Gözəl İslam / Abdullah ibn Zeyd

Abdullah ibn Zeyd

Sahib-ül azan.

Hicrətdən sonra Mədinədə Peyğəmbər əfəndimizin məscidi inşa edilmiş, burada Müsəlmanlar camaatla namaz qılırdılar. Ancaq o günlərdə namaz vaxtlarını bildirmək əziyyətli olurdu. Müsəlmanlar Məscidə toplanar, namaz vaxtını gözləyərdilər. Bəziləri də tam vaxtı təyin edə bilməzdilər.

Sevgili Peyğəmbərimiz buna bir çarə axtarırdılar. Bir gün yoldaşlarını topladılar.  Məsələni hamısı birlikdə məsləhətləşməyə başladılar. İlk əvvəl bu təklif edildi:

— Namaz vaxtlarında  zəng çalsaq?

Bunun üzərinə Peyğəmbər əfəndimiz buyurdu ki:

— Zəng çalma adəti Xristianlara məxsusdur.  Bizə yaraşmaz.

Sonra  başqa bir təklif irəli sürüldü:

— Boru çalsaq?

— O da Yəhudilərə aiddir. Doğru olmaz.

Atəş  yandırsaq?

— Yüksək yerlərdə atəş yandırsaq?  Beləcə namaz vaxtlarını  görərək öyrənmiş olarıq!

Bu təklifə də Allahu təalanın Rəsulu belə buyurdu:

— Atəş yandırmaq atəşpərəstlərin, atəşə tapınanların işidir. Məcusilərin etdiyini təqlid edə bilmərik. Son olaraq:

— Namaz vaxtlarında bir bayraq qaldıraq, deyə təklif edildi.

Peyğəmbər əfəndimiz bunu da bəyənmədilər. Nəticədə, qərar verə bilmədən dağıldılar.  Müsəlmanlar kədərli olaraq evlərinə çəkildilər.

O görüşmədə olan Abdullah ibn Zeyd eyni gecə bir yuxu gördü… Ertəsi gün sübh namazından sonra Sevgili Peyğəmbərimizə gördüyü yuxunu danışdı:

     “Ya Rəsulallah!  Dünən gecə yuxumda mübarək bir şəxs gördüm. Əlində parlaq bir zəng vardı. Ondan soruşdum:

— Onu mənə satarsanmı?

— Zəngi nə edəcəksən?

— Müsəlmanları namaza dəvət edəcəyəm.

O mübarək şəxs güldü və dedi ki:

— Sənə ondan daha xeyirli bir şey  öyrədimmi?

— Öyrət!..

O zaman mənə kəliməsi kəliməsinə, Azanı Muhammədini oxudu.”

Abdullah ibn Zeyd həzrətlərinin yuxularını danışmasından sonra Allahu təalanın Rəsulu da təbəssüm edərək buyurdular ki:

— İnşaallah gördüyün haqq  yuxudur, saleh  yuxudur. İndi qalx, öyrəndiklərini Bilala öyrət!  Azanı, O oxusun!  Çünki səsi,  səndən daha gur, daha yüksəkdir.

Eyni yuxunu mən də gördüm

Bu yuxunu və Azan kəlimələrini eşidən Həzrəti Ömər  dedi ki:

— Ya Rəsulallah! Səni haqq Peyğəmbər olaraq  göndərən Allaha and içirəm ki, eyni yuxunu mən də gördüm.

Bunun üzərinə sevgili Peyğəmbərimiz  əllərini səmaya qaldıraraq, Cənabı Haqqa şükr etdilər, həmd etdilər.

Bundan sonra Sahib-ül Azan deyə məşhur olan Abdullah ibn Zeyd, Mədinəli Müsəlmanların Həzrəc qoluna mənsubdur. Əbu Muhamməd əl-Mədəni ləqəbi ilə tanınmışdır. Əqabə biətində Rəsulullaha iman edib Müsəlman olmaqla şərəflənmişdir.  Bədir müharibəsində iştirak etmiş  və digər bütün hərblərə qatılaraq, böyük qəhrəmanlıqlar göstərmişdir.

Rəsulullah ilə birlikdə Vəda Həccində iştirak etdi.  Bu həcc əsnasında əlində olan bütün mallarını, heyvanlarını kasıblara sədəqə olaraq payladı. 644-cü ildə 64 yaşında ikən vəfat etdi.

Buyurdu ki:

Dünyada olub axirət həyatı yaşayan insan səadət içindədir. Bir insan yaşadığı müddətcə Allahı xatirindən çıxarmayıb, Ona həmişə yalvarsa axirətdə mərhəmətinə  səbəb olar.  Beləcə axirət həyatı yaşamış olar.”

 

27-06-2018, 15:57
Geri