Gözəl İslam / Əshabi-Kəhf

Əshabi-Kəhf

   İsa aleyhissəlamdan sonra din düşmənləri hər tərəfə yayıldığı bir zamanda dinlərini qorumaq üçün hər şeylərini tərk edib hicrət edən və Tarsusdakı mağarada yatan 7 nəfər ilə Kıtmir adlı itlərinə Əshabi-Kəhf deyilir. Quranı-kərimdə Kəhf surəsində hekayələri uzun olaraq bildirilmişdir. Əshabi-kəhf deyilən gənclər Efsus yəni Tarsus adlı şəhərin əhalisindən idilər. Bunlardan altısı sarayda vəzifəli, hökmdara yaxın idilər. Roma imperatorlarından Domityanus və ya Dokyanus deyilən adam çox rəzil, zalım və bütpərəst idi. Tanrılığını elan etdi. 95-ci ildə öldürüldü. Efsus yəni Tarsus şəhərinə gələn kimi 7 gənc İsa aleyhissəlamın dinini tərk etməyib əziyyətlərdən qurtulmaq üçün bir mağarada gizləndilər. 309 il yatdılar.

   İmperator Teodos zamanında oyanıb, Aryüsün tələbələri ilə söhbət etdilər. Təkrar yatdılar. Teodos bütpərəstliyi dağıtdı. Xristianlığı yaydı. Mağaraya gedib Əshabi-kəhf  ilə görüşdü. Dualarını aldı. Mağaranın qapısında bir məscid inşa etdirdi. 395-ci ildə öldü. Əhabi-kəhvin adları bunlardır: Yəmliha, Məksəlina, Mislina, Mərnüş, Dəbərnüş, Şazənüş, Kəfəştatayyüş və itləri Kıtmirdir.

   Rəsulullah (sallallahu aleyhi və səlləm) əfəndimiz zamanında Həzrəti Əbu Bəkir və Həzrəti Əli Əhabi Kəhfə getdilər. Əshabi-kəhf yuxudan oyanıb onları gördü. Rəsulullaha iman etdiklərini bildirdilər və salam göndərib dua istədilər. Əshabi-Kəhf həzrəti Mehdinin zamanında yenə yuxudan oyanıb onun yanına gedərək əsgərləri olacaqlar və kömək edəcəklər. İtləri olan Kıtmir belə Cənnətə gedəcəkdir. Bir hədisi-şərifdə buyuruldu ki, “Əshabi-kəhf həzrəti Mehdinin köməkçiləri olacaqdır. Əhabi-Kəhf (rahmətullahi təala aleyhim əcmain) oyanıb mağaradan çıxaraq həzrəti Mehdinin əsgərləri olacaqlar.” 

  Əshabi-kəhf hər tərəfi fitnə bürüdüyü zaman bir hicrət etməklə yüksək dərəcəyə qovuşdular.

 

15-03-2018, 11:51
Geri