Facebook Twitter WhatsApp

Seyid Abdullah Dehləvi

Seyid Abdullah Dehləvi həzrətləri, Silsiləyi-aliyyənin iyirmi səkkizincisidir. 1745-ci ildə Hindistanın Pəncab şəhərində doğuldu. 1824-cü ildə Dehlidə vəfat etdi. Qəbri Şahcahan məscidi yaxınındakı dərgahındadır.

Atası, Əbdüllətif əfəndi alim, saleh və zahid bir şəxs idi. Bir gün yuxusunda Həzrəti Əli ona: “Allahu təala sənə bir oğul ehsan edəcək, o böyük bir şəxs olacaq. Ona bizim ismimizi qoyarsan” dedi. Rəsulullah əfəndimiz də övliyadan bir şəxs olan əmisinə yuxusunda, doğulacaq uşağa Abdullah adının verilməsini əmr etdi. Uşaq doğulduğu zaman, adını atası, Əli, əmisi Abdullah qoydu. Abdullah Dehləvi həzrətləri, altı yaşına gəlincə, Həzrəti Əliyə qarşı sevgi və ədəbindən özünə Əli deyilməsini istəməyib Əlinin xidmətçisi mənasını verən Qulam Əli dedi və bu adla tanındı.

Allah vergisi çox üstün bir zəkaya sahib idi. Qurani-kərimi qısa zamanda əzbərlədi. Dini elmləri və zamanının fənn elmlərini öyrəndi.

Məzhar Canı-Canan həzrətlərinin hüzuruna gəlib, özünü tələbəliyə qəbul buyurmasını istədi. O da: “Sən xoşun gələn bir yerə get. Bizim yolumuz, duzsuz daşı yalamaq kimidir” buyurdu. “Mən hər şeyə razıyam əfəndim” dedi. “Mübarək olsun” buyurub tələbəliyə qəbul edildi. Abdullah Dehləvi həzrətləri, 15 il söhbətilə şərəfləndi. Övliyalıqda yüksək dərəcələrə qovuşunca, mütləq icazət alıb, xəlifəsi oldu.

Abdullah Dehləvi həzrətləri buyurdu ki:
Tələbə, sadiq olan talib deməkdir. Allahu təalanın sevgisi ilə və Onun sevgisinə qovuşmaq arzusu ilə yanmaqdadır. Bilmədiyi, anlamadığı bir eşq ilə çaşqın haldadır. Yuxusu qaçar, göz yaşları dayanmaz. İşlədiyi günahlarından utanaraq başını qaldıra bilməz. Hər işində Allahdan qorxar, titrəyər, Allahu təalanın sevgisinə qovuşduracaq işləri etmək üçün çırpınar. Hər işində səbir edər. Hər dolanışıqsızlıqda, sıxıntıda qüsuru özündə görər. Hər nəfəsdə Rəbbini düşünər. Qəflət ilə yaşamaz. Kimsəylə münaqişə etməz. Bir qəlbi incitməkdən qorxar. Qəlbləri Allahu təalanın evi bilər. Əshabı-kiram haqqında xeyir danışar və adları çəkildikdə “radıyallahu anhüm” deyər. Hamısının yaxşı olduğunu söyləyər. Peyğəmbər əfəndimiz, Əshabı-kiram arasında olan şeyləri danışmamağı əmr buyurdu. Saleh müsəlman, bunları danışmaz, yazmaz və oxumaz. Beləcə, o böyüklərə qarşı bir ədəbsizlik etməkdən özünü qoruyar. O böyükləri sevmək, Allahın Rəsulunu sevmənin əlamətidir. Öz bilgisi, öz görüşü ilə övliyayı-kiramı, bir-birindən aşağı və yuxarı deyə ayırmaz. Birinin, daha yüksək, daha üstün olduğu ancaq ayəti-kərimə, hədisi-şərif və Səhabəyi-kiramın söz birliyi ilə anlaşılar. Məhəbbət sərxoşluğu ilə başqa cür söyləyənlər üzrlüdür.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину