Facebook Twitter WhatsApp

Mövlana Xalid Bağdadi

Mövlana Xalid Bağdadi həzrətləri, İraq və Şamda yetişmiş böyük vəlilərdəndir. Silsiləyi-aliyyənin iyirmi doqquzuncusudur. Əsrinin mücəddidi idi. Atası Həzrəti Osmanın, anası isə Həzrəti Əlinin nəslindəndir. Qəbri Şamın şimalında, Qasiyun Dağı ətəyindəki qəbiristanda olan türbəsindədir.

Zəkası kəskin, yaddaşı qüvvətli, iradəsi möhkəm və çox çalışqan idi. Dövrün məşhur bir çox alimlərindən elm öyrənib, icazət aldı. Öyrəndiyi bütün elmlərdə din və fənn adamlarına xocalıq edəcək dərəcədə üstün bir biliyə sahib oldu. Din və fənn elmlərindəki üstünlüyü və geniş bilgisi səbəbilə zamanının bütün alimləri və vəlilərinin təqdirlərini qazandı. Hansı elmdən və hansı fənndən nə soruşularsa soruşulsun dərhal cavabını verərdi. Zəkası və bilgisi qarşısında ağıllar heyrətə düşərdi. 21 yaşında ikən, üləmaya ustad olub, 7 il dərs oxutdu. Alimlər arasında sözü sənəd idi.

Hicaza gedib Mədinəyə qovuşunca Peyğəmbər əfəndimizə olan eşqini Farsca olaraq dilə gətirən Qasidəyi-Muhammədiyyəni yazdı. Mədinədə Yəmənli fəzilət sahibi bir şəxsə rast gəldi. Ondan nəsihət istədi. O şəxs dedi ki: “Ey Xalid, Məkkəyə getdiyin zaman ədəbə uyğun gəlməyən bir şey görsən dərhal rədd etmə.” O da Məkkədə bir Cümə günü Kəbəyi-şərifə qarşı Dəlaili-Xayrat oxuyarkən birinin, Kəbəyə kürəyini çevirib özünə baxdığını gördü. “Buna bax Kəbəyə arxasını çevirib, ədəbi gözləmir” deyə düşünərkən, o kimsə: “Möminə hörmət, Kəbəyə hörmətdən əvvəldir. Bunun üçün üzümü sənə çevirdim. Sənə verilən nəsihəti nə tez unutdun” dedi. Ondan üzr istəyib; “Məni tələbəliyə qəbul et” deyə yalvardı. O da; “Sən burada yetkinləşə bilməzsən, sənin işin Hindistanda tamam olar” dedi. Bu şəxsin, xocasının Abdullah Dehləvi olduğu rəvayət edilməkdədir.

Bir gün Hindistandan Abdullah Dehləvi həzrətlərinin tələbələrindən Mirzə Əbdürrahim çıxıb gəldi. Xocasının “Mövlana Xalidə salamımızı söylə bu tərəfə gəlsin!” buyurduğunu bildirdi. İkisi birlikdə Hindistana getdilər. Abdullah Dehləvi həzrətlərinin olduğu şəhərə gəlməyin sevinci ilə, yanında olan əşyaların hamısını, kasıblara payladı. Hindistanın ən böyük vəlisi və böyük İslam alimi, Şah Abdullah Dehləvinin hüzuruna qovuşdu.

Abdullah Dehləvi, ona nəfsinin tərbiyəsi üçün dərgahı təmizləmə vəzifəsini verdi. O, alim bir şəxs olmasına baxmayaraq, heç etiraz etmədi. Bir müddət bu vəzifəyə davam edərkən, xocası ilə qarşılaşdı. Onun çiyinləri üzərindən Ərşə doğru müəzzəm bir nurun yüksəldiyini və mələklərin ona heyranlıqla baxdıqlarına şahid oldu. Xocası, onun təsəvvüfdə çox yüksək dərəcələrə çatdığını gördükdə, davamlı yanında olmasını əmr etdi. Abdullah Dehləvinin qəlbindəki bütün əsrar və mənəvi üstünlüklərə qovuşdu.

Abdullah Dehləvi həzrətləri; “Ey Xalid, indi məmləkətinə və Bağdada get! Oradakı insanları Allahu təalaya qovuşdur” buyurdu. O da gedib irşada başladı. Bağdad Valisi Səid Paşa, ziyarətinə gəldi. Bir çox alimin səssiz, başları önünə əyik, xidmətçi kimi ədəblə hüzurunda oturmuş olduqlarını gördü. Onun heybətini görüncə, diz çöküb titrəməyə başladı. Cəlal halı gedincə, Səid Paşanın titrəməsi də keçdi. Daha sonra vali, tələbəliyə qəbul edildi.

Üləmadan Şeyx Əli Süveydi, hədis alimi idi. Hədisi-şərif sənədlərində qüvvətli biliyi vardı. İmtahan məqsədilə, Mövlana Xalid həzrətlərinə gəldi. Kütübi-Sittədə yazılı hədislərdən üç hədisi, sənədlərini yanlış olaraq, imtahan tərzində oxudu. O da, bu hədislərin əsl sənədlərini səhih olaraq oxuduqda, dərhal əllərinə qapanıb, qəlbinə gələn imtahan düşüncəsindən tövbə edərək əfv dilədi. Hər yerdə; “Mövlana Xalid zahir və batin elmlərində sonsuz bir dəniz, biz isə bir damcıyıq” deyərdi.

Mövlana Xalid Bağdadi həzrətlərinin pək çox kəramətləri görülmüşdür.
Bağdadda ikən Hacı Muhamməd Əfəndi adında bir tələbəsi vardı. Bu şəxs, çox borclanmışdı. Bir gün “Əfəndim, borcumun çoxluğundan çölə çıxmağa üzüm qalmadı” dedikdə, buyurdu ki: “Bir ay səbir et.” O, bunun üzərinə; “Aman əfəndim, bir ay səbir edəcək taqətim qalmadı” deyərək iki dəfə təkrarladı. “Elə isə, qaldır bu həsiri istədiyin qədər al” buyurdu. Mahmud Əfəndi də həsiri qaldırdı və altında bir qızıl pul gördü. Qızılı aldı, başqa bir qızıl pul gördü və beləcə hər aldığı qızıl pulun yerində yeni bir qızıl pul gördü. Borcu tamamlanana qədər bu işə davam etdi.

Süleymaniyyənin məşhur alimlərindən bəziləri, Mövlana Xalid Bağdadi həzrətlərini, əqli və nəqli elmlərin ən çətin və incə məsələləri ilə imtahan etdilər. Çarəsiz qalıb, İraqın hər baxımdan ən böyük alimi olan və hüccətül-İslam deyilən Şeyx Yəhya Məzuri İmadiyə məktub yazıb: “Süleymaniyyə alimləri tərəfindən, din və dünya elmlərinin əllaməsi, müsəlmanların hüccəti, əfəndimiz, ustadımız Yəhya Məzuri İmadi həzrətlərinə ərz olunur ki, şəhərimizdə, Xalid adlı bir şəxs zühur etdi. Hindistana gedib gəldikdən sonra, vilayəti-kübra və insanları irşad iddiasını irəli sürür. Bu şəxs, din elmlərini təhsil etdikdən sonra, tərk etdi. Səhv yollara sapdı. Bizlər onu elmdə məğlub edə bilmədik. Böyüyümüz sizsiniz! Bu tərəfə gəlib, yanlışlığını və zərərlərini dəf edib, onu məğlub etməniz, üzərinizə vacibdir. Əgər gəlməsəniz, bu fikirləri bütün insanlara və digər şəhərlərə yayılacaqdır” dedilər.

Bu məktub, Şeyx Yəhyanın əlinə keçdikdə, bəzi tələbələri ilə birlikdə, Süleymaniyyə yolunu tutdu. Şəhərə yaxınlaşanda, bütün alimlər, qarşılamağa çıxıb, hər biri öz evinə dəvət etdi isə də, qəbul etmədi və; “Bu saatda o şəxslə görüşməyim lazımdır” deyərək, Xalid Bağdadi həzrətlərinin evinə getdi.

Şeyx evə girincə, onu qapıda qarşıladı və yaxınına oturtdu. Şeyx Yəhyanın qəlbində, bir sıra incə və çətin məsələlər vardı. Bunları soruşub imtahan edəcəkdi. Xalid Bağdadi həzrətləri, Şeyxə xitabən; “Din elmlərində çox müşkül məsələlər vardır. İştə biri budur və cavabı budur; digəri budur, cavabı budur” buyurub, Şeyxin qəlbindəki bütün sualları və cavablarını söylədi. Şeyx Yəhya məsələni anladı. Tövbə edib tələbələrindən oldu.

Tələbələrindən İbni Abidin həzrətləri; “Dünən gecə yuxumda Həzrəti Osmanın vəfat etmiş olduğunu gördüm. Çox böyük bir yığıncaq oldu. Cənazə namazını mən qıldırdım” deyərək yuxusunu anlatdıqda, Mövlana Xalid həzrətləri; “Yaxın vaxtda vəfat edərəm. Sən də böyük bir camaat ilə cənazə namazımı qıldırarsan, çünki mən, Həzrəti Osmanın nəslindənəm” buyurdu. İbni Abidin bunu eşidəndə çox kədərləndi. Çox keçmədi vəfat etdi. Cənazə namazını, Hənəfi məzhəbində böyük fiqh alimi Seyid İbni Abidin həzrətləri qıldırdı.

Tələbələrindən və xəlifələrindən olan Seyid Taha Hakkari həzrətlərini çox sevər və ona çox dua edərdi.

Buyurdu ki:
Nəfsi-əmmarədən xilas olmanın əlaməti, insanların tərifləməsi ilə ayıblamasını, bərabər görməkdir. İnsanların rəğbətinə sevinmək, əhəmiyyət verməmələrinə kədərlənmək, bayağılıq və ağılsızlıqdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину