Facebook Twitter WhatsApp

Seyid Nur Muhamməd

Seyid Nur Muhamməd həzrətləri, övliyanın böyüklərindəndir. Silsiləyi-aliyyənin iyirmi altıncısıdır. Seyid olub soyu Peyğəmbər əfəndimizə çatır. Türbəsi, Hindistanın Dehli şəhərindədir.

Seyid Nur Muhamməd Bədayuni həzrətləri, elmini və feyzini imam Rabbani həzrətlərinin nəvəsi, böyük alim və mürşidi-kamil Muhamməd Seyfüddin Fəruqidən aldı. Onun dərslərində və söhbətlərində yetişib icazət aldı. Elmdə o qədər yüksəlmişdi ki, zamanının yeganə alimi və rəhbəri idi.

İnsanlar ondan feyz almaq üçün söhbətinə tələsmişlərdir. Bir təvəccöhü ilə tələbələrinin qəlbləri zikr etməyə başlayardı. “Küçədə günahkarla qarşılaşmaq qəlbdə zülmət hasil edər” buyurar və tələbələrinin hansı günahı işləyənlə qarşılaşdığını xəbər verərdi. Yetişdirdiyi tələbələrin ən məşhuru və xəlifəsi, “Məzhar Canı-Canan” həzrətləri olub, övliyanın böyüklərindəndir.

Şübhəli şeylərdən və haramlardan çəkinmə xüsusundakı səyi son dərəcəyə çatmışdı. Yeyəcəyi çörəyin ununu halaldan tədarük edər, xəmirini özü yoğurub, bişişər və yaxşıca acdıqda az-az yeyərdi. Təsəvvüfdə ilahi eşq ilə özündən keçmə halı pək çox idi. 15 il bu hal üzrə yaşadı və təsəvvüfi hallara qərq oldu. Ömrünün son zamanlarında bu haldan ayıqlıq halına qayıtmışdır.

Sünnəti-səniyyəyə uymaqda, ədəblərdə də Peyğəmbər əfəndimizə tabe olmaqda böyük bir diqqət göstərərdi. Peyğəmbər əfəndimizin həyatını və yüksək əxlaqını anladan kitabları davamlı yanında saxlayar, bunları oxuyub, hallarında və işlərində Rəsulullah əfəndimizə tabe olmağa çalışardı.

Bir dəfəsində ayaqyoluna girərkən, səhvən əvvəlcə sağ ayağını içəri atınca təsəvvüfdəki halları bağlandı. Üç gün Allahu təalaya yalvarıb, niyaz etdikdən sonra halları təkrar açıldı.

Daim müraqəbə halında olardı. Beləcə, Allahu təaladan başqa hər şeyi unudub, Allahu təalaya yönələrək çox ibadət etdiyi üçün beli bükülmüşdü.

Bir gün biri yemək hədiyyə gətirmişdi. Ona təqdim edilincə, “Bu yeməkdə bir zülmət görünür, lütfən bir araşdırın!” buyurdu. Bu yemək halaldandır deyə ərz etdilər. Lakin araşdırdıqda, bu yeməyin riya niyyət ilə hazırlandığını anladılar.

Dünyaya düşkün olan bir kimsə, ondan əmanət bir kitab istədikdə verərdi. Kitab geri gətirilincə o kitabı bir yerə qoyar üç gün gözlədərdi. Verdiyi kimsədən kitab üzərinə sirayət edən zülmət, söhbəti bərəkətilə dağıldıqdan sonra alıb oxuyardı.

Bir dəfəsində bir tələbəsi hüzuruna gedərkən, yolda gözü yad bir qadına ilişib ona baxmışdı. Xocasının hüzuruna girincə, səndə zina zülməti görürük buyuraraq yad qadına baxması səbəbilə günaha girdiyinə işarə etmişdir.

Əshabı-kirama düşmənlik bəsləyən, rafizi iki nəfər, rafizi olduqlarını gizləyib, ona tabe olmaq istədiklərini söyləmişdilər. Onlara, “Əvvəlcə xarab etiqadınızdan vaz keçin sonra tabe olma arzusunda olun” buyurdu. Biri, bu kəraməti görüncə, dərhal tövbə edib, sapqın etiqadından əl çəkdi.

Özü anladır:
“Bir gün xocamın qəbrini ziyarətə getmişdim. Qəbri başında müraqəbəyə daldım, xocamı qəbrində görüb, danışdım. Kəfəni və bədəni heç çürüməmişdi. Yalnız ayaqlarının alt qisimlərinə torpaq təsir edib yüngülcə tökülmüşdü. Bunun səbəbini özündən soruşdum, dedi ki: “Sahibindən icazəsiz, o gəldiyi vaxt geri vermək niyyətilə bir daş götürüb, dəstəmaz aldığım yerə qoydum. Dəstəmaz alarkən o daşın üzərinə basdım. Ayaqlarımda gördüyün torpağın təsiri bu səbəblədir.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину