Facebook Twitter WhatsApp

İki şey axtararsınız, amma tapa bilməzsiniz

* Gəncliyin qiymətini qocalar, rahatlığın qiymətini narahat olanlar, səhhətin qiymətini xəstələr, həyatın qiymətini ölülər bilir. 

* İşlədiyiniz günahları gizlədiyiniz kimi, etdiyiniz yaxşılıqları da gizləyin! 

* Nəfsin aldanmasına, dünyanın yalançı və keçici dadına qapılan xeyrin dadını ala bilməz. Elə bir adamla yoldaşlıq edin ki; onda dünya malına tamah olmasın. 

* Həqiqi sevgi, yaxşılıq gördüyündə artmayan, yamanlıq gördüyündə də əksilməyəndir. 


* İki şeyi axtararsınız, amma tapa bilməzsiniz. Bunlar, sevinc və rahatlıqdır ki, ikisi də Cənnətdə olacaq. 

* Yaxşı qonşuluq, yalnız qonşuya əziyyət etməmək deyil, qonşunun əziyyətlərinə də qatlanmaq deməkdir. 

* İlan candan edər, pis yoldaş həm candan, həm imandan edər. 

* Saleh müsəlmanın qorxusu qəlb qırmaqdır. Heç ölünün diri ilə dava etdiyini gördünüzmü?

* Abdülxaliq Qoncdüvani həzrətlərinə bir gənci tərifləmişlər. O da maraqlanıb, ziyarətinə gedir. Bir az söhbət etdikdən sonra gənc oğlan demiş ki, “Rəbbimin rızası Cəhənnəmə girməkdirsə, girərəm.” Abdülxaliq Qoncdüvani həzrətləri buyurmuş ki, “Sənin işin bitib! Çünki həmişə mimli, yəni “mən”li danışırsan. Mimli danışmaq isə nəfsdəndir.” 

* Müvəffəq olan etdiyinin faydasını axirətdə görənə deyilir.
* Nəfs heç bir düşmənə bənzəməz. Çünki o birbaşa Allahü təalaya düşməndir. 


* Allahdan ən çox qorxanlar Onu bilənlərdir. Elm artdıqca qorxu artar.

* Övliyayi-kiramın ruhlarından onlar sağ ikən feyz alındığı kimi, vəfatlarından sonra da feyz almaq olur. Hətta daha çox feyz verirlər. Yetər ki, sevgi, məhəbbət olsun.... Əhli-sünnət etiqadı olsun, haram işləməmək olsun, bir də namazları doğru qılmaq oldusa, feyz kəsilməz, artar.

* Bir şəxsə İslamiyyəti izah etmək istəyən insanda bu üç vəsfin olması şərtdir; yoxsa həm özünə, həm də qarşısındakına zərər verəcək: 1) Qarşısındakının dinini biləcək. 2) Dünyasını biləcək. 3) İslamiyyəti və elmi- siyasəti biləcək. 

* Bilmək əməl etmək üçündür.

* Müstəhəbləri etməkdə boş davranan, sünnətləri edə bilməz. Sünnətləri etməkdə boş davranmaq, fərzlərin əməl olunmasını çətinləşdirir. Fərzlərdə boş davranan da mərifətə, Allahü təalanın rızasına qovuşa bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину