Facebook Twitter WhatsApp

Müsəlmanın vəsfləri

Sual: Qurani-kərimdə keçən Müsəlmanların vəsflərindən bəziləri hansılardır?

Cavab: Araf surəsinin 31-ci ayəsində məalən, “Allah mallarını israf edənləri sevməz” buyurulmuşdur.

Araf surəsinin 56-cı ayəsində məalən, “Fəsad çıxarmayın!” buyurulmuşdur.

Tövbə surəsinin 7-ci ayəsində məalən, “Allah sözləşmələri pozmaqdan çəkinənləri sevər” buyurulmuşdur.

İbrahim surəsinin 26-cı ayəsində məalən, [Küfrə səbəb olan çirkin söz söyləməyin.] Çirkin kəlam küləyin yerdən qopardığı, kökü olmayan çirkin bir ağaca bənzəyir” buyurulmuşdur.

Nəhl surəsi 90-cı ayəsində məalən, “Allah ədaləti, yaxşılıq etməyi, qohuma baxmağı əmr edir. Həyasızlığı, pisliyi və həddini aşmağı qadağan edir. [Ayəti-kərimədəki ehsan, təsəvvüf deməkdir. Allahu təalaya görər kimi ibadət etməkdir]” buyurulmuşdur.

İsra surəsinin 23-24-cü ayələrində [və Əhqaf 15] məalən, “Anana, atana uf demə, onları danlama! Onlarla şirin danış, onlara acıyaraq təvazö göstər. Rəbbim, onlar məni kiçik ikən böyütdükləri kimi, sən də onlara mərhəmət et deyə dua et!” buyurulmuşdur.

İsra surəsi 26-cı ayəsində məalən, “Qohumuna, yolçuya, səfilə haqqını ver! Əlindəkini israf etmə!” buyurulmuşdur.

İsra surəsi 28-ci ayəsində isə məalən, “[Əgər kasıblara verəcək bir malın yoxdursa, onlara bir şey verə bilmirsənsə], heç olmasa onlarla xoş davran, şirin söz söylə” buyurulmuşdur.

Taha surəsinin 131-ci ayəsində məalən, O kafirlərdən onlara imtahan etmək üçün bol-bol ruzi verdiyimiz kimsələrə baxma! [Dünyalıqları onları əzaba götürəcəkdir!] Rəbbinin sənə verdiyi ruzi daha yaxşı və daha davamlıdır buyurulmuşdur. (Hər kəsə Lazım Olan İman kitabı s. 461)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину