Facebook Twitter WhatsApp

Şəhidlik ucuzdurmu?

Sual: Bəzi yoldaşlar, Məhməd Darəndədən bəhs edərkən şəhiddir, deyirlər. Döyüşdə ölmədən də şəhid olmaq mümkündür? Şəhidlik o qədər ucuzdurmu?
CAVAB
Şəhidlik ucuz deyil, çox qiymətlidir. Küfr hər tərəfə  yayılıb. Çox adam imanla belə ölmür. İmansız ölən necə şəhid ola bilər? Əlbəttə şəhidlik çox dəyərlidir. Mərhum Məhməd Darəndə, bir neçə cəhətdən şəhiddir. Din kitablarında bildirilən şəhidlik çeşidi çoxdur. Bir neçəsi bunlardır:

1- Əhli-sünnət etiqadını meydana çıxarmağa çalışanlar şəhiddir. (Məktubatı-Rabbani)

Mərhum Məhməd Darəndə, Əhli-sünnət etiqadını yaymaq üçün gecə-gündüz çalışırdı.

2- Din öyrənməyə və öyrətməyə gedərkən ölən şəhiddir. Dörd hədisi-şərif məalı:
“Dinini öyrənmək, öyrətmək və yaymaqda ikən ölən şəhiddir.” [İbn Asakir]

“Əmri-məruf və nəhyi-münkər edərkən ölən şəhiddir.” [İbn Asakir]

“Tərk edilmiş bir sünnətimi ortaya çıxarana yüz şəhid savabı vardır.” [Hakim]

“Fitnə zamanında sünnətimə sarılana yüz şəhid savabı vardır.” [Hakim]

Mərhum, bu hədisi-şəriflərə uyğun iş görərkən şəhid olmuşdu.

3- Namazı tadili-ərkanla qılmağı meydana çıxaranlar şəhiddir(Məktubatı-Rabbani)

Mərhum, namazın əhəmiyyətini bildirən kitabları paylayarkən şəhid olmuşdur.

4- Namazını doğru qılan şəhid olaraq ölür. Bir hədisi-şərif məalı:
“Beş vaxt namazı doğru qılana, hər gün üçün min şəhid savabı verilir.” [Tərgibi-Hadimi]

Mərhum, namazını axsatmayan və doğru qılan biri idi.

5- Yüksəkdən yıxılmaq, dağıntı altında qalmaq, heyvanın parçalaması kimi səbəblərlə ölən mömin, şəhid olur. (Rəddül- muxtar)

Mərhum da avtomobil qəzasında şəhid olmuşdu.

6- Dəstəmazlı ölən şəhid olur. Bir hədisi-şərifdə, “Dəstəmazlı ölən şəhiddir” buyurulur. [Deyləmi]

Mərhumun dəstəmazlı olduğunu yoldaşları bildirmişdir.

7- Allahü təalanın yolunda şəhid olaraq ölməyi istəyən şəhid olur. İki hədisi-şərif məalı:
“Allahü təaladan ixlasla şəhidlik istəyən yatağında ölsə də şəhid olur.” [Müslim]

“Şəhidlərin çoxu yataqda ölür. Döyüşdəkilərin niyyətini ancaq Allah bilir. [İ. Əhməd]

Mərhum, həmişə Allah yolunda çalışar, Allah yolunda ölməyi arzu edərdi. Sonda arzusuna qovuşdu.

Şəhid Məhməd Darəndə

Özünü vəqf etdin uca xidmətə,

İrfan çayı kimi axdın Darəndə.
İxlasla qovuşdun böyük nemətə,
Elmi kəndə apardın, Darəndə.

Vəzifəyə qaçar, yaz-qış deməzdin,
Fani rahatını heç düşünməzdin,
Yalançı dünyaya qiymət verməzdin,
Yalnız axirətə baxdın, Darəndə.

Qüdsi yolda ixlas oldu sərmayən,
Allah rizasıydı mübarək qayən,
Haqqa təslim oldun, yüksəldi payən,
Uca məqamlara çıxdın, Darəndə.

Əmri-məruf idi bütün düşüncən,
Cihad ilə keçdi gündüzlə gecən,
Neçə sünnət ehya etdin tədricən,
Saysız bidəti yıxdın, Darəndə.

İstədin insanlar gərçəyi görə,
Ayağına qədər getdin kimlərə,
Dərnəyə, kafeyə, ən ucqar yerə,
Elm toxumunu əkdin Darəndə.

Nəsibsiz qafillər tərslədi səni,
Susdun, altdan aldın, əzdin nəfsini,
İslam üçün fəda etdin özünü,
Dünyada çox zəhmət çəkdin, Darəndə.

İşıq oldun aydınlatdın hər kəsi,
Haqq yolda tükətdin bunca nəfəsi,
Səni sevənlərin müştərək səsi:
“Sən bu xidmətlərdə təkdin, Darəndə.”

Vəfatın məhzun etdi bizləri,

Ağlatdı əhvalın görən gözləri,
Təsəllimiz, “Şəhid oldu” sözləri,
Neçə ölməz əsər əkdin, Darəndə.

Xidmətin böyükdü əhli-sünnətə,
Gənc yaşda qovuşdun uca himmətə,
Bəratın əlində girdin Cənnətə,
Şəhidlik nişanı taxdın, Darəndə.

Göstərdin Xaliqə itaətini,
İçdin şəhadətin pak şərbətini,
Sevənlərin gözlər şəfaətini,
Nur saçan məşalə yaxdın, Darəndə.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину