Gözəl İslam / Tövbə edən bağışlanar

Tövbə edən bağışlanar

*Hikmət əhli buyurur ki:
Allahü təala tövbə, istiğfar edəni mütləq əfv edər. Kim istiğfar edərsə, mütləq qəbul olar. Nəsr surəsində məalən, “Rəbbinə istiğfar et, o mütləq tövbələri çox qəbul edəndir” buyurur. Hud surəsində də məalən, “İstiğfar oxuyun, imdadınıza çataram” buyurur. Tövbə edək. Allahü təala tövbə edənin tövbəsini qəbul edər. Peyğəmbər əfəndimizə biri gəlib dedi ki, mən bir günah işlədim, tövbə etdim, Allahü təala tövbəmi qəbul etdimi? Peyğəmbərimiz, etdi buyurdu. Adamcığaz, bəs təkrar günah işlədim, təkrar tövbə etdim yenə qəbul etdimi dedi. Peyğəmbərimiz təkrar, etdi buyurdu. O şəxs təkrar soruşduqda, Peyğəmbər əfəndimiz; “Boşuna nəfəsini tükətmə, qiyamətə qədər də bu belə davam etsə, sən tövbə etdikcə Allahü təala səni əfv edər” buyurdu.


*Hər namazdan sonra on bir İxlas oxumağı unutmamaq lazımdır. Peyğəmbər əfəndimiz buyurur ki:
“Üç şey kimdə varsa, Cənnətə dilədiyi qapıdan girəcəkdir: Qul haqqını ödəyən, hər namazdan sonra on bir dəfə İxlas surəsini oxuyan, qatilini əfv edərək ölən.”

*İman varsa, hər şey var deməkdir, iman yoxdursa, heç bir şey yoxdur. İman həyatdır, candır. Bədən torpaqdan var oldu, təkrar torpaq olacaqdır. Bədənə can verən imandır. Böyük şəxslər, imansız bədəni səyyar qəbrə bənzətmişlər.

*Əhli-sünnət etiqadını yaymaq kimlərə nəsib olubsa, çox şükür etsinlər, hallarını pozmasınlar. Allahü təala əlimizdən alar, başqa diyarlara, başqa qullarına verər deyə çox qorxsunlar. Bu bir rəhmət bulududur. Gəzər, kim və hara layiqdirsə oraya rəhmətini salar. İtaətsiz xidmət olarsa, fitnə olar. Xidmətin itaətə uyğun olmasının bərəkəti vardır.

*Ədəbli insanın ömrü uzanır.

* Müsəlmanın hədəfi sonsuza olmalıdır. 

*Möminin sevinci üzündədir. Qaraqabaq olmaq ona yaraşmaz.

*Müsəlman, almaq üçün deyil, vermək üçün çalışmalıdır, çünki Müsəlman üçün dünya, almaq deyil, vermək yeridir. Almaq axirətdədir.

*Namaz Müsəlmanın sərmayəsidir. Bunun hesabı verilərsə, gerisi rahat olacaq.

*Sədəqə verib, çox yaxşılıq etmək lazımdır. Sədəqə ömrü uzadır, qəzanı, bəlanı, xəstəliyi uzaqlaşdırır.

*İnsanlar üç qisimdir: 
1-
 Qida kimi olanlar, hər zaman lazımdır.

2- Dərman kimi olanlar, bəzən lazım olur. 
3- Xəstəlik kimi olanlar, bunlar lazım olmasa da, gəlib müsallat olurlar. Onlardan qurtulmaq üçün, müdara etmək (idarə etmək) lazımdır.

2-01-2023, 11:50
Geri