Gözəl İslam / Həqiqi həzz yeri

Həqiqi həzz yeri

Axirət həm də, ruha məxsus olan həqiqi həzz və ləzzətlərin də yeridir. Dünya ilə axirət bir-birinin ziddi, əksidir. Birini sevindirmək, digərinin zəifləməsinə səbəb olur. Yəni birində həzz axtarmaq, digərində dərd çəkməyə səbəb olur. O halda, dünyada nemətləri, ləzzətləri çox olanlar, bunlara lazım olan şükrü etməsələr, axirətdə çox qorxacaq, çox əziyyət çəkəcəklər. Dünyada təhlükələrdən uzaq durmağa çalışdığı halda çox əziyyət çəkən mömin, axirətdə çox ləzzətə qovuşacaq.

Dünyanın ömrü, axirətin sonsuzluğu yanında dənizlə müqayisədə bir damcı qədər belə deyil. Buna baxmayaraq Allahü təala mərhəmət edərək sevdiklərinə sonsuz nemətlərə qovuşmaları üçün dünyada bir neçə gün sıxıntı çəkdirir. Ağıllı insan, öz işlərində və dünyasında heç kədərlənməyən, əməlləri qısa vadəli olan, sabaha belə çıxa bilməyəcəyini düşünən, ibadətinə qüvvət verəcək və doğru yolda gedə biləcək miqdardan artıq dolanışıq dərdi olmayandır. Qurani-kərimdə məalən buyurulur ki:
“Dünya həyatı, ancaq oyun və boş şeylə məşğul olmaqdır. Axirət və nemətləri daimi olduğuna görə daha xeyirlidir. Bunların fərqini anlamırsınızmı?” [Ənam 32]

“Yanınızdakı dünyalıqlar müvəqqəti, Allah qatındakı xəzinə və rəhmətlər isə daimidir.” [Nəhl 96]

“Dünyanı axirətdən üstün tutursunuz, halbuki, axirət xeyirlidir, nemətləri daimidir.” [Ala 16, 17]

İbni Məsud həzrətləri buyurur ki:
Dünyada hər kəs qonaqdır. Yanındakı şeylər əmanətdir. Qonağın getməkdən, əmanətin isə geri alınmaqdan başqa çarəsi yoxdur.

Bu dünya haramları tərk edən üçün nemət, ibadət edən üçün qənimət, ibrətlə baxan üçün hikmət, mənasını anlayan üçün salamatlıq yeridir.

12-08-2022, 12:44
Geri