Facebook Twitter WhatsApp

Xacəgi Muhamməd Əmkənəgi

Xacəgi Muhamməd Əmkənəgi həzrətləri, övliyanın böyüklərindəndir. Silsiləyi-aliyyənin iyirmi birincisidir.

1512-ci ildə Buxaranın İmkənə qəsəbəsində doğuldu. 1599-cu ildə orada vəfat etdi. Övliyanın böyüklərindən Dərviş Muhamməd həzrətlərinin oğlu, Muhamməd Baqibillah həzrətlərinin xocasıdır. Zahiri və batini elmləri atasından öyrəndi. Atasından feyz alaraq təsəvvüfdə kamala çatdı. Təsəvvüf elminin və hallarının mütəxəssisi idi.

Bütün ömrü İslamiyyətə xidmətlə və Peyğəmbər əfəndimizin gözəl əxlaqını insanlara çatdırmaqla və öyrətməklə keçdi. Çox vəli yetişdirdi. Yetişdirdiyi vəlilərin ən başda gələni özündən sonra xəlifəsi olan Muhamməd Baqibillahdır. Muhamməd Baqibillah həzrətləri, bir gecə yuxusunda Xacəgi Muhamməd Əmkənəgini gördü. Xocası ona; “Ey oğul, sənin yolunu gözləyirəm” buyurdu. Baqibillah həzrətləri buna çox sevindi. Dərhal hüzuruna getdi. Hüzuruna çatanda ona çox iltifat göstərib, yüksək hallarını dinlədi. Sonra üç gün üç gecə birlikdə bir otaqda baş-başa qalıb, söhbət etdilər.

Xacəgi həzrətləri ona feyz verib, yüksək faydalara qovuşdurdu. Sonra Baqibillah həzrətlərinə; “Sizin işiniz, Allahu təalanın köməyi və bu yüksək yolun böyüklərinin ruhlarının tərbiyələrilə tamam oldu. Təkrar Hindistana getməyiniz lazımdır. Çünki bu silsiləyi-aliyyənin, orada sizin sayənizdə parlayacağını görürəm. Bərəkət və tərbiyənizdən çox istifadə edib, böyük işlər görəcək kimsələr gələcək” buyurdu.

Xacə Baqibillah özünü bu işə layiq görmədiyindən, üzr dilədisə də, Xacəgi Əmkənəgi, ona istixarə etməsini əmr etdi. Yuxusunu Əmkənəgi həzrətlərinə anlatdığı zaman, bu qarşılığı aldı:
“Dərhal Hindistana gedin. Orada sizin bərəkətli nəfəslərinizdən bir əziz meydana gələcək, bütün dünya onun nuruyla dolacaq. Hətta, siz də ondan nəsibinizi alacaqsınız.”

Xacə Baqibillah həzrətləri Hindistanda Sərhənd şəhərinə gəldiyi zaman, ona; “Qütbün ətrafına gəldin” deyə ilham olundu. Bu qütb, İmam Rabbani həzrətləri idi.
Demək ki, bu qiymətli toxum, Səmərqənd və Buxaradan gətirilmiş, Hindistan torpağına əkilmiş olurdu.

Xacəgi Muhamməd Əmkənəgi həzrətləri, ömrünün sonlarına doğru sıx-sıx belə söyləyərdi:
Ölümü xatırlayar, güləməm əsla,
Bu gün nə olacaq biləməm əsla,
Məqsədim Rəbbimə yaxın olmaqdır
Bundan başqasını istəməm əsla.

Mövlana Xalidi Bağdadi həzrətləri bir məktubunda Xacəgi Əmkənəgi həzrətlərindən bəhslə belə buyurmuşdur:
“Xacəgi Əmkənəgi, Haqq aşiqlərini gerçək sevgiliyə qovuşdurmaq üçün çətinliklərə qatlanaraq və zahirən qırıqlıq içərisində illərlə rəhbərlik etdi. Bir gün tələbələrinin bir qismi ilə tikanlıq bir yerdən keçirdilər. Bir tələbəsinin ayaqları yalın idi. Ayağına durmadan tikan batırdı. İçindən gizlicə ah çəkir və ayağını da xocasının izindən ayırmır, ardınca gedirdi. Xocası Əmkənəgi həzrətləri onun bu halına iltifat edib, “Qardaşım ayağa ələm tikanı batmadıqca, murad gülü açılmaz” buyurdu. Bu sözə tələbə çox sevindi.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину