Gözəl İslam / Cənnəti Aliyyat haqqında

Cənnəti Aliyyat haqqında

   Səkkiz Cənnətin səkkiz qapısı və səkkiz açarı vardır. Birincisi, beş vaxt namaz qılan möminlərin imanıdır. ikincisi, Bəsmələi şərifədir. Altısı da, Fatihəi şərifənin içindədir. Səkkiz Cənnət bunlardır:
1. Darı-cəlal, bəyaz nurdandır.
2. Darı-qərar, qırmızı yaqutdandır.
3. Darı-salam, yaşıl qaşdandır.
4. Cənətül-Huld, mərcandandır.
5. Cənnətül-Məva, gümüşdəndir.
6. Cənnətül-Adn, qızıldandır.
7. Cənnətül-Firdevs, həm qızıldan, həm gümüşdəndir.
8. Cənnətül-Nəim, qırmızı yaqutdandır.
   Cənnətə girən möminlər əbədi orada qalacaq, heç çıxmayacaqlar. Orada olan hurilərin aybaşı günləri, lohuzalığı və pis xüsusiyyətləri yoxdur. İstədikləri hər cür yemək və içmək hazır şəkildə önlərinə gələcək. Bişirmək
və dərmək kimi şeylərdən uzaqdırlar. Başları üzərində quşlar uçar. Möminlər imarətlərində oturduqları halda o quşları görərlər. Əgər sən dünyada olarkən mənə bu qədər yaxın gəlsəydin, səni kabab edərdim, deyə qəlbindən keçirdiyi an, nurdan bir qab içində təzə bişmiş şəkildə onun qabağına gələr və quşu yeməyə başlar. Sümüklərini bir yerə yığaraq qəlbindən, bu yenə quş olsaydı, deyə keçirsə, qəlbinə gəldiyi an, o əvvəlki kimi quş olub uçar, gedər.

   Cənnətin torpağı müşkdən, binasının bir kərpici gümüşdən, bir kərpici qızıldandır.

   Cənnət əhlinin hər birinə yüz igid qüvvəti, eləcə də hər birinə ən az yetmiş huri və iki dünya xatunu veriləcəyi güman edilir.

   Cənnətdə dörd böyük çay vardır. Bunların mənbəyi bir, axını ayrı-ayrı olub, birinin ləzzəti digərinə bənzəməz. Onların biri saf su, ikincisi xalis süd, üçüncüsü Cənnət şərabı, dördüncüsü də saf baldır.

   Cənnətdə hündür köşklər, imarətlər vardır. Əyildikdə, möminlər onlara minər, istədikləri yerə gedərlər. (Bunların dünyada misalı, indiki zamanda eskolator və təyyarələrdir.)

   Cənnətdə Tuba ağacı vardır. Bu ağacın kökləri yuxarıda, qol-budağı aşağıya doğru sallanmışdır. Onun dünyada misalı, ay və günəşdir.

   Cənnət əhli, yemək-içmək dadını və ləzzətini duyar, lakin ifrazat ehtiyacı hiss etməzlər. Bu kimi bəşəri ehtiyac və iztirablardan uzaqdırlar.

   Allah (cəllə cələlühü), Cənnətdə mömin qullarına müraciət edib: “Qullarım! Məndən daha nə istəyirsiniz, verim. Siz, zövq və səfada olun!”, buyurduqda, qullar da, “ya Rəbb! Bizi Cəhənnəmdən azad etdin və Cənnətinə daxil edib, bu qədər huri, qılman və uşaq verdin. Bunlardan başqa, ağla gəlməyən, gözlər görməyən, qulaqlar eşitməyən bu qədər nemət verdin. Daha bir şey istəməyə utanarıq”, deyəcək. Rəbbül-aləmin yenə xitab edib: “Qullarım! Sizin məndən bunlardan başqa istəyəcəyiniz var”, buyurduqda, qullar: “ya Rəbb! Daha istəməyə üzümüz yoxdur. Həm də nə istəyəcəyimizi bilmirik”, deyəcək. Rəbbül-alə-min, “Qullarım! Dünyada sizə bir məsələni həll etmək gərək olduğunda, nə edərdiniz?”, buyurduqda, qullar: “alimlərə gedər, o məsələni öyrənib çətinliyimizi aradan qaldırardıq”, deyəcək. Haqq sübhanəhü və təala həzrətləri: “İndi də belə edin. Alimlərə deyin, onlardan xəbər alın! Hər nə xəbər versələr, sizə verim.”, buyurduqda, alimlər də: “Sizlər Cəmalullahı unutdunuzmu? Dünyada olarkən, Rəbbimiz Cənnətdə məkandan uzaq olduğu halda, camalını bizə göstərəcək, deyə arzu edərdiniz. Elə isə, onu istəyin”, deyəcək. Qullar da Cəmalullahı görmək istədiklərində, Allahü azım-üş-şan, məkandan uzaq olduğu halda, cəmali bəkəmalini göstərəcək. Haqq təalanın cəmali pakını (pak camalını) gördükdə, neçə min il heyran qalacaqlar.

   Cənnətdə insanlar imarətlərində oturduqda, ətrafında pəncərələr, önündə meyvələr olacaq. Qullar o meyvələri gördükdə, uzanıb budağı çəkmək və meyvəni qoparıb yemək istədikdə, oturduğu yerdən durmağa və budağı dartmağa ehtiyac qalmaz. Dərhal oturduğu yerə istədiyi budaq qabağına gələr. Meyvəni qoparıb ağzına qoyar və çeynəyib, hələ ləzzəti boğazına çatmamış, qopardığı yerdən bir başqası bitər. Ağzına qoyduqda, yetişmiş və dadlı olar.

26-12-2022, 11:26
Geri