Gözəl İslam / Namazdan sonrakı vəsvəsə

Namazdan sonrakı vəsvəsə

Sual: Dəstəmazda, namazda, təmizlikdə və niyyətdə vəsvəsə edirəm. Qurtuluş çarəsi nədir?
CAVAB
Vəsvəsə, zərərli olan şübhə, vasvasalıq deməkdir. Hədisi- şərifdə, Vəsvəsə şeytandandır. Dəstəmaz və qüsul alarkən, nəcasət təmizləyərkən, şeytanın vəsvəsəsindən çəkinin buyuruldu. (Tirmizi)

Vəsvəsə etmək günahdır. Vəsvəsə edən imamın arxasında namaz qılmaq məkruhdur. Vəsvəsə, suyu israf etməyə səbəb olur. İsraf isə haramdır. Vəsvəsə, namazı gecikdirməyə, camaatı, hətta namaz vaxtını ötürməyə səbəb olur. Vaxtı, ömrü zay etməyə səbəb olur. Başqalarının paltarının, yeməyinin nəcis olmasından şübhə edər ki, bu da sui-zənndir, müsəlmanlara sui-zənn etmək haramdır. Özünü ehtiyyatlı zənn edib, təkəbbürlü olur.

Dəstəmazın, təharətin və namazın şərtlərini, sünnətlərini, məkruhlarını bilməyən vəsvəsə xəstəliyinə tutulur. Bunları bilib, yerinə yetirdikdə, şübhəyə düşməməli, yaxşı və tamam etdiyinə inanmalıdır! Belə inanmaq ehtiyyat olar. Şübhəyə düşmək vəsvəsə olar. Vəsvəsə sahibi rüxsət ilə əməl etməlidir! Qəlbi pis əxlaqdan təmizləməkdə, qul haqlarını gözləməkdə və haramlardan çəkinməkdə, vəsvəsə olmaz. Vəra və təqva olar. (Hadiqa, Bəriqa)

Bilən vəsvəsə etməz
Vəsvəsədən qurtuluş çarəsi, hansı məsələdə vəsvəsə edilirsə, dinimizin o mövzudakı hökmünü yaxşı bilməkdir. Yaxşı bilən vəsvəsə etməz. Hər müsəlman haramlardan, şübhəli şeylərdən, hətta mübahların artığından da çəkinməlidir! Buna əzimətlə hərəkət etmək deyilir. Günah olmayan, caiz olan işləri etməyə, rüxsətlə hərəkət etmək deyilir. Ehtiyac olmadıqca, rüxsətlə əməl etməməlidir! Əzimətləri, yəni çətin gələn işləri etməyənin, rüxsətlə, yəni asan olan, izn verilən işi etməsi, əziməti etmək kimi savab olur. İmam Rabbani həzrətləri, “Lazım olduqda ən asan fətvaya uymaq olar. Allahü təala insanlara çətin gələn şeyləri deyil, asan olanların əməl olunmasını istəyir. Çünki insan zəif, dözümsüz yaradılmışdır” buyurur.

İmam Şarani həzrətləri buyurdu ki: Ehtiyac halında rüxsətlə əməl etməlidir! Hədisi-şəriflərdə buyuruldu ki:
Allahü təalanın verdiyi asanlıqlardan, rüxsətlərdən istifadə edin!” [Buxari]

“Rüxsətlərdən istifadə etməyən, Ərafat dağı qədər günah işləmiş olur.” [Tabərani]

“Allahü təala, əzimətlə hərəkət edilməsini sevdiyi kimi, rüxsətlə də əməl edilməsini sevir.” [Beyhəqı]

“Bir zaman gələcək, insanlar təmizlikdə həddindən artıq vasvası olacaqlar, [vəsvəsəyə düşərək] dində həddi aşacaqlar.” [Əbu Davud]

Şeytan namazı qıldırmaq istəmir. Namaz qılana da “Madam namaz qılırsan, gözəl dəstəmaz al, doğru namaz qıl, quru yer qalmasın, yaxşı yu, namazın olmadı, yenidən başdan qıl!" kimi vəsvəsələr verib sıxıntıya salır. İbadətlər məkruh olmaqla qalmaz, ruhi xəstəliklərə aparar.

Dinimiz asanlıqlar, rüxsətlər dinidir. Məsələn, dəstəmaz aldığını bilib sonra pozulduğuna şübhə edənin dəstəmazı var deməkdir. Dəstəmaz aldıqdan sonra, quru yer qalmışdır zənnilə yenidən dəstəmaz almaq lazım deyil. Təkrar dəstəmaz almaq məkruh olar. Dəstəmaz aldıqdan sonra alt paltarında yaşlıq görüb, sidikdir, yoxsa sudur deyə şübhə edən, dəstəmazdan əvvəl paltarına su səpməlidir! Sonra orada bir yaşlıq görəndə “Bu mənim səptiyim sudur” deməlidir. Hətta o yaşlıq sidik belə olsa, onun sidik olduğu dəqiq bilinmədiyi üçün yumağa gərək olmaz.

Yaş ayaqla nəcis yerdə gəzilsə, yer qurudursa ayaqlar nəcis olmaz. Paltarın və ya bədənin bir yerinə nəcasət bulaşsa, bulaşan yeri tapa bilməyib, nəcis zənn etdiyi başqa yeri yusa, nəcasəti təmizləmiş qəbul edilir. Hətta namazdan sonra nəcasətli yer meydana çıxsa, bir qövlə görə, qıldığı namazı yenidən qılmaq lazım olmaz.

Uşaq pencəyin sağ qoluna işəyib, ancaq biz sağ qol olduğunu bilmirik, deyəsən sol qoldur deyib pencəyin sol qolunu yusaq sidik olan sağ qol da təmiz kimi qəbul edilərək namazımız səhih olar. Əsas olan şey quru yerin qalmaması deyildir. Quru yer qalsa da biz bunu bilmiriksə, bu tamamdır. Ölçü edilib-edilmədiyini bilməməkdir. İmam Qazali həzrətləri qidalarda donuz yağı kimi nəcis şeyləri izah edərkən buyurur ki:
Allahü təala, “Mütləq surətdə nəcis olmayanı, təmiz olanı yeyin” demir, “Nəcis olduğunu bilmədiyiniz, təmiz zənn etdiyiniz qidaları yeyin” buyurur. Əgər “Mütləq surətdə nəcis olmayanı yeyin” desəydi bu çox çətin, hətta imkansız olardı.

Dəstəmaz və qüsul üçün də quru yer qalmasın demir, quru yer qaldığını bilmiriksə, quru yer qalsa belə, hər yer islanmış qəbul edilir.

Dəstəmazda quru yer qalsa, ancaq quru yer qaldığını bilməyən o hissəni yumaz. Mən burada quru yer qaldığını bilmirəm, elə isə bura yuyulub deməlidir və oranı daha yumamalıdır. Yenə qəlbdə bura yuyulmadı, deyə zənn qala bilər. Qalsın, ona etibar etmək olmaz. Dinimiz belə əmr edərkən niyə dinimizin əksini edək ki? Quru yer qaldı zənnilə təkrar yumağı dinimiz əmr etmir, əksinə qadağan edir. Yəni insan yuyunduğuna qənaət gətirməsə də, dinimiz qənaətə gəlməyi istəmir. Qəlbin rahat olmasını istəmir. Məndən tələb olunan şey, üç dəfə yumaqdır və quru yer qaldığını bilmədikcə bilməmək ölçüdür. Bu ölçünü unutmamalıyıq. Mən quru yer qaldığını bilmirəm, o halda dəstəmazım tamam oldu deməlidir. Qəlbin arxayın olmasını, qənaətə gəlməsini gözləmək lazım deyil. O onsuz da asanlıqla ələ keçməz. Bunun kimi, imam ateist olsa da, ancaq biz onu bilmədiyimiz üçün onunla qıldığımız namazlar səhihdir.

1-04-2021, 17:36
Geri