Gözəl İslam / Hər kəs ruzisinə qovuşur

Hər kəs ruzisinə qovuşur

    Allahu təala hər insanın və hər heyvanın ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. İnsanların və heyvanların əcəlləri və nəfəslərinin sayı bəlli olduğu kimi, hər insanın bədəninin və ruhunun ruziləri də bəllidir. Ruzi heç dəyişməz. Azalmaz və çoxalmaz. Heç kim heç kimin ruzisini yeyə bilməz. Heç kim də öz ruzisini yemədən, bitirmədən ölməz. Bir kimsə Allahu təala əmr etdiyi üçün çalışır, ruzisini halal yoldan axtararsa, əzəldə bəlli olan ruzisinə qovuşar. Bu ruzi ona bərəkətli olar. Bu çalışması üçün də savab verilər. Əgər ruzisini Allahu təalanın qadağan etdiyi yerlərdə axtararsa, yenə əzəldə ayrılmış olan o bəlli ruziyə qovuşur. Lakin bu ruzi ona xeyirsiz və bərəkətsiz olar. Ruzisinə qovuşmaq üçün qazandığı günahlar da onu fəlakətlərə sürükləyər.

   “İndi zamana, modaya tabe olmadan alınmır” deyərək, övladlarını və hələ qızlarını pul qazanmaq üçün haram yerlərə göndərənlər çoxalır. Ac qalmaqdan qorxaraq, onlara dinlərini öyrətmirlər. Quranı-kərim oxutmurlar, övladlarını cahillərin əllərinə buraxırlar. Övladlarını dinsiz, imansız yetişdirirlər. Gələcəklərini qazansınlar deyərək namuslarını, xəyallarının yox edilməsinə hansı vicdan razı olar? Dərdlər çəkərək əzəldə ayrılmış olan ruzilərinə qovuşurlar. “Namaz qarın doydurtmur, qızların ev işlərini öyrənməsi çörək pulu gətirmir. Zamana tabe olmazsaq, dinə bağlı qalsaq sürünərik” kimi deyənlər də olur. Halbuki oğullarına, kiçik ikən dinləri, imanları öyrədilir, Quranı-kərim oxudulur, bundan sonra da Allahü təalanın əmrlərinə uyğun pul qazanmağa çalışdırılarsa, yenə eyni ruziyə həm də asanca, rahatca qovuşurlar. Anaları, ataları və övladları həm savab qazanır, həm də qazanclarının xeyrini görürlər. Dünyada və axirətdə məsud olarlar.

 

18-09-2020, 19:36
Geri