Gözəl İslam / Hamnə binti Cahş

Hamnə binti Cahş

            Peyğəmbər əfəndimizin bibisi qızı.

            Ası Ümeymə binti Abdulmuttalibin qızı idi.  Eyni zamanda Rəsulullah əfəndimizin xanımlarından  Zeynəb binti Cahşın bacısı idi. Beləcə, Rəsulullahın baldızı olma şərəfinə nail olmuşdu.

            İslamiyyətin ilk illərində Müsəlman olmuşdu. Peyğəmbərimizə bütün qəlbi ilə bağlıydı. Böyük səhabələrdən Musab ibn Üməyr ilə evliydi. Birlikdə məsud bir həyat yaşayırdılar.

Əri, dayısı və qardaşı şəhid oldu

            Həzrəti Musab Uhud hərbinə qatılmış, çox böyük qəhrəmanlıqlar göstərmişdi. Az qala böyük bir zəfər qazanılacaqdı. Fəqət, Rəsulullahın yerləşdirdiyi oxçuların yerlərini tərk etməsi səbəbilə savaşın axını deyişdi. Müsəlmanlar dağılmış kimi oldular. Hətta Rəsulullahın şəhid edildiyi xəbəri yayıldı.

            Mədinədə olan qadın səhabələr bunu xəbər alan kimi cəbhəyə qaçdılar. Bunlar arasında Musab ibn Üməyrin xanımı Hamnə də var idi.  Bu xanımlar Rəsulullahın səhhət xəbərini alanda çox sevindilər.

            Fəqət, Həzrəti Musab bu döyüşdə şəhid olmuşdu. Ayrıca Həzrəti Hamnənin qardaşı Abdullah ibn Cahş və dayısı Həzrəti Həmzə də şəhadət mərtəbəsini qazanmışdı. Bu xəbəri  Hamnəyə Peyğəmbər əfəndimiz vermək istəyirdi. Hamnə yanına gəldiyi zaman buyurdu ki:

Peyğəmbərimiz təkrar buyurdu ki:

Bundan sonra Peyğəmbər əfəndimiz yenə  buyurdu ki:

Həzrəti Hamnə bu dəfə maraqla təkrar soruşdu:

Bunun üzərinə o vaxta qədər səbir və mətanətini heç pozmayan Həzrəti Hamnə birdən dəyişdi. Yetim qalan uşaqlarını düşündü.  “Vay mənim başıma gələnlərə” deyib ağlamağa başladı.

Başqa bir yeri vardır

            Bunun üzərinə Rəsulullah əfəndimiz belə buyurdu:

Həzrəti Hamnə əri üçün eyni səbri göstərə bilməməsinə baxmayaraq, təqdirə də etiraz etmədi. Rəsulullahın dua və təsəllisiylə sakitləşdi.  

Həzrəti Hamnə daha sonra  Cənnətlə müjdələnən on səhabədən Talha ibn Ubeydullah ilə evləndi. Onunla da məsud bir həyat yaşadılar. Muhamməd və İmran adında iki uşaqları dünyaya gəldi.

28-05-2018, 15:13
Geri