Facebook Twitter WhatsApp

Kıran həcc necə yerinə yetirilir?

Miqatdan əvvəl:

1- Dırnaq kəsilir.

2- Qoltuq altı və qasıq təmizlənir.

3- Qüsl edilir, mümkün olmazsa dəstəmaz alınır.

4- Kişilər ehrama girir. (Qadın paltarını çıxartmaz)

5- Başı açıq və ayaqyalın olur.

Miqat sərhədində:

Ehramın sünnəti olaraq iki rəkat nafilə namaz qılınır. Birinci rəkatda Kafirun, ikinci rəkatda İxlas surəsini oxumaq yaxşıdır. Umrə və Həcc üçün niyyət və təlbiyə edilir. Beləcə həm umrə və həm də həcc üçün ehrama girilmiş olunur.

Ehramdan sonra:

Ehramdan çıxana qədər ehramlıya qadağan olunan işlərdən çəkinilir. Təkbir, təhlil. Salavatı-şərifə və təlbiyə söylənərək yola davam edilir.

Məkkəyi-mükərrəmədə:

1- Qüsl edilib və ya dəstəmaz alıb Hərəmi-şərifə gedərək “umrə təvafı” edilir.

2- Təvafdan sonra iki rəkat təfav namazı qılınır. Birinci rəkatda Kafirun, ikinci rəkatda İxlas surəsini oxumaq yaxşıdır.

3- Zəmzəm içilir, üstünüə, başına tökmək yaxşı olar.

4- Səfa ilə Mərvə arasında “umrənin sa’yı” edilir. Beləcə umrə tamamlanmış olur. Lakin təraş olunmaz, ehramdan çıxılmaz. Lazım olarsa sonra həcc üçün qudum təvafı edilir. Həccin sa’yı qudum təvafından sonra ediləbildiyi kimi, nafilə bir təvafdan və ya ziyarət təvafından sonra da edilə bilər.

5- Ehramlı olaraq Məkkədə qalınır. İstənildiyi qədər “nafilə təvaf” edilir.

Tərviyə günü [8 Zilhiccə]

Tərviyə günü sübh namazı mümkün olarsa Məkkədə qılınıb Minaya çıxılır. Arəfə günü sübh namazının ardından Ərəfata hərəkət edilir.

Arəfə günü [9 Zilhiccə]

1- Hər fürsətdə təlbiyə, təsbeh, təkbir, təhlil və salavat oxunur. [Hacılar özlərinə, ana-ata və bütün müsəlmanlara dua edərlər]

2- Zöhr və əsr namazları zöhr vaxtında cəmi-təqdim edilir.

3- Günortadan sonra vaqfə edilir.

4- Günəş batmadan Ərəfatdan ayrılmamaq lazımdır. Günəş batdıqdan sonra, məğrib namazı qılınmadan Müzdəlifəyə hərəkət edilir.

5- Məğrib və işa namazları Müzdəlifədə işa vaxtında cəmi-təhrir ilə qılınır. Gecə Müzdəlifədə Müzdəlifədə qılınır. Şeytan daşlamaq üçün daş yığılır.

Bayramın birinci günü [10 Zilhiccə]

  • Sübh namazı qılınınca Müzdəlifədə “Məşaril haram”a gedib orada vaqfə edilir.
  • Hava ağarıb günəş doğmadan Minaya hərəkət edilir.

Minada çadıra yerləşdikdən sonra:

1- Aqabə cəmrəsinə [böyük şeytana] 7 daş atılır.

2- Vacib olan şükür qurbanı kəsilir. Qurbanlıq heyvan tapmaması və ya alınmaması səbəbi olarsa, Zilhiccənin doqquzuna qədər 3 gün və bayramdan sonra 7 gün daha oruc tutması lazım olur. Hamısı 10 gün olur. Qalan 7 gün orucu vətəninə dönükdən sonra da tuta bilər.

3- Saçlar tam kəsilir və ya qısaldılır. Beləcə ehramdan çıxılmış olur.

Bayramın 2,3 və 4 –cü günləri:

1- Bayramın ilk günü edilməmişsə ziyarət təvafı edilir. [Ziyarət təvafını bayramın birinci günü etmək daha fəzilətlidir] Daha öncə edilməmişsə həccin sa’yı edilir. Bunlar üçüncü günü günəş batana qədər edilməlidir. Edilməmişsə vacibi zamanında etmədiyi üçün cəza lazımdır.

2- Kiçik, orta və Aqabə Cəmrələrinə [üç şeytana] hər gün yeddi daş atılır.

Minadan dönüncə:

“Vəda Təvafı” edilir. Beytullaha qarşı durub zəmzəm içilir. Üz və baş yuyulur. Sonra imkan tapsa Kəbəyi-şərifin yüksək qapısı öpülür.