Gözəl İslam / Şeytanın hiylələri və etirafları

Şeytanın hiylələri və etirafları

 İbn Abbas həzrətləri rəvayət edir:
Rəsulullahla birlikdə idik. Bir nəfər izn istəyib içəri girmək istədi.
Rəsulullah “O İblisdir” dedi. Həzrəti Ömər, “Ya Rəsulallah, izn verin onu öldürüm” dedi. “Ya Ömər, bilirsən ki, ona bəlli bir vaxta qədər möhlət verilib. Qapını açın gəlsin” buyurdu. Şeytan, içəri girdikdə “Mən buraya məcburən gəldim. Allah göndərdi məni. İnsanları necə aldaddığımı doğru şəkildə danışacağam” dedi. Rəsulullah əfəndimiz soruşdu:

- Sevmədiyin və düşmən olduğun şəxslər kimlərdir?
- Dünyada ən çox sevmədiyim və düşmən olduğum kimsələr, başda sənsən. Sonra adil sultanlar, təvazökar insanlar, şükr edən və zəkatını verən zənginlər, halından şikayətçi olmayan səbirli, qənaətkar və ehtiyacını bildirməyən müsəlman yoxsullar, doğru sözlü tacirlər, ixlas sahibi və elmi ilə əməl edən, şübhəli işlərdən çəkinən alimlər, dini-İslamı yaymağa çalışan mücahidlər, əmri-məruf və nəhyi-münkər edənlər, insanlara qarşı mərhəmətli olanlar, tövbəyi-nasuh ilə tövbə edənlər, haramdan çəkinənlər, təqva əhli gənclər, daima dəstəmazlı olanlar, daima xeyir və həsənətdə öndə gedən səxavət sahibləri, həya və ədəb sahibi gözəl xasiyyətli, insanlara faydalı olan müsəlmanlar, Qurani- kərimi təcvidə uyğun oxuyan hafizlər, namazı vaxtında qılanlar və hamı yatarkən namaz qılan kimsələrdir. Möhtacları tapıb sədəqə verənləri də sevmirəm.


- Sevdiyin və dost olduğun şəxsər kimlərdir?
- Zalım idarəçilər, təkəbbürlü zənginlər, xain tacirlər, alkoqollu içki içənlər, pis yerlərdə təğənni edən, mahnı oxuyan, fühuşla məşğul olanlar, yetim malı yeyənlər, simiclər, yalan söyləyənlər, qeybət edənlər, söz gəzdirənlər, oğrular, Allahdan qeyrisi üstünə and içənlər, şərt olsun deyərək dəqiqə başı nikah üstünə and içənlərdir. Onların beləcə nikahları gedir, uşaqları vələdi-zina olur. Fərz borcu varkən nafilə ilə məşğul olanlar, zəkat verməyib sədəqə verənlər, namaza əhəmiyyət verməyən və geçikdirənlər, təmizlikdə, dəstəmazda, namazda vəsvəsə edənlər, tuli-əmələ [uzun dünya arzularına] sahib olanlar, tez qəzəblənib qəzəbini yenə bilməyən kimsələr mənim dostum, sevdiyim kəslərdir.

- Kimləri necə aldatmağa çalışırsan?
- Ən qüvvətli adamlarımın bir qismini alimlərə göndərirəm. Bəzisini gənclərə, bəzisini şeyxlərə, bəzisini də qoca qadınlara müsallat edirəm. Bir qismini abidlərə, bir qismini də zahidlərin başına dərd edirəm. Keçmiş ümmətlərdən bir abid tam 70 il ixlasla Allaha ibadət etdi. Bu ibadətlərinin nəticəsində ona elə bir hal ehsan edilmişdi ki, dua etdiyi hər xəstə şəfa tapardı. Onun arxasınca düşdüm. Ona elə fəndlər qurdum ki, içki içirdim, zina etdirdim, qatil etdim və sonda onu küfrə saldırdım.

- Ən çox nəyi sevirsən?
- Yalanı və təkəbbürü sevirəm. Çünki ilk yalan söyləyən və ilk təkəbbürlənən mənəm. Yalan söyləyən və təkəbbürlənən adam mənim dostumdur. Yalan və təkəbbür mənim sifətlərimdəndir, kimdə nə qədər varsa, o qədər mənə bənzəyir.

- Sənə görə ən böyük günah hansıdır?
- Dünya sevgisi və baş olma sevdası.

- Bir müsəlman namaz qıldıqda, Quran oxuduqda, tövbə etdikdə nə edirsən?
- Namaz qılarkən məni adətən bir titrəmə tutur. Quran oxuduqda, o zaman əriyirəm, eynilə ocaqda əriyən bir qurğuşun kimi. Tövbə etdikdə, belim qırılır, saçımı-başımı yoluram, bütün zəhmətlərim hədər oldu deyə ah-fəryad edirəm.


Şeytanın hiylələri
İblis yer üzünə endiyi zaman Allahü təaladan soruşdu:
- Ya Rəbb, məni qovdun və yerə endirdin. Mənim evim yoxdur.
- Evin hamamlardır.

- Yığıncaq yerlərim haradır?
- Küçələr, dükan-bazarlar.

- Yeməyim nədir?
- Bəsmələsiz yeyilənlər.

- İçkim nədir?
- Alkoqollu içkilər.

- Azanım nədir?
- Çalğı alətləri.

- Kitabım nədir? Nə oxuyacağam?
- Uyğunsuz şeirlər.

- Mənim hədislərim nədir?
- Yalan sözlər.

- Ov aləti və tələm nədir?
- Pis qadınlar.

- Yataq yoldaşım kimdir?
- Bəsmələsiz yatağa girənlər və sərxoşlar.

- Yol yoldaşlarım kimlərdir?
- Yola çıxarkən, mənim razılığımı qazanmaq deyil, nəfsinin arxasınca getməyi düşünənin yol yoldaşı olacaqsan.

- Köməkçilərim və elçilərim kimdir?
- Bidət əhli sənin köməkçilərindir, cadugərlər elçilərindir.

- Qardaşlarım kimdilər?
- Mallarını israf edənlər və pis yolda xərcləyənlər sənin qardaşlarındır.

24-03-2021, 15:43
Geri