Facebook Twitter WhatsApp

Pis düşüncələr hardan gəlir

Sual: Qəlbimizə müxtəlif düşüncələr gəlir. Bunlar hardan gəlir? Hansının yaxşı, hansının pis olduğunu necə biləcəyik?
CAVAB
İnsanın qəlbinə mələkdən, şeytandan və öz nəfsindən də müxtəlif düşüncələr gəlir. Mələkdən gələnə ilham, şeytandan gələnə vəsvəsə, nəfsdən gələnə isə həva deyilir. Bunların bir-birindən fərqi necə bilinir? Hədisi-şərifdə, Mələkdən gələn ilham, İslamiyyətə uyğun olur. Şeytandan gələn vəsvəsə, İslamiyyətdən uzaqlaşmağa səbəb olur buyuruldu [Tirmizi]. O halda vəsvəsəni ilhamdan ayırmaq üçün dinin əmrlərini yaxşı bilmək lazımdır.


Qeyri-müsəlmanlardan pendir, kolbasa kimi ərzaq alarkən, “Bunların içinə nəcis maddə qatıblar” düşüncəsi gəlirsə, dərhal dinin bu xüsusdakı hökmü xatırlanmalıdır. Dinimiz almağın caiz olduğunu bildirirsə, almaq olar. Bu düşüncənin şeytandan olduğu aydın olur.

Vəsvəsəyə diqqət verilməsə, şeytan bundan imtina edib, başqa vəsvəsə verəcək. Nəfsimizdən gələn düşüncə isə davamlıdır. İnsan ölənə qədər davam edəcək.

Şeytan, xeyirli, yaxşı bir işə mane olmaq üçün daha az yaxşı olanı etdirmək məqsədilə vəsvəsə verir. Böyük günaha sürükləmək üçün kiçik yaxşılıqları etdirməyə çalışır. Şeytan, dinini bilən insanı heç vaxt aldada bilməz. Hər insan Allahın qulu olduğu halda, dinini bilən, Allahu təalanın əmr və qadağalarına riayət edən kimsələr üçün Qurani-kərimdə şeytana xitab edilərkən, Mənim qullarıma sənin sultanlığın [hakimiyyətin] yoxdur buyurulur. (İsra 65)

Şeytanın vəsvəsəsinə aldanmamaq üçün Allahü təalanın, Mənim qulum dediyi kimsələrdən olmalı, yəni düzgün bir etiqada, elmə sahib olmalı və elmi ilə əməl etməlidir!” Məsələn, şeytan vəsvəsə verdikdə, onu dərhal uzaqlaşdırmalıdır! Hədisi-şərifdə, “Şeytan vəsvəsə verir. Allahın ismi zikr edildikdə, söyləndikdə qaçır. Söylənməzsə, vəsvəsələrinə davam edir buyuruldu. (Əbu Yala)

Sünnətə uyğun dəstəmaz almağı bilməyən, yaxşı dəstəmaz alım deyə suyu həddindən artıq istifadə edir. Bu isə vəsvəsədir. Vəsvəsə edən, dinə gözəl tabe olmaq niyyətilə yeni bir şeylər çıxarır, bu isə bidətdir. Bidət isə haramdır. Başqalarının yemək-içməklərinin və geyimlərinin təmiz olub-olmadığında şübhə edir. Bu da sui-zənnə səbəb olur. Müsəlmana sui-zənn etmək haramdır. “Mən hər yeməyi yemərəm, ehtiyatlı davranıram” deyərək təkəbbürə düşür. Halbuki, zərrə qədər təkəbbürü olanın Cənnətə girməsi çətindir.

Fətr surəsi 6-cı ayəti-kəriməsində məalən, “Əlbəttə şeytan sizə düşməndir. Onu özünüzə düşmən bilin!” buyurulur. Vəsvəsə edən, şeytanı özünə dost və qardaş etmiş olur. Sünnətləri, məkruhları, digər əmr və qadağaları bilməyən vəsvəsə xəstəliyinə tutulur. Bunları bilib yerinə yetirən insan şübhəyə düşməməlidir! Vəsvəsə edən rüxsətlərlə əməl etməlidir! Üzərində nəcasət görünməyən hər şey təmiz qəbul edilir. Şübhə etməklə nəcis olmaz. Qidalarda nəcis maddələr var zənnilə ərzaq almamaq vəsvəsədir, ifratdır. Hədisi-şərifdə, Həddi aşanlar həlak oldu buyuruldu. (Müslim)

İfrat və təfritdən, yəni həddi aşmaqdan uzaq olmaq, orta yolu tutmaq lazımdır. Deyləmidəki hədisi-şərifdə, “İşlərin xeyirlisi vəsat olanıdır buyuruldu. (Hadiqa)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину