Facebook Twitter WhatsApp

Abbas ibn Ubadə

            Abbas ibn Ubadə

Ənsarın mühaciri deyə tanınan səhabədir.

Abbas ibn Ubadə Peyğəmbər əfəndimizin dəvətini eşidincə müsəlman olmaq üçün qaçaraq gələn Mədinəli ilk 2 adamdan biridir. Birinci Aqabə biyətində müsəlman olan altı Mədinəli, ikinci il yanlarına altı yoldaş daha alıb on iki  adam olaraq Məkkəyə gəldilər.

İndidən edin!

            Peyğəmbərimizlə gecə Aqabədə görüşmək üçün söz aldılar. Gecə olanda görüşdülər və  aralarında razılaşdılar. Həzrəti Abbas ibn Ubadə Peyğəmbər əfəndimizlə edilən razılaşmanı  qüvvətləndirmək üçün yoldaşlarına dedi ki:

— Ey  Hazrəclilər! Peyğəmbər əfəndimizi  nə üçün qəbul etdiyinizi bilirsiniz?

Onlar da: “ Bəli” cavabını verdilər.  Bunun üzərinə sözlərinə belə davam etdi:

—  Siz Onu həm sülh, həm də hərb zamanları üçün qəbul edib Ona tabe olursunuz.  Əgər, mallarınıza bir zərər gəlincə qohum və yaxınlarınız həlak olunca,  Peyğəmbərimizi tək və  köməksiz buraxacaqsanız, bunu indidən edin!

Vallah,  əgər belə bir şey etsəniz dünyada və axirətdə həlak olarsınız. Əgər, dəvət etdiyi şeydə, mallarınızın getməsinə və yaxın qohumlarınızın öldürülməsinə  baxmayaraq, Peyğəmbərimizə bağlı qalacaqsınızsa, Onu tutun. Vallah bu, dünyanız və axirətiniz üçün xeyirdir.

Bu sözlərdən sonra yoldaşları da dedilər ki:

— Biz Peyğəmbərimizi mallarımız ziyan olsa da, yaxınlarımız öldürülsə də yenə  qoruyarıq.  Ondan heç bir zaman ayrılmarıq. Ölmək var, dönmək yoxdur.

Sonra Peyğəmbər əfəndimizə dönərək sual etdilər:

— Ya Rəsulallah, biz  bu əhdimizi, sözümüzü  yerinə yetirsək, bizə nə vardır?, deyə sual etdilər.

Peyğəmbərimiz isə; “Cənnət”  buyurdular.

Bundan sonra sıra ilə Peyğəmbərimizə biyət  edib, söz verdilər.

Peyğəmbərimiz Mədinəli Müsəlmanlardan bu barədə söz aldı:

Allahu təalaya heç bir şeyi ortaq qoşmamaq, oğurluq etməmək, zina etməmək,  uşaqları öldürməmək,  yalan söyləməmək,  böhtan atmamaq, xeyirli işlərə müxalifət etməmək.

Mədinəlilərin Peyğəmbər əfəndimizə biyət etdiyi vaxt Aqabə təpəsindən belə bir səs eşidildi:

— Ey Minada yerləşənlər! Peyğəmbər ilə müsəlman olan mədinəlilər sizlərlə döyüşmək üçün razılaşdılar!

Peyğəmbərimiz bu səs üçün buyurdu ki:

— Bu Aqabənin şeytanıdır.

Sonra səslənənə də buyurdular ki:

— Ey Allahu təalanın düşməni!  İşimi bitirəndə, sənin öhdəndən gələrəm!

Bu şəkildə əmr olunmadıq

     Biyət edən Mədinəlilərə də buyurdu:

— Siz dərhal düşərgə yerlərinizə qayıdın!

Həzrəti Abbas ibn Ubadə dedi ki:

— Ya Rəsulallah, and olsun ki, istədiyin təqdirdə, sabah səhər, Minada olan kafirlərin üzərinə qılınclarımızla əyilər, onların hamısını qılıncdan keçirərik.

Peyğəmbər əfəndimiz məmnun oldular, ancaq, “ Bizə, hələ bu şəkildə hərəkət etməmiz əmr olunmadı. Hələlik siz yerlərinizə qayıdın!”  buyurdu.

Həzrəti Abbas ibn Ubadə, Əqəbədə biyət etdikdən sonra Peyğəmbərimizdən ayrılmamış, Məkkədə qalmışdır. Peyğəmbərimizə hicrət üçün icazə gələndə o da Mədinəyə hicrət  etmişdir. Bu səbəblə ona, “Ənsarın mühaciri” deyilmişdir.

Bizə buyurun!

Peyğəmbər əfəndimiz Məkkədən Mədinəyə hicrət etdiyi zaman hər kəs Rəsulullahı  qonaq etmək istəyirdi. Mədinə xalqı  Peyğəmbərimizə  görülməmiş bir hörmət göstərir, hər kəs, “ Bizə buyurun ya Rəsulullah” deyərək evlərinə dəvət edirdilər.

Rəsulullahın Qusva adındakı dəvələri, sağa-sola baxa-baxa irəliləyərkən, Abbas ibn Ubadə həzrətləri və Salim ibn Avf oğulları Qusvanın önünə gələrək dedilər ki:

— Ya Rəsulallah! Bizim yanımızda qal! Sayca çoxluq, mal və silah baxımından,  düşmənlərinə qarşı səni qoruyub müdafiə edəcək  qüvvət və qüdrət bizdə var.

Peyğəmbərimiz gülümsəyərək onlara buyurdular ki:

— Allahu təala onları sizə xeyirli və mübarək etsin! Dəvənin yolunu açın! Hara çökəcəyi ona  bildirilmişdir.

Peyğəmbər əfəndimiz Məkkədən gələn mühacirlərlə Mədinəli müsəlmanları bir-birlərinə  qardaş etdilər. Həzrəti Abbas ibn Ubadəni  Həzrəti Osman ibn Məzun ilə din qardaşı etdilər.

Abbas ibn Ubadə həzrətləri Ühüd  döyüşündə bir ara əshabı-kiramın dağılmaqda olduğunu görüncə dağılan əshabi-kirama belə səsləndi:

— Ey qardaşlarım! Bu uğradığımız müsibət Peyğəmbərimizə qarşı üsyanımızın nəticəsidir. O, səbr və  səbat etsəniz, köməyə  qovuşacağınızı sizə vəd etmişdi. Dağılmayın!  Peyğəmbərimizin ətrafına gəlin! Əgər bizlər qoruyucuların yanında yer almasaq, Rəsulullaha bir zərər gəlməsinə səbəb olarsaq, artıq Rəbbimizin qatında bizim üçün irəli sürüləcək bir bəhanə olmaz!

Şahidlik edəcəyəm

            Bu sözləri söylədikdən sonra iki yoldaşıyla irəli atıldılar. Böyük bir səylə “Allah Allah”  səsləriylə  önlərinə gələnlə döyüşməyə başladılar. Peyğəmbər əfəndimizin uğrunda Onu qorumaq üçün şəhid olana qədər qəhrəmanca  döyüşdülər.  Müşriklərdən Süfyan ibn  Ümeyyə  Həzrəti Abbası iki yerindən yaraladı. Axşama yaxın Həzrəti Abbası qanlar içində  əli, üzü kəsilmiş bir halda şəhid olmuş tapdılar.

Peyğəmbərimiz Ühüddə şəhid olan əshabi-kiram üçün buyurdular ki:

— Vallah, əshabımla birlikdə mən də şəhid olub Ühüd dağının qoynunda gecələməyi nə qədər istəyərdim. Mən bunların Allahu təalanın yolunda həqiqi şəhid olduqlarına qiyamət günündə  şahidlik edəcəyəm.

Həzrəti Abbas ibn Ubadə Mədinəli Həzrəc qəbiləsinə mənsub idi. Atası Ubadə ibn Nadlədir. Doğum tarixi bilinmir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину