Facebook Twitter WhatsApp

İmam Nəsai

         Böyük hədis və fiqh alimidir. Künyəsi Əbu Əbdürrəhman, adı  Əhməd ibn Şuayb ibn Əli ibn Sinan ibn Bəhr ibn Dinardır. İmam Nəsai deyə məşhurdur.  Əslən Xorasanın Nəsa şəhərindəndir. 830-cu ildə (hicri 214) orada doğuldu. 915-ci ildə (hicri 303) Fələstinin Rəmlə şəhərində vəfat etdi. Məkkədə vəfat etdiyi və ya Xaricilər tərəfindən şəhid edildiyi də bildirilər. Hədis elmində imam idi, yəni üç yüz mindən çox hədisi-şərifi raviləriylə (rəvayət edən) birlikdə əzbərdən bilərdi. Yazdığı Sünnəi-Saqiri, Kütübi-Sittə adı verilən altı böyük hədis kitabından biridir. Hədis elmində rumuzu sin (S)-dir.

         Elm təhsilinə Xorasanda başlayan İmam Nəsai, İraq, Şam, Misir, Hicaz (Məkkə və Mədinə) və  Cəzirə (bu günkü Cizrə tərəfi) alimlərindən dərs aldı.  Misirdə yerləşdi. On beş yaşında Quteybə ibn Səidə tələbə olub bir il iki ay yanında qaldı. İshaq ibn Rahaveyh, Hişam ibn Ammar, İsa ibn Hammad,  Hüseyn ibn Mənsur Sülemi, Amr ibn Zürarə, Muhamməd  ibn Nəsri  Mervezi, Süvəyd ibn Nəsr, Əbu Kureyb, Muhamməd  ibn Rafii, Əli ibn Hücr,  Əbu Yezid Cermi, Əbu Davud Süləyman Əşas, Yunus ibn Abdilala, Muhamməd ibn Qeylan və daha bir çox alimdən dərs aldı. Onların bir çoxundan hədisi-şərif dinlədi və rəvayət etdi.

         Hədis elmində zamanın bir dənəsi olan İmam Nəsai, Misir alimlərinin ən  fəqihi idi. Haramlardan çəkinməkdə və  ibadətlərə düşkünlükdə  bənzəri yox idi.  Hər etdiyi iş, hər söylədiyi söz, Allahü təalanın razılığı üçün idi. İmam Nəsainin hədisi-şərif rəvayətində ravilərə qoyduğu şərtlər, Buxari və Müslimdən daha möhkəm idi. Hədis ravilərinin etibarlı olub olmamasındakı təsbitlərinə bütün alimlər etibar edərdilər.

         İmam Nəsai həzrətlərindən Əbu Bişr Devlabi, Əbu  Əli Nişapuri,  Həmzə ibn Muhamməd Kəsasi, Əbu Bəkr Əhməd ibn İshaq, Muhamməd ibn Abdullah ibn  Hayyuyə,  Əbul Qasım Tabərani,  Fakih Əbu Cəfər Təhavi və  daha bir çox alim elm təhsil alım, hədisi-şərif rəvayət etdi.

         İmam Nəsai həzrətləri əvvəl yazdığı Sünəi-Kəbirində hədisi-şəriflərin qaynaqların və yığılması haqqında məlumatlar verib şərtlərinə uyğun hədisi-şərifləri  yazdı. Bu əsərinə özü Müctena adını verməsinə baxmayaraq Sünəni-Saqir adıyla məşhur oldu. İndi daha çox Sünəni-Nəsai adıyla bilinir. Bu qiymətli əsər altı məşhur hədis  kitabından biri olaraq Müsəlmanların  baş tacı oldu.

         İmam Nəsai həzrətləri ömrünün sonuna doğru Şama getdi. Orada Həzrəti Əlini pisləyən xaricilərdən bəzi kimsələr gördü. Bunun üzərinə Həzrəti Əli və Əhli Beyti Nəbənini tərifləyən Kitab-ül-Hasais fi Fadli Əli ibn Əbu Talib və  Əhli Beyt adlı əsərini yazdı. Bu əsərdəki hədisi-şəriflərin çoxunu Əhməd ibn Hənbəl həzrətlərinin rəvayətlərindən aldı. Bu kitabını nə üçün yazdığını bilməyən bəzi kimsələr, “Şəyhanın yəni Əbu Bəkr və Ömərin üstünlüklərini nə üçün yazmadın?” dedilər? Bunun üzərinə Fədail-üs-Səhabə adlı Əshabı-kiramın üstünlüklərini və  fəzilətlərindən bəhs edən kitabını yazdı, Müsnədi Əli, Müsnədi Malik və  Duafa vəl-Mətrukin adlı kitablar, onun çox qiymətli əsərləri arasındadır. Sonuncusu dərc edilmişdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину