimizin sağlığında belə idi. Vəfatından sonra nə oldu? Nə olduğunu şəxsən özü bildirir: “Qəlbimdə nə varsa, qardaşım Əbu Bəkrin qəlbinə axıtdım” buyurur. Bu əmanətlər silsilə yolu ilə varislərindədir. Sevməyin və inkarın hara getdiyini unutmamaq lazımdır. Sevmək itaət deməkdir, tam etməsə belə boyun büküb, qüsurunu qəbul etməkdir.”

Ona görə də Xocam, bu üç şey mənə çox təsir etdi, inandım, tətbiq etməyə çalışıram, çox rahat etdim.

- Bu üç şeydən başqa bir şey öyrənmədinmi? Məsələn Əhli-sünnə etiqadı, namaz, oruc, bidətin zərəri kimi xüsusları öyrənmədinmi?

- Bəli Xocam, onların hamısını öyrəndim amma, bu üçü məni təsir etdiyi üçün, bunları saydım.

- Maşallah bu hal üzrə davam edərsən, umduqlarına qovuşar, qorxduqlarından əmin olarsan.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину