Facebook Twitter WhatsApp

İfrad həcc necə yerinə yetirilir?

Miqatdan əvvəl:

1- Dırnaq kəsilir.

2- Qoltuq altı və qasıq təmizlənir.

3- Qüsl edilir, mümkün olmazsa dəstəmaz alınır.

4- Kişilər ehrama girir. (Qadın paltarını çıxartmaz)

5- Başı açıq və ayaqyalın olur.

Miqat sərhədində:

Ehramın sünnəti olaraq iki rəkat nafilə namaz qılınır. Birinci rəkatda Kafirun, ikinci rəkatda İxlas surəsini oxumaq yaxşıdır. Yalnız həcc üçün niyyət və təlbiyə edilir. Beləcə ehrama girilmiş olunur.

Ehramdan sonra:

Ehramdan çıxana qədər ehramlıya qadağan olunan işlərdən çəkinilir. Təkbir, təhlil. Salavatı-şərifə və təlbiyə söylənərək yola davam edilir.

Məkkəyi-mükərrəmədə:

1- Qüsl edilib və ya dəstəmaz alıb Hərəmi-şərifə gedərək !qudum təvafı” edilir. Bu sünnətdir.

2- Təvafdan sonra iki rəkat təvaf namazı qılınır. Birinci rəkatda Kafirun, ikinci rəkatda ixlas oxumaq yaxşıdır.

3- Zəmzəm içilir, üstünüə, başına tökmək yaxşı olar.

4- Ehramlı olaraq Məkkədə qalınır. Namazları Hərəmi-şərifdə qılmağa çalışmaq lazımdır. İstənildiyi qədər nafilə təvaf edilir.

5- Həccin sa’yı qudum təvafından və ya nafilə bir təvafdan, yaxud ziyarət təvafından sonra edilir.

Tərviyə günü [8 Zilhiccə]

Tərviyə günü sübh namazı mümkün olarsa Məkkədə qılınıb Minaya çıxılır. Arəfə günü sübh namazının ardından Ərəfata hərəkət edilir.

Arəfə günü [9 Zilhiccə]

1- Hər fürsətdə təlbiyə, təsbeh, təkbir, təhlil və salavat oxunur. [Hacılar özlərinə, ana-ata və bütün müsəlmanlara dua edərlər]

2- Zöhr və əsr namazları zöhr vaxtında cəmi-təqdim edilir.

3- Günortadan sonra vaqfə edilir.

4- Günəş batmadan Ərəfatdan ayrılmamaq lazımdır. Günəş batdıqdan sonra, məğrib namazı qılınmadan Müzdəlifəyə hərəkət edilir.

5- Məğrib və işa namazları Müzdəlifədə işa vaxtında cəmi-təhrir ilə qılınır. Gecə Müzdəlifədə Müzdəlifədə qılınır. Şeytan daşlamaq üçün daş yığılır.

Bayramın birinci günü [10 Zilhiccə]

1- Sübh namazı qılınınca Müzdəlifədə “Məşaril haram”a gedib orada vaqfə edilir.

2- Hava ağarıb günəş doğmadan Minaya hərəkət edilir.

Minada çadıra yerləşdikdən sonra:

1- Aqabə cəmrəsinə [böyük şeytana] 7 daş atılır.

2- Saçlar tam kəsilir və ya qısaldılır. Beləcə ehramdan çıxılmış olur.

Bayramın 2,3 və 4 –cü günləri:

1- Bayramın ilk günü edilməmişsə ziyarət təvafı edilir. [Ziyarət təvafını bayramın birinci günü etmək daha fəzilətlidir] Daha öncə edilməmişsə həccin sa’yı edilir. Bunlar üçüncü günü günəş batana qədər edilməlidir. Edilməmişsə vacibi zamanında etmədiyi üçün cəza lazımdır.

2- Kiçik, orta və Aqabə Cəmrələrinə [üç şeytana] hər gün yeddi daş atılır.

Minadan dönüncə:

“Vəda Təvafı” edilir. Beytullaha qarşı durub zəmzəm içilir. Üz və baş yuyulur. Sonra imkan tapsa Kəbəyi-şərifin yüksək qapısı öpülür.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину