Facebook Twitter WhatsApp

Xalid ibn Vəlid

Allahın qılıncı ləqəbi ilə tanınan sərkərdə səhabə.

Xalid ibn Vəlid, Qureyş arasında süvariliyi və əsgərliyi ilə tanınırdı. Bədir və Uhud döyüşlərində hələ Müsəlman olmadığı üçün düşmən birliklərindən birinin sərkərdəsi idi. Hudeybiyyədə də düşmən tərəfində idi.

Qardaşı Vəlid Bədirdə əsir götürüldü. Fidyə qarşılığında sərbəst buraxılıb Məkkəyə qayıdanda imana gəldi və yenidən Mədinəyə qayıtdı. Oradan Həzrəti Xalid ibn Vəlidin Müsəlman olması üçün təşviq edici məktublar göndərdi. Rəsulullah əfəndimiz də təşviq edici sözlər söylədi.

İslama meyli artdı

Xalid ibn Vəlid Peyğəmbər əfəndimizin sözlərini xəbər alınca İslama meyli artdı. Peyğəmbərimizin yanına getmək üçün hazırlandı. Bu vəziyyəti özü belə andatır:

“Allahu təala mənim xeyrimi dilədiyi zaman qəlbimə İslamiyyət sevgisini saldı. Məni xeyir və şəri anlayacaq hala gətirdi. Öz-özümə dedim ki:

  • Mən, Muhammədə qarşı hər savaşda iştirak etdim. Elə bil savaş yoxdur ki, dönərkən zidd və səhv bir iş içində olduğumu və Muhammədin mütləq qalib gələcəyini içimdə hiss etməyim!

Rəsulullah əfəndimiz Hudeybiyyəyə gəldiyi zaman mən də müşrik süvarilərinin başında yola çıxdım. Usfanda Rəsulullah əfəndimizlə Əshabına yaxınlaşıb göründüm. Rəsulullah əfəndimiz bizdən əmin bir surətdə Əshabına zöhr namazını qıldırırdı. Üzərilərinə birdən basqın etməyi düşündük isə də gerçəkləşmədi. Belə olması da xeyirli oldu.

Rəsulullah əfəndimiz qəlbimizdən keçənləri sezmişdi ki, əsr namazını Əshabına qorxu namazı olaraq qıldırdı. Bu, mənə çox təsir etdi. Öz özümə, Bu şəxs hər halda Allah tərəfindən qorunur”. dedim. Məkkəyə qayıdanda müxtəlif düşüncələr içində nə edəcəyimi bilmirdim.

Ertəsi il Rəsulullah əfəndimiz ümrə üçün Məkkəyə gəlib girincə, Ondan gizləndim.. Özünün Məkkəyə girişini görmədim.

Üstün tutardıq

Qardaşım, Vəlid ibn Vəlid də umrə Məkkəyə gəlmişdi. Məni axtarıb tapa bilməyincə mənə bir məktub yazmış və məktubunda belə demişdi:

“Həqiqətən mən sənin İslamiyyətdən belə narahat olmaq və üz çevirib getməkdəki fikrin qədər qəribə bir fikir görmədim! Halbuki, yanlış yola getməkdən səni saxlayacaq bir ağlın da var! Ağlından istifadə et! İslamiyyət kimi bir dini kim bilməz və tanımaz?!

Rəsulullah əfəndimiz səni mənə soruşdu. Xalid haradadır? dedi. Mən də, “Allah onu gətirər” dedim. Rəsulullah əfəndimiz bunun üzərinə buyurdu ki:

  • Onun kimi bir adam İslamiyyəti bilməz və tanımaz ola bilərmi? Kaş ki o, bütün döyüş və səylərini Müsəlmanların yanında müşriklərə qarşı göstərsəydi, özü üçün nə qədər xeyirli olardı! Biz onu başqalarına tərcih edər, üstün tutardıq!

Ey qardaşım! Ən əlverişli, ən faydalı yerlərdə qaçırmış olduğun imkanlara tələsik yetiş!”

Mənə qardaşımın bu məktubu gələndə getmək üçün tələsdim. İslamiyyətə olan istəyim də artdı. Rəsulullah əfəndimizin söylədikləri isə məni çox sevindirdi, rahatlandırdı.

Xalid ibn Vəlid belə deyir: “Qardaşımın məktubu mənə çatınca Müsəlman olmaq arzusu məndə çox qüvvətləndi. Getmək üçün tələsdim. Rəsulullahın söylədikləri məni çox sevindirmişdi. O gecə yatarkən yuxumda çətin, dar və səhra kimi susuz yerlərdən, yamyaşıl geniş və rahat bir yerə çıxmışdım. Mədinəyə çatanda bu yuxumu Həzrəti Əbu Bəkirə anladıb, təbirini ondan soruşmağa qərar verdim.

Mənə kim yoldaş ola bilər?

Mən Rəsulullaha getmək üçün hazırlanarkən, “Görəsən ora gedərkən mənə kim yoldaş ola bilər” deyə düşünürdüm. Safvan ibn Ümeyyəyə rast gəldim. Vəziyyəti ona anlatdım. O, təklifimi rədd etdi. Daha sonra İkrimə ibn Əbu Cəhilə rast gəldim. O da eyni şəkildə  dəvətimi rədd edincə, evimə getdim. Heyvanıma minib, Osman ibn Talhanın yanına getdim.

Ona da eyni şəkildə Müsəlman olmaq üzrə Peyğəmbərimizə gedəcəyimi, onun də gəlməsini söylədim. Tərəddüdsüz qəbul etdi və ertəsi günü səhər vaxtı birlikdə yola çıxdıq. Həddə deyilən yerə çatdığımız zaman Amr ibn As ilə qarşılaşdıq. O da Müsəlman olmaq üçün Mədinəyə gedirdi.

Hamımız birlikdə Mədinəyə çatdıq. Paltarın ən gözəlini geyinib, Rəsulullah əfəndimizlə görüşməyə hazırlandım. O sırada qardaşım Vəlid gəldi və dedi ki:

  • Tələs! Çünki Peyğəmbərimizə sizin gəldiyiniz xəbər verilmiş və O da çox sevinmişdir. İndi sizi gözləyir.

Mən də tələsik O uca Peyğəmbərin hüzuruna çatdım. Gülümsəyirdi. Salam verib dedim ki:

- Allahdan başqa ilah olmadığına və sənin də Allahın Peyğəmbəri olduğuna şəhadət edirəm.

- Sənə hidayət verən, doğru yolu göstərən Allaha həmd olsun. Sənin ağıllı olduğunu bilir, bunun tez və ya gec səni salamatlıq və xeyrə çatdıracağını ümid edirdim.

Günahlarını bağışla!

Sonra günahlarımın əfvi üçün Allahu təalaya dua etməsini istədim. Rəsulullah əfəndimiz də buyurdu ki:

  • İslamiyyət özündən əvvəl işlənmiş olan günahları söküb atar.

Sonra da əllərini açaraq dua buyurdular:

  • Ya Rəbbi! Xalidin, qullarını sənin yolundan döndərmək üçün göstərdiyi bütün səylərindən irəli gələn günahlarını bağışla!

Peyğəmbər əfəndimiz mənə öz evinin yanında bir yer verdi. Məni döyüşdə həmişə süvari birliklərinin başına sərkərdə təyin etdi. Daha sonra Məkkədə ikən gördüyüm yuxunu Həzrəti Əbu Bəkirə anlatdım. O da buyurdu ki:

  • Görmüş olduğun o gözəl yer Allahu təalanın səni müşriklikdən İslamiyyətə çatdırmasıdır.

Həzrəti Xalid ibn Vəlidin Müsəlman olması hicrətin səkkizinci ilində oldu. Müsəlman olduqdan sonra Mədinəyə yerləşdi.

Həzrəti Xalid ibn Vəlid Müsəlman olduqdan sonra ilk olaraq Mutə qəzasında iştirak etdi. İslam əsgəri Mutəyə hərəkət edərkən Peyğəmbər əfəndimiz buyurdu ki:

  • Cihada çıxacaq olan bu insanlara Həzrəti Zeyd ibn Harisanı sərkərdə təyin etdim. Əgər o şəhid olarsa, yerinə Cəfər ibn Əbu Talib keçsin. O da şəhid olarsa, yerinə Abdullah ibn Rəvaha keçsin. Əgər o da şəhid olarsa, aranızda münasib gördüyünüz birini seçib, ona tabe olarsınız.

Birini sərkərdə seçin!

Mutə hərbi başladı. Şiddətli savaş gedərkən Həzrəti Zeyd ibn Harisa, Həzrəti Cəfər və Həzrəti Abdullah ibn Rəvaha sırasıyla şəhid oldular. Sonra bayraq Həzrəti Sabit ibn Aqrəmə verildi. O, bayrağı bir yerə sancıb mücahidləri yanına çağırdı. Hər kəs toplananda dedi ki:

  • Aranızdan birini özünüzə sərkərdə seçin və ona tabe olun!

Ona dedilər ki:

  • Biz səni sərkərdə seçdik.

Bunun üzərinə, Mən bu işi edə bilmərəm dedi və Həzrəti Xalid ibn Vəlidə dönərək dedi ki:

  • Ya Xalid! Sənin döyüş təcrübən, hərbi biliyin, əsgəri həyəcanlandıraraq hərəkətə keçirməyin məndən çoxdur. Bayrağı cəld götür! Döyüş davam edərkən bu işlərlə məşğul olmağımız bizim əleyhimizə olar!

Beləcə Həzrəti Xalid ibn Vəlid bayrağı aldı. Axşam vaxtı yaxınlaşmış idi. Günəş batana qədər çox müdhiş şəkildə vuruşdu. Onun bu məharətinə kafirlər belə təəccüb etdilər. Axşam oldu. Səhər də təkrar  hücum ediləcəkdi.

Həzrəti Xalid ibn Vəlid, təəccüb ediləcək dərəcədə hərbi dahiliyə və döyüş təcrübəsinə sahib bir qəhrəman idi. Səhər olanda İslam əsgərinin nizamını dəyişdirdi. Sağ tərəfdəkiləri sol tərəfə, sol tərəfdəkiləri sağ tərəfə, ön tərəfdəkiləri arxa tərəfə və arxa tərəfdəkiləri ön tərəfə aldı.

Yunan əsgərləri daha əvvəl tanımış olduqları kəslərlə qarşılaşmayanda, hamısı birdən çaşdılar. “Demək ki, bunlara köməkçi qüvvələr gəlib” deyərək qorxuya düşdülər.

Həzrəti Xalid ibn Vəlidin əmrindəki mücahidlər yunan əsgərlərinin əhvallarının pozulmasından istifadə edib hücuma keçdilər. Üç min nəfərlik İslam əsgəri Herakliusun yüz min nəfərlik ordusunu məğlubiyyətə uğratdı.

Müvəffəqiyyətin sirri

Baş sərkərdə Həzrəti Xalid ibn Vəlidin əlində o gün doqquz qılınc parçalandı. Yunan əsgərinin çoxu qılıncdan keçirildi. Peyğəmbər əfəndimiz Həzrəti Xalid ibn Vəlidin bu fövqəladə müvəffəqiyyətini xəbər aldığı vaxt onu Seyfullah - Allahın qılıncı ləqəbi ilə şərəfləndirdi.

Xalid  ibn Vəlid həzrətləri başındakı sarığının içində bir saqqalı-şərif daşıyırdı. Bunu daşıdığı hər müharibədə zəfər qazanardı.

Bütün döyüşlərdə qalib olmasının səbəbini soruşduqda, sarığını çıxarıb, içindəki mübarək saqqalı-şərifi göstərər və onun sayəsində qələbə qazandığını söyləyərdi.

Peyğəmbər əfəndimiz Həzrəti Xalid ibn Vəlidi Bəni Huzeymə qəbiləsini İslama dəvət üçün göndərdi. Onlarla razılaşma bağladı. Hicrətin onuncu ilində yenə Həzrəti Xalid ibn Vəlidi Haris ibn Kaab oğullarına göndərdi. Peyğəmbər əfəndimiz ilk üç gün qılıncdan istifadə etməməsini tövsiyə etmişdi. Bunun üçün Həzrəti Xalid ibn Vəlid xoşluqla işi həll etdi və onlar da İslamı qəbul etdilər.

Allaha həmd edirəm

Həzrəti Xalid ibn Vəlid Haris ibn Kaab oğullarının İslama gəlməsi üzərinə Peyğəmbər əfəndimizə bir məktub göndərdi. Bu məktub belədir:

“Bismillahirrahmənirrahim. Xalid ibn Vəlid tərəfindən Allahu təalanın Rəsulu Peyğəmbərimiz Muhamməd əleyhissalama, Əssəlamu aleykə ya Rəsulallah!

Özündən başqa ilah olmayan Allah təalaya həmd edirəm. Ya Rəsulallah, məni, Haris ibn Kaab qəbiləsinə göndərdiniz. Onlarla üç gün döyüşməməyimi və onları İslama dəvət etməyimi, Müsəlman olsalar, aralarında qalmağımı və İslamın əsaslarını, Allahu təalanın kitabını və Rəsulunun sünnəsini öyrətməyimi, əgər Müsəlman olmasalar döyüşməyimi əmr buyurmuşdunuz.

Mən də, əmri-şərifləriniz üzrə hərəkət edərək, Haris ibn Kaab oğullarına üç gün nəsihət edib, İslamı təbliğ etdim.

Süvarilərim, “Ey Bəni Harislər! Salamatlığa qovuşmaq istəsəniz, Müsəlman olun!” deyə onları İslama dəvət etdilər. Onlar heç vuruşmadan Müsəlman oldular. Mən də onlara Allahu təalanın əmrlərini, Rəsul əleyhissalamın sünnəyi-şəriflərini öyrətdim.

Ya Rəsulallah! Bundan sonra necə hərəkət etmək lazım olduğu haqqında ikinci bir əmri-şərifiniz gələnə qədər burada gözləyəcəyəm. Əssəlamu aleykə ya Rəsulallah.

Peyğəmbər əfəndimiz də Həzrəti Xalid ibn Vəlidin məktubuna belə cavab yazdırdılar:

Bismilləhirrahmənirrahim. Allahu təalanın Rəsulu Muhamməd əleyhissalamdan, Xalid ibn Vəlidə, Əssəlamu aleykə Ya Xalid! Allahu təalaya həmd edirəm. Bəni Haris ibn Kaablılarla vuruşmağınıza ehtiyac qalmadan Müsəlman olub, Allahu təalanın birliyinə və Muhammədin Onun qulu və Rəsulu olduğuna şəhadət etdiklərini və hidayətə qovuşduqlarını xəbər verən məktubunu elçiniz mənə gətirdi.

Axirət əzabı ilə qorxut!

Allahu təalanın və Rəsulunun əmrlərinə görə hərəkət etsələr, onları axirət nemətləriylə müjdələ! Əgər zidd hərəkət edərsələr axirət əzablarıyla qorxut! Sonra bura gəl! Onların elçiləri də səninlə birlikdə gəlsin!

Vəssəlamu aleykə və rahmətullahi və bərakətuhu.

Həzrəti Xalid ibn Vəlid, Peyğəmbər əfəndimizin vəfatından sonra Həzrəti Əbu Bəkir dövründə ortaya çıxan və Peyğəmbərlik iddiasında olan bəzi kimsələrin üzərinə hücuma getdi. Bunlardan Tuleyha və köməkçisini öldürdü və Ayniyə ibn Husayni tutub Mədinəyə gətirdi.

Yəmaməyə Müsəyləmət-ül-Kəzzabın ordusunu payladı. Bu müharibədə Müseyləmənin ordusundan 20 min nəfər, Müseyləmə də Həzrəti Vəhşi tərəfindən öldürüldü. İslam ordusundan 2000 əsgər şəhid oldu.

Xalid ibn Vəlid Peyğəmbər əfəndimizin vəfatından sonra mürtəd olanlarla və zəkat vermək istəməyənlərlə məşğul oldu.

Xalid ibn Vəlid, Həzrəti Əbu Bəkir tərəfindən, İslamın yayılması üçün, İraq tərəfinə göndərildi. Muzar müharibəsində 30.000 İran əsgəriylə vuruşdu. Qalib gəldi. Çoxunu çaya tökdü. İranlı sərkərdə Hürmüzlə müdhiş vuruşmalar oldu.

Həzrəti Xalid ibn Vəlidin sərkərdələrindən Həzrəti Qaka ibn Amr fövqəladə qəhrəmanlıqlar göstərdi və qalın zəncirlərlə edilmiş istehkamları qırdı. İran ordusuna qarşı müzəffər oldular.

Həzrəti Xalid ibn Vəlid, Kəskərdə İranın böyük bir ordusunu qəfil gecə basqını ilə məğlubiyyətə uğratdı. İran sərkərdəsi kədərindən öldü. Həzrəti Xalid ibn Vəlid, Elisdə də İranlılarla edilən döyüşdə göstərdiyi qəhrəmanlıqlarla əsgərini coşdurdu. Bu döyüşdə də qalib gəldi.

İslama dəvət edirəm

Xalid ibn Vəlid, Hirə üzərinə getdi. Qalanı mühasirəyə aldı. Görüşmək üzrə bir kimsə istədi. Hirəlilər dedilər ki:

  • Öldürməsəniz göndəririk!

Həzrəti Xalid ibn Vəlid öldürməyəcəklərini söyləyəndə, Abdülməsih ibn Xəyyam ilə Hirə valisi Həzrəti Xalidin hüzuruna gəldilər. Həzrəti Xalid onlara dedi ki:

  • Sizi Allaha və İslama dəvət edirəm. Əgər Müsəlman olsanız, Müsəlmanlara aid olan hüquqlara sahib olarsınız və Müsəlmanın edəcəyi vəzifələri də edərsiniz. Bunu qəbul etməsəniz cizyə verəcək Bunu da qəbul etməsəniz, sizin yaşamağa qarşı olan istəyinizdən daha çox şəhid olmağı istəyən bir orduyla gəldim.

Bunları söyləyərkən Abdülməsihin əlindəki bir şüşəni görərək, şüşədəkinin nə olduğunu soruşdu. Abdülməsih belə cavab verdi:

  • Ya Xalid! Bu zəhərdir. Əgər sən bizim istəklərimizə uyğun bir razılaşma etsən nə əla. Millətimin istəklərinə uyğun olmayan bir razılaşma ilə getməkdənsə, bu zəhəri içərək həyatıma son verəcəyəm.

Xalid ibn Vəlid zəhəri Abdülməsihin əlindən aldı və Bismilləhilləzi lə yədurru məasmihi sey'ün fil'ərdi vələ fissəmai və hüvəs-səmi'ul-alim deyərək sonuna qədər içdi.

Cizyə verməyə hazırıq!

Abdülməsih və Hirə valisi Xalid ibn Vəlidi dərhal öləcək deyə boş yerə gözlədilər. Sonra Abdülməsih və vali müqavilə şərtlərini görüşmək üzrə qalaya getdilər. Xalq onları maraqla gözləyirdi. Abdülməsih onlara dedi ki:

  • Mən, onlara zəhər təsir etməyən bir qövmün yanından gəlirəm.

Sonra qövmü ilə məsləhətləşib, təkrar Həzrəti Xalid ibn Vəlidin yanına gələrək dedi ki:

  • Biz, sizinlə  hərb edə bilmərik, fəqət, dininizə də girə bilmərik! Sizə cizyə verməyə hazırıq!

Bundan sonra 90 min dinar üzərindən sülh razılaşması bağladılar.

Həzrəti Xalid ibn Vəlid buraları əmniyyət altına aldıqdan sonra, Anbar qalasını mühasirəyə aldı. Sülh yolu ilə şəhəri ələ keçirdi. Bundan sonra, Məhranın müsəlmanlarla döyüşmək üçün Aynüttəmr deyilən yerdə hazırlıq gördüyünü xəbər aldı. Hücum edərək bu qalanı də fəth etdi.

Həzrəti Xalid ibn Vəlid, Hirəlilərlə etdiyi sülhnaməni bitirəndə, İran hökmdarına və ərkanına bir məktub yazdı. Bu məktub belədir:

Bismilləhirrahmənirrahim. Xalid ibn Vəliddən, Rüstəm, Mihran və Əcəm rəislərinə.

Salam hidayətə qovuşanlara olsun! Allahu təalaya həmd edirəm. Onun qulu və Rəsulu olan Muhamməd əleyhissəlama səlatu-salam olsun.

Etdiyiniz bütün işlərinizi dağıdan, camaatınızı parçalayan, sözlərinizdə sizi ixtilafa salan, gücünüzü, qüvvətinizi zəiflədən, mülk və hakimiyyətinizi əlinizdən alan Allahu təalaya sonsuz şükrlər olsun.

Firata yönəldi

Bu məktubu İrana göndərmək üşün Hirəlilərə həvalə etdi.

Həzrəti Xalid ibn Vəlid bundan sonra yavaş-yavaş Firat tərəfinə irəlilədi. Bura, əsgər sövqiyyatı üçün çox mühüm bir mövqe idi. Firat çayı kənarında, Müsəlman olmayan Ərəblər, Yunanlar və İranlıların müştərək ordusu ilə çətin bir müharibə oldu. Bu böyük zəfərin əldə edilməsi ilə İraqın hər tərəfi Müsəlmanların hakimiyyətinə daxil oldu.

Bundan sonra, Xəlifə Həzrəti Əbu Bəkir, Xalid ibn Vəlidə, Şam tərəfinə hərəkət etməsini əmr etdi. Bunun üzərinə Xalid ibn Vəlid həzrətləri dərhal yola çıxdı. Bir çox yerləri ələ keçirərək Busraya çatdı. Busralılar, Müsəlman ordusu qarşısında aman dilədiklərindən, onlarla cizyə və xərac vermək şərti ilə sülh bağlandı. Beləcə Busralılar can və mallarını təminat altına aldılar.

Bu İslam ordusu, Əcnadəyndə edilən döyüşdə də qalib gəldikdən sonra Şam ətrafına gəldilər. Şəhər üç tərəfdən əhatə edildi. Üç ay davam edən əhatədən nəticə alına bilmədi. Şəhərdə bir gün patriklərdən birinin bir oğlu dünyaya gəldi. Xalq hər şeyi unudub bayram etməyə başladılar.

Xalid ibn Vəlid gecələri yatmayıb vəziyyəti araşdırdı. Əsgəri dahilik və xalqın bu zəifliyindən istifadə edib ordusuna hücum əmri verdi və ordu şəhərə girdi. Fahlə mövqeyində Yunanlarla edilən döyüşdə Yunan ordularını pərişan edilərək zəfər qazanıldı.

Şamda edilən ikinci qarşılaşmada Yunanların bütün orduları yox edilənə qədər döyüş davam etdi. Ard-arda yenilən Yunanlar, Anadoluda keşişlər vasitəsilə kənd-kənd gəzərək əsgər yığdılar. Böyük bir Səlib səfəri təşkil etdilər. 240 min Yunan əsgəri Yərmuqda toplandı. Buna qarşılıq 46 min nəfərlik Müsəlman ordusu var idi.

Yərmuq zəfəri

Müsəlman sərkərdələri Xalid  ibn Vəlidi baş sərkərdə seçdilər. Xalid, ordusunu min nəfərlik bölüklərə ayırdı. Hər bölüyə sərkərdələr təyin etdi. Əsgərin mənəviyyatını qüvvətləndirən çıxışlar etdikdən sonra hücum əmrini verdi. Bu döyüş tarixdə nadir rast gəlinən qəhrəmanlıqlara səhnə oldu.

Yunan sərkərdələrindən Yorqi, Həzrəti Xalid ibn Vəlidə gəlib Müsəlman oldu. O da kafirlərə qarşı vuruşmağa başladı və şəhid oldu. Hərbin şiddətindən zöhr və əsr namazlarını ima ilə qıldılar. Bu hərbdə İslam qadınları belə fövqəladə döyüşdülər.

Allahın qılıncı Həzrəti Xalid, bütün gücü ilə Xaçlı ordusunun mərkəzinə yükləndi. Mərkəzdəki ordularını dağıdanda, Yunan ordusu qaçmağa başladı. Bu döyüşdə qan su yerinə axdı. 100 mindən artıq Səlib əsgəri öldürüldü. Buna qarşılıq 3000 Müsəlman şəhid oldu.

Xalid ibn Vəlid, 642-ci ildə Humusda xəstələndi. Yanında silah yoldaşları vardı. Vəfat edəcəyi sırada qılıncını istədi. Sapını tutaraq şəfqətlə oxşadı. Sonra buyurdu ki:

- Nə qədər qılınclar əlimdə parçalandı. Bu mənim ölümümü görəcək olan son qılıncımdır. Məni ən çox üzən, həyatı həmişə döyüş meydanlarında keçib, yataq üzü görməmiş olan bu Xalidin yataqda ölməsidir.

Qərib olaraq şəhid oldular

Rəsulullahın heç bir Əshabi rahat yatağında ölmədi. Ya döyüş meydanlarında və ya uzaq diyarlarda İslam dinini yayarkən qərib olaraq şəhid oldu.

Ah Xalid! Şəhid ola bilməyən Xalid! Hərb mənim ətimi çeynəyə bilmədi. Şəhidlik mərtəbəsi xaric əldə etmədiyim məqam qalmadı. Bədənimdə bir qarış yer yoxdur ki, ya qılınc yarası, ya bir ox yarası və ya bir nizə yarası olmasın.

Ömrü islam dinini yaymaq üçün döyüşlərdə at sürən kimsənin sonu, belə yataq üzərindəmi olacaq? Ölümü hər zaman hərb meydanında, atımın üzərində, düşmənə Allah üçün qılınc silkələyərkən şəhid olaraq gözləyərdim.

Həzrəti Xalid bundan sonra Yərmuq döyüşünü xatırlayaraq buyurdu ki:

- Ah Yərmuq günü! İnsan qanının vadidə sel kimi axdığı Yərmuq! Şiddətli bir yağışın olduğu gecə, göydən boşalan yağışa qarşı, qalxanımın altında gecələdiyimi unuda bilmirəm. O gecə Mühacirlərdən nizami, hücumçu ordumla basqın etmək üçün səhəri çətin qarşılamışdıq.

Ah Yərmuq hərbi! Üç min igidlə, yüz min kafirə qarşı zəfər qazandığımız Mutəni belə unutdurdun!

Ey yaxınlarım! Cihada sarılın! Bu torpaqlar ancaq cihad etməklə qoruna bilər. Yərmuq, Yunanlarla etdiyimiz ilk böyük döyüşdür. Bundan sonra daha neçə-neçə döyüşlər bir-birini təqib edəcəkdir. Əsla qəflətə düşməyin!

İndi özümü at kişnəmələri arasında, Allah-Allah səsləriylə insanlara dar gələn Yərmuq Vadisində hiss edirəm. Vallah Rəbbimdən, məni hər döyüşdə diriltməsini və o döyüşün haqqını verməsini istərəm.

Məni ayağa qaldırın!

Həzrəti Xalid bir az susduqdan sonra, “Vəsiyyətimi bildirirəm, məni ayağa qaldırın!” deyincə, ayağa qaldırdılar.

“Məni buraxın! İndiyə qədər həmişə daşıdığım qılıncım, artıq məni daşısın” deyərək qılıncına dayandı.

Bundan sonra, Ölümü sanki savaşdayam kimi ayaqda qarşılayacağam. Öldüyüm vaxt atımı döyüşdə təhlükələrə sinə gərən bir igidə verin! Atım və qılıncımdan başqa bir şeyə sahib olmadan öləcəyəm.

Məzarımı bu qılıncımla qazın! Qəhrəmanlar qılınc səsindən zövq alardedi və yatağına düşüb Kəlimeyi-şəhadət gətirərək vəfat etdi.