Gözəl İslam / Əbu Rafi

Əbu Rafi

Peyğəmbərimizin azad etdiyi kölələrindəndir.

Əbu Rafi əslən Misirli olub Rəsuli-əkrəmin əmisi Həzrəti Abbasın köləsi idi. İslamın ilk zamanlarında Müsəlman olmasına baxmayaraq müşriklərin pislik etməsindən çəkindiyi üçün, müsəlmanlığını bəlli etməmişdi. Çünki Məkkəli müşriklər kölə kimi kimsəsiz olanlara daha çox işgəncə edirdilər. Əbu Rafi Bədr hərbinə qədər Məkkədə qaldı.

Bədir hərbindən sonra müşriklər məğlub olaraq Məkkəyə qayıtmışdılar. Əbu Rafi bu sırada Zəmzəm quyusunun yanındakı otağında öz işi ilə məşğul idi. Yanında Həzrəti Abbasın xanımı Ümmi Fadl da vardı.

Sevincli xəbər

Ümmi Fadl da müsəlman idi. O da müsəlmanlığını gizləyirdi. Müsəlmanların Bədirdə müşrikləri böyük  bir məğlubiyyətə uğratdıqlarını eşidincə  çox sevinmişdilər.

Əbu Rafi ilə Ümmi Fadl bu sevincli xəbərdən danışırdılar.

Bu sırada otağa Əbu Ləhəb gəlincə söhbətlərini kəsdilər. Əbu Ləhəb Bədir hərbinə getməmiş, yerinə As ibn Hisam ibn Muqirəni göndərmişdi. O zamanın adətinə görə hərbə getməyən bir kimsə yerinə başqasını göndərməli idi.

Əbu Ləhəb gəlincə ona Qureyşin məğlubiyyət xəbərini verdilər. Bunun üzərinə Əbu Ləhəb orada bir yerdə oturdu. Əbu Rafi ilə Əbu Ləhəbin kürəklərini bir-birinə dönük bir vəziyyətdə idi. Əbu Ləhəb oturarkən Əbu Süfyan da Bədirdən qayıtmışdı. Bunu görənlər dedilər ki:

— Əbu Süfyan gəldi!

Əbu Ləhəb Əbu Süfyana səsləndi:

— Ey qardaşımın oğlu! Yanıma gəl!

Ondan Bədir hərbi haqqında məlumat almaq niyyəti ilə soruşdu:

— Danış görək, necə oldu?

Əbu Süfyan orada bir yerə oturdu. Bir çox kimsə də ayaq üstə dinləyirdi. Əbu Süfyan belə danışdı:

— Heç soruşma, Müsəlmanlarla qarşılaşınca sanki əlimiz, qolumuz bağlı idi. İstədikləri kimi hərəkət etdilər. Bir qismimizi öldürdülər, bir qismimizi əsir aldılar. Vallah mən bizimkilərdən heç kimi qınayıb ayıblamıram. Çünki, o sırada elə kimsələrlə qarşılaşdıq ki, yer ilə göy arasında qara-ağ atlar üzərində ağlara bürünmüşdülər.

Səssizcə onları dinləməkdə olan Əbu Rafi birdən-birə, “Vallah onlar mələklərdir”dedi.

Kimsəsi yoxdur deyə…

Əbu Ləhəb Əbu Rafiyə şiddətli bir yumruq vurdu və qaldırıb yerə sərdi. Onu bir xeyli döydü. Bunun üzərinə orada olan Ümmi Fadl bir dəyənək ilə şiddətlə Əbu Ləhəbə vurdu və dedi ki:

— Kimsəsi yoxdur deyə onu gücsüz gördün?

Əbu Ləhəb başına dəydiyi dəyənək ilə zəlil, alçaq və zarımış bir vəziyyətə dönüb getdi. Yeddi gün keçmişdi ki, Allahu təala ona qara qızıl deyilən bir xəstəlik verdi. Bu xəstəlik onun ölməsinə səbəb oldu.  Oğulları onu iki və ya üç gecə dəfn etmədən atıb getdilər.

Sonunda xalqın ayıblaması ilə yanına yaxınlaşmadan uzaqdan üzərinə su səpib kənar bir yerdə basdırdılar.

Əbu Rafi Bədir döyüşündə əsir olan Həzrəti Abbasın fidyəsini gətirdi. Bundan sonra Həzrəti Abbas onu Peyğəmbər əfəndimizə bağışladı. Əbu Rafi bundan sonra bir daha qayıtmayaraq daim Peyğəmbər əfəndimizlə birlikdə oldu. Rəsulullahın himayəsində olub davamlı söhbətində olan Əshabi-Soffa arasına qatıldı.

Bir kölə bağışladı

Rəsuli-əkrəmin mübarək xanımlarından olan Mariyədən İbrahim adındakı oğlunun dünyaya təşrifində Əbu Rafinin xanımı Səlma mamalıq etmişdi.  Əbu Rafi Rəsuli-əkrəmə  müjdə xəbərini gətirdiyi zaman Peyğəmbər əfəndimiz onu azad etmişdir.

Rəsuli-əkrəm əfəndimiz onu Səlma adındakı cariyəsi ilə evləndirdi. Ondan Ubeydullah adında bir oğlu oldu. Bu oğlu böyüyüncə Həzrəti Əlinin katibi olmaq şərəfinə qovuşdu.

Əbu Rafi azad edildiyi zaman ağlamış və demişdi ki:

— Ya Rəsulallah! Məni buraxırsınız, amma bundan sonra da yanınızda qalacağam.

Azad ikən də Rəsulullahdan ayrılmamış, hərb və sülh zamanlarında da Rəsuli-əkrəmin  xidmətində olmaq  nemətinə qovuşmuşdur. Səfərlərdə Rəsulullahın çadırını o qurardı.

Peyğəmbər əfəndmiz Ərkam ibn Əbil Ərkamı zəkat məmuru olaraq bir bölgəyə göndərmişdi. Həzrəti Ərkam Əbu Rafiyə dedi ki:

— Mənə bu işdə köməkçi olsan, sənə toplanan zəkatdan toplayanlara nə verilərsə, sənə də o qədər verərəm.

Əbu Rafi bunu Rəsulullaha ərz edincə, buyurdu ki:

— Ya Əba Rafi! Biz Əhli-beytdənik. Onun üçün bizə sədəqə yəni zəkat halal deyildir.  Qövmün köləsi  özlərindən sayılır.

Əbu Rafi Ühüd və Xəndək döyüşlərinə qatılmış,  Həzrəti Əlinin başçılığı ilə Yəmənə göndərilən səriyyədə iştirak etmiş, bu səriyyədə Həzrəti Əliyə köməkçi vəzifəsini görmüşdür. Həzrəti Əbu Bəkir zamanında mürtədlərlə edilən döyüşlərdə iştirak edib, Həzrəti Ömərin dövründə də fəthlərə qatılmışdır.

Əbu Rafi Həzrəti Osmanın zamanında öz halında sakit bir həyat yaşamış, elmlə məşğul olub, bir çox tələbə yetişdirmişdir. 660-cı illərdə vəfat etmişdir.

Daha çox ehsan edildi

Əbu Rafi Rəsuli-əkrəmin sünnəti-səniyyəsini və yüksək əxlaqını çox yaxşı bilərdi. Əshabı-kiram ondan bu mövzuda çox istifadə etmişdirlər. Hətta İbni Abbas bir katib tutub  onun bu barədə verdiyi bilgiləri yazdırmışdır. 68 hədis bildirmişdir.

Allahu təala Adəm əleyhissəlama olan ikramdan daha çoxunu Peyğəmbər əfəndimizə ehsan  etmişdir.  Çünki Həzrəti Adəmə tək ad  bilgisi verildi. Peyğəmbər əfəndimizə ad bilgisi verildikdən sonra bu adlara aid şəxslər də bildirildi. Ümmətindən nə qədər adam gələcəksə,  hamısının surətləri özünə təqdim edilmişdir.  Bu barədə Rəsulullah əfəndimiz buyurdu ki:

— Adəm (əleyhissəlam) su ilə palçıq arasında ikən ümmətimin surətləri mənə təqdim edildi.  Adəmə bütün adlar öyrədildiyi kimi, mənə də bütün adlar öyrədildi.

 

 

14-06-2018, 17:56
Geri