Facebook Twitter WhatsApp

Cənnət əhlinin yarısı

Sual: Həzrəti Adəmdən bəri minlərlə peyğəmbər, minlərlə millət gəldi. Onların içərisində də iman edənlər, Cənnətə gedənlər vardır. Cənnətdə bizim peyğəmbərimizin ümmətimi daha çoxdur, yoxsa digər Peyğəmbərlərinkimi?
CAVAB
Digər Peyğəmbərlərə inanan kimsə çox az oldu. Hətta bir çox peyğəmbərə bir nəfər belə iman etmədi. Məsələn, yəhudilər, Həzrəti Musaya çox əziyyət etdilər. Həzrəti İsanı öldürməyə təşəbbüs etdilər. Sonra gələnləri, min Peyğəmbəri şəhid etdi. Ona görə də digər Peyğəmbərlərin iman edən ümməti az idi. Qiyamətə qədər Peyğəmbər əfəndimizə iman edənləri, digər Peyğəmbərlərə iman edənlərinin cəmi qədər olduğu bildirilmişdir. Bir hədisi-şərifdə buyurulur ki:
“Siz, əhli-Cənnətin yarısını təşkil edirsiniz. Cənnətə isə Müsəlmandan başqası girə bilməz. Siz isə müşriklərlə müqayisədə qara öküzdəki bəyazlıq qədər və ya qırmızı öküzdəki qaralıq qədərsiniz.” [Buxari]

Bu hədisi-şərif də Peyğəmbər əfəndimizin ümmətinin, digər Peyğəmbərlərə iman edən ümmətlərin cəmi qədər olduğunu göstərir.

Kainatın əfəndisi
Sual: 
Peyğəmbər üçün niyə kainatın əfəndisi deyilir? Kainatın əfəndisi və tək hakimi, onu yaradan Allah deyildirmi? Peyğəmbər də olsa, bir insanı bu qədər ucaltmaq doğrudurmu?

CAVAB
Kainatın əfəndisi - yaradılmışların ən üstünü deməkdir. Peyğəmbər əfəndimizi tərifləyən, ucaldan Allahü təala Özüdür. Üç ayəti-kərimə məali belədir:
“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“Sənin üçün bitməyən, sonsuz mükafat vardır. Əlbəttə sən ən böyük əxlaq sahibisən.” [Qələm 2-4]

“Biz səni bütün insanlara müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik, lakin insanların çoxu bunu bilmir.” [Səbə 28]

Heç bir Müsəlman, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər əfəndimizin təriflənməsindən narahat olmaz. Narahat olmaq Müsəlman olmamağın əlamətidir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину