Sual: Tam Elmihal Səadəti Əbədiyyə kitabı nə üçün dəyərlidir?
CAVAB
Əhli-sünnət alimlərinin kitablarından nəql edildiyi və içində müəllifinə aid düşüncə və fikirlər olmadığı üçün dəyərlidir. Çünki dinimiz nəql dinidir. Muhamməd əleyhissəlam Allahu təalanın bildirdiklərini Əshabi-kirama bildirdi. Onlar da Tabeyinə, Tabeyin də Təbəyi Tabeyinə bildirdi. Onlar və tələbələri də kitablarına yazdılar. Bu kitabları yazan böyük şəxsiyyətlərə “Əhli-sünnət alimi” deyilir.
Bu qiymətli kitab, yəni Tam Elmihal Səadəti Əbədiyyə kitabı yüzlərlə qiymətli əsərdən hazırlanmışdır. İstifadə edilən bu əsərlər müxtəlif kitabxanalarda mövcuddur. Bunların çoxu da tərcümə edilməmişdir. Hər oxucunun bu əsərləri tapıb faydalanması, qeyri-mümkün deyiləcək qədər çətindir. Bir başqa cəhət də o kitablar öz dövründəki şərtlərə görə yazılmışdır. O kitablardakı biliklər indiki dövrün insanına xitab edəcək şəkildə onların ehtiyaclarına görə hazırlanıb bu kitabda toplanmışdır.
Balın qiymətli bir qida olması bir çox çiçəkdən toplanaraq hazırlanmasından irəli gəlir. Səadəti-Əbədiyyə də buna bənzəyir. Yüzlərlə kitabdan seçilərək toplanmışdır. Bu kitabı oxuyan böyük bir kitabxanadakı bütün kitablardakı özünə lazım olan məlumatları oxumuş sayılar.
Satışda olan bəzi elmihallardakı məlumatların səhvləri bir tərəfə, doğru olan bir məsələnin hansı kitabın hansı mövzusundan alındığı da bilinmir. Hətta bəziləri mötəbər bir kitabdan nəql edərkən səhv edilmişdirlər. Tamamilə nəqlə söykənən bu əsər kiçik bir yalnışlığa yol verməmək üçün dəfələrlə nəzərdən keçirilmiş və hər məsələnin hansı kitabın harasından alındığı bildirilmişdir.
Rədd-ül-Muxtar, Haləbi, Hadiqa, Məktubatı Rəbbani kimi bir çox qiymətli kitablardan meydana gələn bu əsəri oxuyan, bəhsi keçən mötəbər kitablardakı lazım olan bilgiləri oxuyub öyrənmiş sayılır. İmanın əsasları, Əhli-sünnət etiqadı çox geniş və hər kəsin anlaya biləcəyi şəkildə açıqlanmışdır. Batil firqələr və dinlər, inanclar bildirilmiş, Müsəlmanlar bunların zərərlərindən qorunmuşdur. Etiqadi məsələlərdən sonra, İslamın beş şərti çox geniş bir şəkildə açıqlanmışdır. Hər mövzu Hənəfi məzhəbinə görə hazırlanmış, zaman-zaman digər üç məzhəbə görə də hökmlər ayrıca bildirilmişdir. Heç bir azərbaycanca elmihalda olmayan, ehtiyac halında edilən məzhəb təqlidi geniş olaraq açıqlanmışdır. Müsəlmanların hər hansı bir üzrlə öz məzhəblərinə görə edə bilmədiyi əməlləri, haqq olan dörd məzhəbdən birini təqlid edərək necə ediləcəyi izah edilmişdir.
Qırx ildən çox davam edən bir araşdırmanın məhsulu olan və yüzdən çox nəşri edilən bu əsər, müxtəlif elm adamlarının tədqiqindən də keçmişdir.
Ruh və cin haqqında uzun açıqlamalar edilmişdir. İnsan taleyini özü yaza bilərmi, qismət məsələsi, alın yazısının mahiyyəti bildirilmişdir. Təfsir, məal haqqında kifayət qədər məlumat verilmişdir. Hədisi-şərif növləri də geniş olaraq açıqlanmışdır.
İslamiyyətdə qadının yeri, qadının və ərinin bir-birinə qarşı haqq və vəzifələri, evlilik haqqında geniş məlumat verilmişdir. Yeyilməsi, içilməsi haram və halal olanlar bildirilmişdir.
Qısacası, bu qiymətli əsərdə Bir Müsəlmana lazım olan bütün dini məlumatlar vardır. Hamısı da ən qiymətli əsərlərdən toplanmışdır. Bu kitabı başdan sona qədər diqqətlə oxuyan insan dinimizin bütün əmr və qadağanlarını öyrənər, dinimiz haqqında kafi bilgiyə sahib olar. Din düşmənlərinin hiylələrinə aldanmaz. Hər Müsəlmanın dinimizi çox yaxşı bilməsi şərtdir. Dinini bilməyənin dini yoxdur deməkdir. 1248 səhifəlik bu nəhəng əsəri hər Müsəlmanın oxuyub, ailəsinə də oxutması lazımdır. Ən gözəl hədiyyə, ən gözəl mirasdır. Bu kitab, www.hakikatkitabevi.net saytından oxunub təmin edilə bilər. Bu saytda kitabın başdan sonuna qədər səsli dinləmə imkanı da mövcuddur.
Tam Elmihal kitabı
Müjdə verər millətə,
Hər kəsədir xitabı,
Qovuşdurar dövlətə*,
Tam Elmihal kitabı.
Təqib edər hər çağı,
Gerçək elmin qaynağı,
Doğru bilgi yumağı,
Tam Elmihal kitabı.
Atom, raket, kosmosu,
Günəş, Ulduz və Ayı,
Yazar fizik, kimyanı,
Tam Elmihal kitabı.
Qatqısız Əhli-sünnət,
Alimlər verər qiymət,
Bilənə böyük nemət,
Tam Elmihal kitabı.
Doğru tanıdar dini,
Alim edər özünü,
Bilər nəfsin fəndini*,
Tam Elmihal kitabı.
Tutub yerdən qaldırar,
Suyu çöldə tapdırar,
Qəlbə elm doldurar
Tam Elmihal kitabı.
Yıxar kini, qərəzi*,
Sökər qəlbdən mərəzi*,
Rəbbini edər razı,
Tam Elmihal kitabı.
Tərifləyər elmi, sevməyi,
İncitmə deyər kimsəni,
İşıqlandırar ətrafı,
Tam Elmihal kitabı.
Əmin məhaz* yeridir,
Sənətinin əridir,
Xalis qızıl kimidir,
Tam Elmihal kitabı.
Haqqa haqq vermək üçün,
Batili tənqid etmək üçün,
Həqiqəti görmək üçün,
Tam Elmihal kitabı.
Uydurmaz cəhalətə,
Sövq edər ədalətə,
Aparar fəzilətə,
Tam Elmihal kitabı.
Elm istəsən əgər,
Oxunar həmişə bərabər,
Nəqlə verər çox dəyər
Tam Elmihal kitabı.
Oxuyan edər heyrət,
Görülər onda qeyrət,
Edir haqqa dəvət,
Tam Elmihal kitabı.
Dağıldı şəhərdən-şəhərə,
Eşidildi dildən-dilə,
Gəzdi əldən-ələ,
Tam Elmihal kitabı.
Nurlanar bütün üzlər,
Yayılar gözəl sözlər,
Əhli-sünnəti izləyər,
Tam Elmihal kitabı.
İbrət ilə baxdırar,
Bidətləri yıxdırar,
Bir məşələ yandırar,
Tam Elmihal kitabı.
Oxunar hər dövrdə,
Dəva olar hər dərdə,
Qaldırar gözdən pərdə,
Tam Elmihal kitabı.
Dini doğru bildirər,
Qəlbdən pası sildirər,
Son nəfəsdə güldürər,
Tam Elmihal kitabı.
Onu pisləyər zalım,
Bilər onu yalnız alim,
Oxunması mühim,
Tam Elmihal kitabı.
Pislənər nə deyə,
Sapıqlara rəddiyə,
Nəslimizə hədiyyə,
Tam Elmihal kitabı.
Vəsiqəylə nəql edər,
Qoymaz qəlbdə kədər,
Tapılmaz bir şah əsər,
Tam Elmihal kitabı.
(*) Sözlər:
Dövlət: Böyük nemət
Məhaz: Bir əsərin qaynaqları
Fənd: Hiylə
Qərəz: Kin, düşmənlik
Mərəz: Xəstəlik
Şafii məzhəbinə tabedir iddiası
Sual: Bir molla, “Tam Elmihal kitabının müəllifinin müəllimi olan Seyid Aldülhakim Arvasi, Şafii olduğu üçün bu kitab Şafinin hökmləri əsas götürülərək hazırlanmışdır” deyir. Hər mövzuda, yoxsa bəzi mövzularda Şafii məzhəbi əsas götürülür?
CAVAB
Heç bir mövzuda Şafii əsas götürülmür. Yalnız ehtiyac halında digər üç haqq məzhəbdən də örnəklər verilmişdir. Bu kitab Hənəfi məzhəbinə görə yazılmışdır. Bu şayiə tamamilə səhvdir. O mollaya səhv məlumat verildiyi üçün elə söyləyir. Əgər şəxsən özü araşdıysaydı, bu qədər səhv söz söyləyə bilməzdi. Bir neçə örnək verək:
1- Şafidə təşəhhüddə şəhadət barmağını qaldırmaq sünnət ikən, Tam Elmihalda, Hənəfidə barmaq qaldırılmaması lazım olduğuna dair bir çox dəlil bildirilmişdir. Şafiyə uyğun yazılsaydı, “Təşəhhüddə barmaq qaldırmaq sünnətdir” deyilərdi. Deyilmədiyinə görə molla böhtan atır.
2- Şafidə çılpaq ayaqla namaz qılmaq sünnətdir. Tam Elmihalda çılpaq ayaqla qılınmaması lazım olduğunu bildirən bir çox dəlil vardır. Şafiyə uyğun yazılsaydı, “Çılpaq ayaqla namaz qılmaq sünnətdir” deyilərdi.
3- Şafiidə, sünnətlə fərz arasında bəzi duaları oxumaq sünnətdir. Tam Elmihalda, “Hənəfidə, fərzlə sünnət arasında danışmaq və dua oxumaq sünnətə zərər verər” deyilir. Şafii əsas alınsaydı, dua oxunanda, “Sünnəti yenidən qılmaq lazımdır”deyilməzdi.
4- Şafidə, namaz içindəki təkbirlərlə əlləri qulaqlara qaldırmaq sünnət, Hənəfidə isə məkruhdur. Şafiyə görə yazılsaydı, “Əlləri qulaqlara qaldırmaq məkruhdur” deyilməzdi.
5- İmam arxasında Fatihə oxumaq, Şafidə fərzdir. Şafi əsas götürülsəydi “İmam arxasında Fatihə oxumaq təhrimən məkruhdur” deyilməzdi.
6- Qüsldə ağzı yumaq Hənəfidə fərz, Şafidə fərz deyildir. Tam Elmihalda, “Qüsldə ağız yuyulmazsa, qüsl səhih olmaz” deyilir və bu məsələ dəlillərlə isbat edilir. Şafii məzhəbi əsas götürülsəydi, “Diş plombu qüslə manedir” deyilməzdi. Molla, araşdırmadan öz başına “Şafii məzhəbi əsas götürülür” deyir. Bunun nə qədər səhv olduğu bu nümunələrdən açıq aydın olur.
7- Qəza namazı borcu olanın sünnətləri qılması 4 məzhəbdə də caiz deyildir. Fəvt edilən namaz borcu var ikən də, sünnət qılması 3 məzhəbdə caiz deyildir. Hənəfidə isə, sünnət qılmağın daha yaxşı olduğu Tam Elmihalda yazılıdır. Şafii əsas götürülsəydi, “Fəvt edilən, yəni bir üzrlü səbəblə qəzaya qalan namaz borcu var ikən, sünnətləri qılmayın” deyilərdi. Halbuki “Fəvt edilən bir neçə vaxt namaz var ikən, sünnət qılmaq daha uyğundur” deyilir. Hənəfidə “Fəvt edilən, yəni bir bəhanə ilə ötürülmüş qəza namazı var ikən, sünnətləri qılmaq daha uyğundur” deyilərkən, pis niyyətlilər uyğundur sözünü lazımdır deyə dəyişdirib “İllərlə qəza borcu olsa da sünnət qılmaq lazımdır” deyirlər. Mötəbər əsərləri əsas saymayanlara etibar etməmək lazımdır.
Çox əhəmiyyətli bir kitab
Sual: Dinimiz haqqında bünövrə təşkil edən məlumatlar əldə etmək üçün hansı mövzularda, hansı kitabları oxumaq lazımdır?
CAVAB
Tam Elmihal Səadəti Əbədiyyə kitabında kəlam, fiqh, təsəvvüf, təfsir, hədis, siyəri-nəbi, İslam mədəniyyəti kimi hər mövzuda Əhli-sünnətə uyğun kiyafət qədər məlumat vardır. İman, ibadət, əxlaq kimi mövzular hər kəsin anlaya biləcəyi şəkildə işlənmişdir. Çox kitab oxuyan çox səhv edər. Bu kitabı oxuyan təkcə sağlam bünövrə deyil, sağlam bina da əldə edər. Çünki mərhum Xocamız, “Bu kitabı oxuyub başa düşən alim, tətbiq edən övliya olar” buyurmuşdur.
Tərcümə necə edilə bilər?
Sual: Bir yazıçı İbni Abidindən götürüldüyü bildirilən bir hökm üçün, “Tam Elmihalda yazırsa da mən araşdırdım, İbni Abidində elə bir şey yoxdur” dedi. Görəsən doğrudurmu?
CAVAB
O mövzunu və bənzər mövzuları, Tam Elmihalı hazırlayan mərhum Xocamıza ərz etmişdik. Məsələn; yuxarıda bildirilən məsələ üçün, “Biz onu İbni Abidindəki filan yer ilə filan yeri birləşdirərək yazdıq” deyə cavab vermişdilər. Yəni iki cümlə fərqli yerlərdən alındığı üçün, o halıyla eyni yerdə olmaması normaldır.
Xocamız kitablardan istifadə edərkən, kəlimə-kəlimə tərcümə etmirlər, oradakı məqsədi yazırlar. Bunun üçün Tam Elmihalda keçən hər ifadəni alınan qaynağında eyni sözlərlə tapmaq çətindir. Yenə ayəti-kərimələrin və hədisi-şəriflərin tərcümələrini yazarkən də kəlimə-kəlimə deyil, orada izah edilmək istənən məqsədi, yəni mötəbər təfsirlərdən götürərək tərcüməsini yazırdılar. Buna görə də satışdakı tərcümələri bəzi insanlar anlaya bilmədikləri üçün səhv olduğunu söyləyirlər.
Məsələni bilmədiyi üçün belə söyləyənlər olduğu kimi, bu kitablara etibar edənlərin zehinlərində sual işarələri meydana gətirməyə çalışan pis niyyətlilər də vardır. Belə pis niyyətli kəslərə də, şəxsiyyəti nə olursa olsun qətiyyən etibar etməmək lazımdır.
Xocamızda səhv axtarmaq
Sual: Tam Elmihalın müəllifinə etibar edirmiş kimi göründüyü halda, “O da insandır, səhv edə bilər” deyənlər olur. Tam Elmihaldakı bəzi məlumatların bəzi kitablara uyğun gəlmədiyini, bunun üçün də kitabda səhv ola biləcəyini söyləyən şəxs etibarında səmimi ola bilərmi?
CAVAB
Səmimi ola bilməz, çünki Tam Elmihal Səadəti Əbədiyyə nəqlə əsaslanan bir kitabdır. Fərqli üsulların yazılmasına səhv deyilməz. Bir kitabdakı bir söz əsas götürülərək, o biri mötəbər bir kitabın səhv olduğu deyilə bilməz. Məsələn; İbni Abidindəki bir yazı qaynaq göstərilərək, Dürərdəki bir fətvaya səhv deyilməz. Çünki ictihad digər ictihadla etibarsız olmaz. İki ictihaddan hansının doğru, hansının səhv olduğunu da Allahdan başqası bilə bilməz. Şafilər imam arxasında Fatihə oxumağın fərz olduğunu bildirərkən, Hənəfilər tahrimən məkruh olduğunu söyləyirlər. Hansının doğru olduğunu ancaq Allahu təala bilər. Şafii olan Fatihə oxuyar, Hənəfi olan oxumaz. İkisi də savab qazanar. Bunun üçün Tam Elmihaldakı bir yazını İbni Abidinə ziddir demək çox səhvdir. Xocamızın İbni Abidindən deyil, başqa kitablardan istifadə etdiyi yazılar da vardır. Bir nümunə verək:
S.Əbədiyyədə buyurulur ki:
“Müəccəl olan, yəni zəkat fərz olduqdan sonra müəyyən vaxtda ödənəcək olan köhnə borcların, məsələn, talaq vaxtında müəccəl mehrin nisab hesabına qatılacaqları, yəni zəkatların veriləcəyi İbni Abidində yazılıdırsa da, bunların nisaba qatılmamasının səhih olduğu Dürr-ül-muxtar, Hindiyyə, Dürr-ür-müntəka, Damad və Cövhərədə yazılıdır.”
Göründüyü kimi seçilən üsul İbni Abidindən deyil, başqa mötəbər əsərlərdən istifadə edilmişdir. “İbni Abidinə zidd yazılmışdır” deyərək Tam Elmihalı pisləmək, pis niyyətdən başqa bir şey deyildir. Bu isə elə söyləyənin Tam Elmihala etibar etmədiyini, etibar edirmiş kimi göründüyünü isbat edir. Etibar edən bu kitabdakı məlumatları və sözləri əsas sayar. “Fərqli bir söz tapsaydım, kitaba kölgə salardım” deyə çalışmaz.
“O da insandır, səhv edə bilər” demək, məzhəbsiz taktikasıdır. Xocamızın insan olduğunu bilməyən yoxdur. Amma belə söyləməklə, “O da digər insanlar kimi sıradan biridir” demək istəyirlər. “Yalnız Quran” deyənlər də eyni məntiqlə, “Peyğəmbər də insandır” deyərək, hədisi-şərifə olan etimadı sarsıtmağa çalışırlar. İcazətli bir alim olan Xocamız üçün, “O da insandır” deyənlərin məqsədi Tam Elmihala kölgə salmaqdır. Bu kitabın qiymətini bilənlərin belə oyunlara gəlməməsi lazımdır.
Elmihala edilən əlavələr
Sual: Tam Elmihala çox əlavə edildiyi, ilk nəşri ilə son nəşrinin fərqli olduğu deyilir. Əlavə nə üçün edilmişdir?
CAVAB
Kitabın müəllifi hazırladığı bu əsərdə zaman-zaman lazım bildiyi dəyişikliyi və əlavələri etmişdir. Əsərin müəllifinin, yəni səlahiyyətlisinin belə etməsində qeyri-adi bir şey yoxdur.
Gələn suallara verilən cavablarla Tam Elmihal çox genişlənmişdir. Həmçinin Müsəlmanları çətinlikdən və günahlardan qurtarmaq üçün müxtəlif sözlər əlavə etmişdirlər. Məsələn; köhnə nəşrlərdə yalnız Şafii məzhəbini təqlid haqqında məlumat verilirdi. Sonra, Maliki məzhəbini təqlidlə əlaqədar geniş məlumat əlavə olundu. Diş plombu olan, özünə daha asan gələn iki məzhəbdən birini seçə bilər. Şafini təqlidə başlayanın, sonra dəyişdirərək Malikini təqlid etməsində heç bir zərər yoxdur.
Bunlar kimi əlavələri dəyişiklikləri təqdirə layiq bilmək lazım ikən, tənqid etmək pis niyyəti göstərməzmi? Biz də www.gozelislam.com və digər web saytlarımızı hər gün əlavələr və çıxarmalar edərək təzələyirik. Səlahiyyəti olanın belə etməsini qəribsəmək çox səhvdir.
В корзине: 0 шт.
на сумму: 0