Gözəl İslam / Üçüncü yer yoxdur

Üçüncü yer yoxdur

Hikmət əhli buyurur ki:
Ən həssas olacağımız nöqtə ölümlə sonrası üçün olmalıdır, çünki orada üçüncü bir yer yoxdur. Ya Cənnət, ya da Cəhənnəm vardır, ortası yoxdur..

* “Bəli, baş üstə” deməyin təsəvvüfdəki tərifi, tənəşir taxtasındakı ölü kimi olmaqdır. Çevrildikdə dönür, qoyulduqda durur. Heç bir etiraz və müdaxiləsi yoxdur, tam təslim olmuşdur. Yer üzündə tam mənasıyla, həqiqi mənada bəli deyən Əbu Bəkri Siddiq (radıyallahü anh) əfəndimizdir. Meraca inanmayan Məkkəli müşriklər, O ağıllı adamdır deyə gedib, qapısını döyərək “Sənin əfəndin bir gecədə Qüdsə gedib gəldiyini söyləyir…” dedikləri zaman, “O söyləyibsə doğrudur” deyib, qapını bağlayır. Heç bir ağla, elmə istinad etmədən, bir an tərəddüt etmədən “Bəli” deyir... Budur, həqiqi “Bəli” budur. Bu təslimiyyəti ilə siddiqlik məqamına yüksəlmişdir. Ona görə “Bəli” deyərkən həqiqi mənasını düşünməli, ondan sonra “Bəli” deyilməlidir. “Bəli” kəlməsinin dəyəri söyləyənin ixlası qədərdir.

Böyüklər sifarişlə danışmırlar. Oradakıların nəyə ehtiyacı varsa, Allahü təala ona onu söylədir. Özü də bilə bilməz və fərqinə vara bilməz. Sadəcə kimin nə qisməti varsa, Allahü təala onun xatirinə söylədir. Hər kəs ruzisini beləcə alır. 

8-04-2022, 15:28
Geri