Facebook Twitter WhatsApp

Ölərkən belə bir-birlərini düşündülər

Yərmuk döyüşündə, əshabi-kiram bir çox şəhid verdi və bir çoxu da qazi oldu. Şəhadət şərbəti içərkən belə bir-birlərinə nə qədər bağlı olduqlarını, bir-birlərini nə qədər sevdiklərini göstərdilər. Əshabi-kiramın böyüklərindən Həzrəti Hüzeyfə deyir:

“Yərmuk müharibəsində idik. Döyüşün şiddətli tərəfi keçmiş və nizə zərbələri ilə yaralanan müsəlmanlar yıxılıb qaldıqları qaynar qumların üzərində can verirdilər. Bu vaxt mən də güc-bəla ilə özümü ələ alaraq əmim oğlunu axtarmağa başladım. Son anlarını yaşayan yaralıların arasında bir az gəzdikdən sonra nəhayət onu tapdım. Lakin nə çarə! .. Bir qan seli içində yatan əmim oğlu, göz işarələri ilə belə çətin danışırdı. Dodaqları hərarətdən sanki yanmışdı.

Daha əvvəl hazırladığım su qabının ağzını açıb suyu ona doğru uzadarkən, bir az kənardakı yaralıların arasından İkrimənin səsi eşidildi, “Su! Su! ...”

Əmimin oğlu Haris, bu fəryadı eşidər-eşitməz göz və qaş işarəsiylə suyu dərhal İkriməyə aparmağımı istədi. Qızğın qum üzərində yatan şəhidlərin aralarından qaça-qaça İkriməyə yetişdim və dərhal qabı ona uzatdım. İkrimə əlini qaba uzadarkən İyaşın iniltisi eşidildi: “Allah rizası üçün bir damla su!”

Bu fəryadı eşidən İkrimə, əlini dərhal geri çəkərək suyu İyaşa aparmağımı işarə etdi. Suyu o da içmədi. Mən tuluğu alaraq şəhidlərin arasından dolaşa-dolaşa İyaşa yetişdiyim zaman onun son nəfəsində kəlmeyi-şəhadəti söylədiyini eşitdim.

Mənim gətirdiyim suyu gördü. Lakin vaxt qalmamışdı ... Başladığı kəlmeyi-şəhadəti ancaq bitirə bildi. Dərhal geri döndüm, qaça-qaça İkrimənin yanına gəldim. Tuluğu uzadarkən bir də nə görsəm yaxşıdır! Onun da şəhid olduğunu müşahidə etdim. Bari dedim, əmim oğlu Harisə yetişdirim. Qaça-qaça ona gəldim. Nə çarə ki, o da atəş kimi qumların üzərində qovrula-qovrula ruhunu təslim edib, şəhid olmuşdu.

Allahu təala Əshabi-kiramı müxtəlif vəsilələrlə tərifləyir. Ayəti-kərimələrdə məalən buyurulur ki:

“Onlar bir-birinin dostudurlar.” [Ənfal 72]

“Onlar kafirlərə qarşı şiddətli, çətin, lakin, bir-birlərinə qarşı mərhəmətlidir.” [Fəth 29]

“Hamısı üçün Hüsnanı [Cənnəti] söz verirəm.” [Hədid 10]

“Allah onlardan razı olmuşdur, onlar da Allahdan razıdırlar. Allah onlara içində əbədi qalacaqları, ağacları altından çaylar axan Cənnətlər hazırlamışdır.” [Tövbə 100]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину