Gözəl İslam / Ən dəyərli və ən pis iki şey

Ən dəyərli və ən pis iki şey

Hikmət əhli buyurur ki: 
* Ən dəyərli iki şey vardır. Ondan daha dəyərlisi yoxdur. Bunlardan birincisi Allahü təalaya iman, digəri də Onun qullarına faydalı olmaqdır, insanları sevindirməkdir. Ən pis, ondan daha aşağısı olmayan iki şey vardır: Birincisi, Allahü təalaya şirk qoşmaq, digəri də Onun qullarının qəlbini qırmaqdır. Kəbəni yıxmaq nə qədər pis bir şeydir. Bir möminin qəlbini qırmaq isə, yetmiş dəfə Kəbəni yıxmaq kimi günahdır. Qəlb qırmağın nə qədər pis olduğunu buradan anlamaq lazımdır.

* Mömin möminin qardaşıdır. Kim bir mömin qardaşına yardım edərsə, Cənabı Haqq da ona yardım edər. Kim bir mömin qardaşının eyibini örtərsə, Cənabı Haqq da axirətdə onun eyibini örtər. Kim bir mömin qardaşını sevindirərsə, Allahü təala da axirətdə onu sevindirər. Kim bir mömin qardaşının istəyini yerinə yetirərsə, Allahü təala da onun ehtiyacını verər.

* Böyüklərin yolunun əsası vəfalı olmaqdır. Hər kəsin yaxşı tərəfini görüb, sevməkdir.

* Bir-birimizi sevməyimiz, nəfsimizi sevməməyimizə bağlıdır. Nəfsini sevən dostunu, böyükləri və Allahü təalanı sevə bilməz. Çünki bir qəlbdə iki sevgi olmaz.

* Müsəlmanın gözünün nuru, könlünün süruru namazdır. Dərdlərinə şəfa, sıxıntılarına rahatlıq namazdır. Həyatın qayəsi namazdır. Allahü təalanın hüzuruna çıxmaq vaxtı [görüş] namazdır... Namaz qılmayan bu görüşü qoyub, gör kimlərin görüşünə gedir! 

* Əlhamdülillah, Allahü təalaya həmd olsun deməkdir. Namaz qılan gündə 40 dəfə həmd edir, çünki namazda Fatihəni oxuyur. Allahü təala namaz qılanı o qədər qüsuruna, günahına baxmayaraq hüzuruna qəbul edir. Hüzuruna qəbul olanlardan edir. Çox kimsələr vardır ki, onları hüzuruna qəbul etmir. Namaz qılan, həmçinin bunun üçün də çox şükür etməlidir. Namaz qılmayan isə, həmçinin bunun üzərində çox düşünməlidir.

* Peyğəmbərimizin (sallallahü aleyhi və səlləm) dövründə səhabəyi-kiramdan bir şəxs Rəsulullah əfəndimizə gələrək; “Qazancımın bol olmasına baxmayaraq dolanışıq sıxıntısı çəkirəm" deyə ərz edib. Peyğəmbər əfəndimiz:
- Evinizdə namaz qılmayan vardırmı? deyə soruşub. O şəxs:
- Xeyr, əfəndim, evdə hapımız namazımızı qılırıq. Namaz qılmayan yoxdur dedikdə, Peyğəmbər əfəndimiz:
- Qonşularınızda, hətta məhəllənizdə namaz qılmayan vardırmı? deyə soruşub. O şəxs:
- Əfəndim, qonşularımızda və məhəlləmizdə namaz qılmayan yoxdur, deyib. Peyğəmbər əfəndimiz:
- Bir araşdırın, məhəllənizdən namaz qılmayan biri keçmişdirmi? buyurduqda, o kimsə:
- Əfəndim araşdırdıq, məhəlləmizdən namaz qılmayan heç kim keçməyib dedikdə, Peyğəmbər əfəndimiz:
- Bu bərəkətsizlik namaz qılmamaqdandır, buyurduqda o şəxs təkrar araşdırıb və:
- Ya Rəsulallah, namaz qılmayan birinin cənazəsi keçərkən, tabutu bizim evin divarını çızıb dedikdə, 
Peyğəmbər əfəndimiz:
- Elə budur, evinizdəki bərəkətsizlik bundandır. O divarı dərhal sökün, yenidən tikin! Buyurdu.

12-02-2022, 12:36
Geri