Facebook Twitter WhatsApp

Məzlum, Səbrli və Qərib olanların ölümü haqqında. Şəhidlər

    Bu insanların ölümləri eynidir. Birini deyək, digərləri də ona oxşardır.
   Qəriblər iki cürdür: biri, uzaq yerdə qalıb, yanında qohumu və tanıdığı olmayandır. Biri də, öz məkanında yoxsul olub, heç kəsin mərhəmət edib yaxın durmadığı kəsdir. Belə möminlər də qəribdir və öldükdə, şəhid olurlar. Altmış yaşını keçən və beş vaxt namazını tərk etməyən də şəhiddir.
[Haram işləməsi ölümünə səbəb olan, məsələn. İçki içərək zəhərlənən şəhid olmaz. Lakin haram işlərkən başqa səbəbdən ölərsə, məsələn, bina çökərək ölərsə, şəhid olur. Qadınların, qızların üzlərindən və ovuc içlərindən başqa hər yerləri övrətdir. Örtünmələri fərzdir. əhəmiyyət verməyən kafir olur. Başı, saçı, qolu, ayağı açıq olaraq küçəyə çıxmayan qadınlar, qızlar da şəhiddir. Allahü təalanın əmr və qadağalarına “Əhkam-ı islamiyyə” deyilir. əhkamı islamiyyəni öyrənən və uşaqlarına öyrədən ataana da şəhiddir.]İmanı və namazı olmazsa, şəhid olmazlar. Kafir əlində əsir olduğu halda ölən müsəlman şəhiddir. Zülm, işkəncə edilərək öldürülən kafir şəhid olmaz. Kafir olaraq ölən, əsla Cənnətə girməz.

   Bu insanlar başlarını ölüm yastığına qoyduqları zaman göylərin qapısı açılar və yerə o qədər mələk enər ki, sayını ancaq Mevla bilər. Onların əllərində nurdan tac və Cənnət geyimləri olar. O insanın canını hörmətlə dəvət edərlər. Haqq təala bu halı Fəcr surəsinin sonunda bəyan etmişdir.

   Üzünü dərgahı izzətə tutub: “Ey mənim məbudum! Nə ki ömrüm olsa, bir şeyə ümid bağlamadım, yalnız həzrətinə. Kimsəyə boyun əymədim. Dünya hiyləsinə, din düşmənlərinə aldanmadım. Ya Rəbb! İndiki halda səndən ümidim budur ki, cəmi ümməti Muhammədi (sallallahü təala aleyhi və səlləm) əfv və məğfirət edəsən”, deyə dua edib yalvaran da şəhiddir.

   O mələklər, bu insanları Cənnət geyimlərinə bürüyərlər. O anda, Haqqdan nida gələr: “Cənnətə aparın! Çünki dünyada, hamıdan çox namaz qılardı və qonağı sevər, təqsirləri bağışlar, Allahdan əfv dilərdi. Məni çox zikr edərdi. Övrət yeri açıq olaraq bayıra çıxmazdı. Özünü haramlardan təmizləyərdi. Peyğəmbərlərə və islamiyyətə itaət edərdi.”

   İnsanın dünyada etdiyi xeyir və şərləri yazan, çiynindəki iki mələk deyər: “Ya Rəbb! Bizi dünyada bu quluna müvəkkil etdin. Bu anda icazə ver, bu qulunun canı ilə göylərə çıxaq.” Xitabı izzət gəlir ki: “Siz onun qəbrinin yanında durun, təsbih və təkbir edib, mənə səcdə edin və savabını o quluma bağışlayın.” Onlar da, qiyamətə qədər zikr və təsbih edib, savabını o qulun dəftərinə yazarlar.
[TƏNBEH: Misirdəki münafiqlər, üsyan edərək, xəlifə Osmanı (radıyallahü anh) öldürmək üçün Mədinəyə gəlirlər. Mədinədəkilər də yalan və iftiralarla onları dəstəkləyir. Mədinədəki müsəlmanlar xəlifəyə yardım etmədi, deyərək, Əshabi-kiramı pislədilər. Halbuki xəlifə, Cənnətdəki şəhidlərin yüksək dərəcələrinə qovuşmaq istəyirdi və bunun üçün dua edirdi. Ona yardıma gələnlərə mane oldu, onları geri qaytardı. Bundan istifadə edən düşmənlər, xəlifəni asanlıqla şəhid etdi. Beləliklə duası qəbul oldu. Arzusuna çatdı. Şəhidlər ölərkən heç iztirab çəkməzlər. Cənnətdəki veriləcək nemətlər, ləzzətlər onlara göstərilər, bunların həzzi içində ruhlarını mələklərə məmnuniyyətlə təslim edərlər.]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину