Facebook Twitter WhatsApp

Pir Şükrullah Xəlvəti

     Vəlilərin böyüklərindən. Adı Pir Şükrullah ibn Qasımdır. Sandıqlıda doğuldu. Doğum tarixi bilinmir. 1473-cü ildə (hicri 878-ci il) Bakıda vəfat etdi. Xocası Seyid Yəhya Şirvani həzrətlərinin türbələri yaxınlarına dəfn edilib.

     Pir Şükrullah həzrətləri əslən Ərəb olub, Qaramanoğlu dövründə Şirvana hicrət etdi. Orada övliyanın  böyüklərindən Seyid Yəhya Xəlvəti həzrətlərinə tələbə oldu. Qısa zamanda yetkinləşib vəlilik dərəcəsinə yüksəldi. İcazət, diplom alıb xocasının vəfatından sonra insanlara haqq yolun bilgilərini öyrətdi.

     Seyid Yəhya həzrətləri vəfat etdiyi vaxt ortancıl oğlu yerinə keçməyi arzu etmişdi. Bu günlərdə Pir Şükrullah həzrətləri təkliyi seçib bir küncə çəkilmişdi. Bir gecə yuxusunda xocası Seyid Yəhya həzrətlərini gördü. Ona, “Pir Şükrullah! İndi sən həccə get. Geri gəldiyin vaxt vəkilimiz olaraq insanlara haqq yolun bilgilərini öyrətmək sənə nəsib olacaq” buyurdu. Pir Şükrullah yuxudakı işarə üzərinə həccə niyyət edib yola çıxdı. Həcc vəzifələrini tamamladıqdan sonra yuxuda ona; “Pir Şükrullah! İndi dərhal qayıt. Yerimizə keç. Haqq yolun bilgilərini öyrətməyə başla” deyildi. Bunun üzərinə Şükrullah Xəlvəti tələsik qayıtdı.  Xocasının yerinə keçib insanlara elm və ədəb öyrətməyə başladı. Pir Şükrullah həzrətlərinin çox kəramətləri görüldü.

     Dərviş Məhəmməd Qavsi anladır: “Bir tarixdə Şükrullah Xəlvəti həzrətləri ilə Bağdada getmişdik. Orada vəlilərin türbələrini ziyarət etdik, sonra Musula getdik. Səfər əsnasında qarşımıza bir aslan çıxdı. Mən çox qorxdum. Bu halımı görən Pir Şükrullah həzrətləri, aslana qarşı; “ Ya Allah!” deyə səsləndi və ona doğru getdi. Aslan birdən sakitləşdi və Pir Şükrullah həzrətlərinin ayağına üzünü sürdü. Şükrullah Xəlvəti həzrətləri ona; “Elə olsun, elə olsun” buyurub geri getməsini bildirdi. Aslan da bu əmr üzərinə oradan uzaqlaşdı”.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину