Facebook Twitter WhatsApp

Təməttü həcc necə yerinə yetirilir?

Miqatdan əvvəl:

1- Dırnaq kəsilir.

2- Qoltuq altı və qasıq təmizlənir.

3- Qüsl edilir, mümkün olmazsa dəstəmaz alınır.

4- Kişilər ehrama girir. (Qadın paltarını çıxartmaz)

5- Başı açıq və ayaqyalın olur.

Miqat sərhədində:

Ehramın sünnəti olaraq iki rəkat nafilə namaz qılınır. Birinci rəkatda Kafirun, ikinci rəkatda İxlas surəsini oxumaq yaxşıdır. Yalnız umrə üçün niyyət və təlbiyə edilir. Beləcə ehrama girilmiş olunur.

Ehramdan sonra:

Ehramdan çıxana qədər ehramlıya qadağan olunan işlərdən çəkinilir. Təkbir, təhlil. Salavatı-şərifə və təlbiyə söylənərək yola davam edilir.

Məkkəyi-mükərrəmədə:

1- Təvafdan sonra iki rəkat təfav namazı qılınır. Birinci rəkatda Kafirun, ikinci rəkatda İxlas surəsini oxumaq yaxşıdır.

2- Zəmzəm içilir, üstünüə, başına tökmək yaxşı olar.

3- Səfa ilə Mərvə arasında umrənin sa’yı edilir. Sonra saçın ən az dörtdə biri və ya tamamı kəsilir yaxud qısaldılır. Beləcə ehramdan çıxılmış olur.

4- Ehramsız olaraq Məkkədə qalınır. İstənildiyi qədər “nafilə təvaf” edilir.

 Tərviyə günü [8 Zilhiccə]

Tərviyə günü həcc üçün niyyət və təlbiyə edərək yenidən ehrama girilir. Sübh namazı mümkün olarsa Məkkədə qılınıb Minaya çıxılır. Arəfə günü sübh namazının ardından Ərəfata hərəkət edilir.

Arəfə günü [9 Zilhiccə]

1- Hər fürsətdə təlbiyə, təsbeh, təkbir, təhlil və salavat oxunur. [Hacılar özlərinə, ana-ata və bütün müsəlmanlara dua edərlər]

2- Zöhr və əsr namazları zöhr vaxtında cəmi-təqdim edilir.

3- Günortadan sonra vaqfə edilir.

4- Günəş batmadan Ərəfatdan ayrılmamaq lazımdır. Günəş batdıqdan sonra, məğrib namazı qılınmadan Müzdəlifəyə hərəkət edilir.

5- Məğrib və işa namazları Müzdəlifədə işa vaxtında cəmi-təhrir ilə qılınır. Gecə Müzdəlifədə Müzdəlifədə qılınır. Şeytan daşlamaq üçün daş yığılır.

Bayramın birinci günü [10 Zilhiccə]

1- Sübh namazı qılınınca Müzdəlifədə “Məşaril haram”a gedib orada vaqfə edilir. Hava ağarıb günəş doğmadan Minaya hərəkət edilir.

Minada çadıra yerləşdikdən sonra:

1- Aqabə cəmrəsinə [böyük şeytana] 7 daş atılır.

2- Vacib olan şükür qurbanı kəsilir. Qurbanlıq heyvan tapmaması və ya alınmaması səbəbi olarsa, Zilhiccənin doqquzuna qədər 3 gün və bayramdan sonra 7 gün daha oruc tutması lazım olur. Hamısı 10 gün olur. Qalan 7 gün orucu vətəninə dönükdən sonra da tuta bilər.

3- Saçlar tam kəsilir və ya qısaldılır. Beləcə ehramdan çıxılmış olur.

Bayramın 2,3 və 4 –cü günləri:

1- Bayramın ilk günü edilməmişsə ziyarət təvafı edilir. [Ziyarət təvafını bayramın birinci günü etmək daha fəzilətlidir] Daha öncə edilməmişsə həccin sa’yı edilir. Bunlar üçüncü günü günəş batana qədər edilməlidir. Edilməmişsə vacibi zamanında etmədiyi üçün cəza lazımdır.

2- Kiçik, orta və Aqabə Cəmrələrinə [üç şeytana] hər gün yeddi daş atılır.

Minadan dönüncə:

“Vəda Təvafı” edilir. Beytullaha qarşı durub zəmzəm içilir. Üz və baş yuyulur. Sonra imkan tapsa Kəbəyi-şərifin yüksək qapısı öpülür.