Facebook Twitter WhatsApp

Həsən ibn Əli

Cənnət gənclərinin əfəndisidir.

Peyğəmbər əfəndimizin, “Cənnət gənclərinin seyidi, əfəndisidir” buyurduğu nəvəsi Həzrəti Həsən, 625-ci ilin Ramazan ayının ortasında doğuldu. Peyğəmbər əfəndimiz qulağına azan və iqamə oxuyub adını Həsən qoydu.  Doğumunun yeddinci günü əqiqə olaraq iki dənə qoç kəsdi. Saçını da kəsdirib ağırlığı qədər gümüş sədəqə verdi.

Həmişə onu tutursunuz

Aləmlərin əfəndisi olan sevgili Peyğəmbərimizin tərbiyəsiylə yetişib böyüyən Həzrəti Həsən mükəmməl  bir təhsil və tərbiyə gördü. Peyğəmbərimiz Həzrəti Həsəni çox sevər, onunla şəfqətlə rəftar edərdi.

Bir dəfə Həzrəti Həsən qardaşı Həzrəti Hüseyn ilə Rəsulullahın hüzurunda güləşirdilər. Rəsulullah əfəndimiz Həzrəti Həsəni dəstəkləyirdilər. Anaları Fatimə-tüz-Zəhra atasına dedi ki:

— Ya Rəsulallah! Həsən böyükdür, həmişə onun tərəfini tutursunuz. Halbuki, kiçiyə köməkçi olmaq daha uyğun deyilmi?

Bunun üzərinə buyurdular ki:

— Ya Fatimə! Cəbrayıl əleyhissəlam Hüseynə kömək edir.

Əbu Əyyub-əl-Ənsari Həsən ilə Hüseynin  Rəsulullahın hüzurunda oynadıqları sırada hüzurlarına girincə dedi ki:

— Ya Rəsulallah! Sən bunları çoxmu sevirsən?

Peyğəmbər əfəndimiz də buyurdu ki:

— Necə sevmərəm. Bunlar mənim dünyada öpüb  iylədiyim iki reyhanımdır.

Əbu Hüreyrənin nəql etdiyinə görə bir gün Rəsulullah əfəndimiz Həzrəti Həsəni qucağına oturtmuşdu. O da mübarək saqqalıyla oynayırdı.  Rəsulullah əfəndimiz üç dəfə buyurdu ki:

— Mən bunu çox sevirəm. Sən də sev! Onu sevənləri də sev!

Həzrəti Həsən hələ ağıl və yetkin olmadan Rəsulullaha biyət edən uşaqlardandı. Səkkiz yaşına gəldiyi zaman 632-ci ildə əvvəl babası, sonra da anası Fatimə-tüz-Zəhra vəfat edincə yetim qaldı. Bundan sonra da atası Həzrəti Əlinin tərbiyəsində böyüdü.

Fitnəçilər fitnə çıxarıb Həzrəti Osmanın evini mühasirəyə aldıqları zaman onun  imdadına getdi. Atasının şəhid olmasından sonra altı ay xəlifəlik etdi.

Həzrəti Həsən daha kiçik yaşda ikən Rəsulullah əfəndimizin; “Bu oğlum seyiddir. Ümid edirəm ki,  Allahu təala onun vasitəsilə iki tərəfin arasını düzəldər”  hədisi-şərifinə məzhər oldu.

Cənnət gənclərinin böyüyü

Həzrəti Həsən zövcəsi Cadə binti Əşas tərəfindən 669-cu ildə  zəhərlənərək şəhid edildi. Cənazə namazını Səid  ibn  As  qıldırdı. Qardaşı  Həzrəti Hüseyn tərəfindən Mədinə münəvvərədəki Baqi qəbiristanlığına dəfn edildi.

Həzrəti Həsən haqqında sevgili Peyğəmbərimiz; “Həsən ilə Hüseyn Cənnət gənclərinin böyüyüdür. Ataları onlardan üstündür”  buyurdu.

Həzrəti Həsən on iki imamın ikincisidir. Birincisi Həzrəti Əlidir. Vilayət yolunda bütün vəlilər,  feyz və ehsanlar bu on iki imam vasitəsi ilə gəlir.

On beş oğlan və səkkiz qız övladı olan Həzrəti Həsənin soyundan  gələnlərə Şərif deyilir. Rəsulullah əfəndimizin nəsli Həzrəti Həsən və qardaşı Həzrəti Hüseynin uşaqları ilə davam etmişdir.

Peyğəmbər əfəndimiz bir gün Həsən, Hüseyn, Fatimə və Əlini əbası altına alıb Əhzab surəsinin 33-cü ayəsini oxuyub: “Ey əhli-beytim! Allahu təala sizlərdən ricsi, hər qüsur və kirləri aradan qaldırmaq istəyir və sizi tam bir  təharət ilə təmizləmək  iradə edir” buyurduqdan sonra bunları əlavə etdilər: “Allahım! Mənim əhli-beytim bunlardır!”

Hər müsəlmanın sevməsi lazım olan əhli beytdən olan Həzrəti Həsən ağ və gözəl üzlü olub üzü Rəsulullaha çox bənzəyən yeddi adamdan biridir.  Rəsulullah əfəndimizə ondan daha çox bənzəyən  kimsə yoxdu.

Rəsulullaha bənzəyir

Bir gün Həzrəti Əbu Bəkir əsr namazını qıldıqdan sonra yolda oynayan Həzrəti Həsənin yanına getdi. Onu  çiyinlərinə aldı. Həzrəti Əliyə buyurdu ki:

— Ya Əli! Sənə deyil də tamamilə Rəsulullah əfəndimizə bənzəyir.

Bunun üzərinə Həzrəti Əli təbəssüm etdi

Həlim, yəni yumşaqlıq, razılıq, səbr  və kərəm, yəni səxavət sahibi idi. İki dəfə hər şeyini Allah rizası üçün payladı.

Bir adamın münacatında; “Ya Rəbbi! Mənə on min qızıl ehsan et!” dediyini eşidincə tələsiklə evinə getdi və adamın münacatında istədiyini göndərdi.

Çox sədəqə verərdi. Alış-verişlərində bazarlıq edər, ucuz almağa çalışardı. Ona dedilər ki:

— Bir gündə minlərlə dirhəm sədəqə verirsən, amma bir şey satın alarkən nə üçün  uzun-uzun bazarlıq edib  yorulursan?

— Verdiklərimi Allah rizası üçün verirəm. Nə qədər versəm yenə azdır.  Ancaq alış-verişdə  aldanmaq, ağılın və malın nöqsan olmasıdır.

Aldığı bir hədiyyəyə dəyərindən çox qarşılıq verərdi. İyirmi beş dəfə piyada olaraq həccə getdi. Bir gün Abdullah ibn Zübeyr ilə yola çıxmışdı. Bir xurmalıqda istirahət etdilər. Abdullah ibn Zübəyr dedi ki:

— Ağacda xurma olsaydı yaxşı olardı.

Həzrəti Həsən səssizcə dua etdi. Bir ağac dərhal yaşıllaşıb xurma ilə doldu. Orada olanlar: “Bu sehrdir!” dedilər.  Həzrəti Həsən buyurdu ki:

— Xeyr, sehr deyil, Rəsulullahın nəvəsinin qəbul olan duası ilə Cənabı Haqq  yaratmışdır.

Həzrəti Həsən qızına və qızının oğullarına nəsihət edər; “Elm öyrənməyə çalışın! Əzbərləmək çətin gəlirsə, yazın və evlərinizə  aparın” buyurardı.

Əslində mən bilmirdim

Həzrəti Həsən və Həzrəti Hüseyn bir gün səhrada gedirdilər. Bir qocanın dəstəmaz aldığını gördülər. Dəstəmazı doğru almır, şərtlərinə uymurdu. Qoca olduğu üçün, “Belə dəstəmaz səhih olmaz” deməyə çəkindilər. Yanına gedərək dedilər ki:

— Mübarək əfəndim! Biz bir-birimizdən daha yaxşı dəstəmaz aldığımızı söyləyirik. Bir-bir dəstəmaz alaq. Hansımızın haqlı olduğunu bizə bildirərsinizmi?

Əvvəl Həzrəti Həsən, sonra Həzrəti Hüseyn gözəl bir dəstəmaz aldılar. Aldıqları dəstəmaz tamamilə  bir-birinin eyni idi. Qoca diqqətlə baxdı  və sonra dedi ki:

— Övladlarım!  Aldığınız dəstəmazın bir-birindən heç bir fərqi yoxdur. Əslində mən dəstəmaz almağı bilmirmişəm. Dəstəmaz almağı indi sizdən öyrəndim.