Facebook Twitter WhatsApp

Axmağa veriləcək cavab

* Səfeh və cahil bir insan danışdıqda ona cavab vermə. Sükut ona cavab verməkdən daha xeyirlidir. Axmağa veriləcək ən gözəl cavab sükutdur.

* Başında ağaran saçlar nəfsinin atəşini söndürməlidir. Başında ağ saçların yanmasıyla sənin gecənin başladığını anla. (Çünki bunlar, ölümün xəbərçiləridir.) Qocalığın xəbərçiləri yanaqlarına endikdən sonra necə rahat yaşaya bilirsən? İnsanın ömrünün ən yaxşı vaxtı qocalıqdan əvvəlki vaxtıdır. Halbuki, gəncliyi yox olan bir nəfs yox olmuş deməkdir. İnsanın rəngi saralıb, saçları ağardığı zaman, gözəl və şirin günləri də, o gözəllik və şirinliyini itirər. Yer üzündə böyüklənərək gəzmə. Çünki, bir müddət sonra bu yer səni də içinə çəkib aparacaqdır.

* Bütün düşmənliklərin sevgiyə çevrilməsi ümid edilir. Lakin həsəd səbəbilə olan düşmənlik belə deyildir.

* Allahü təalanı sevdiyini söyləyirsən, halbuki, Ona üsyan edirsən. Belə sevgi olmaz. Əgər sevgində səmimi olsaydın, Allahü təalaya itaət edərdin. Çünki sevən sevdiyinə itaət edər.

* Sənə gələnə sən də get. Sənə pislik və əziyyət edənə sən əziyyət etmə.

* Dilini mühafizə et, səni sancmasın. Çünki o, böyük bir ilandır.

* Özünə xeyri olmayan kimsənin başqasına xeyri olmaz. İnsan özü üçün xeyir iş görməsə, özünə yaxşılıq etməsə, insanlar da ona xeyir və yaxşılıq etməz.

* Özünə xeyri olub-olmadığını bilmək istəyən beş vaxt namaza əhəmiyyət verməyinə baxsın. Doğru qılınan namaz hər xeyrin açarı, hər dərdin əlacıdır.

* Bir kimsə özünü tərifləməyə başlasa dəyəri düşər.

* İnsanlar Allahü təalaya qulluq, ibadət etmək üçün yaradılmışdır. İnsanlar səadətə çatmaq üçün yaradılış qayələrinə diqqət etməli və dünyaya düşkün olmaqdan çəkinməlidirlər. Dünya nemətləri keçicidir. Dünya əbədi qalacaq bir yer deyildir, axirətdə səadətə qovuşmaq üçün bir vasitə kimidir. Sevinc yeri deyil, ayrılıq yeridir. Ağıllı kimsələr bu fani dünyaya düşkün olmayıb, qulluq vəzifəsini haqqıyla edənlərdir.

* İnsan, dünya və axirət səadəti üçün dinimizə möhtacdır. Onsuz da din bunun üçün ehsan edilmişdir. Yalnız ondakı nemət və faydalara iki ipə yapışmaqla qovuşa bilərsiniz. Biri əhli-sünnət etiqadını öyrənmək, digəri də bunu öyrətməkdir. Bu ipdən birini buraxdığınız zaman nemətlər uçub gedər. Özünüzdən uçar, evinizdən uçar, cəmiyyətinizdən uçub gedər. Siz artıq etdiklərinizi, yaşadıqlarınızı din, yəni nemət zənn edərsiniz.

* Qəlbini düşməndən boşalt! Dostu qəlbə çağırmağa ehtiyac qalmaz. Qəlb adlanan lətif heç vaxt boş qala bilməz. Məxluqların düşüncələrindən təmizlənən qəlb avtomatik olaraq Allahü təalaya təvəccüh edəcəkdir. (Boşaldılan bir şüşəyə havanın avtomatik olaraq dolması kimidir.)

* Bir iş necə başlayarsa elə də davam edər. Xidmətə, bir işə başladıqda iki məqsədiniz olmalıdır: Birincisi, Allahın dininə xidmət etmək. İkincisi, Onun qullarına faydalı olmaq. İşinizi ədalətlə idarə edin. O işi görərkən, həmişə birlikdə sıxıntılar da, sevinclər də paylaşılmalıdır.

* İki insanın küsdükdən sonra bir-birlərinin eyiblərini ifşa etməsi münafiqlik əlamətidir.