Gözəl İslam / Dovşan əti yeyilər?

Dovşan əti yeyilər?

Sual: Peyğəmbər əfəndimizin çəyirtkəni, sidik süzmə orqanı olduğu üçün böyrəkləri, qanlı olan dalaq və qaraciyəri yemədiyi kimi, yenə bir qanlı heyvan olan dovşanı yemədiyi deyilir. Bunları haram olduğu üçün yeməmişdir?

CAVAB

Xeyr, böyrək, qaraciyər, dalaq haram deyil, halaldır.

Çəyirtkə də halaldır. (Buxari, Müslim, Tirmizi, Əbu Davud)

Başqa bir hədisi-şərifdə də belə buyurmuşdur:

“Çəyirtkəni nə yeyərəm, nə də haram edərəm.” (İbni Macə, Əbu Davud)

Rəsulullah əfəndimizin yeməməsi onu haram qılmaz. Soğan, sarımsaq da yeməzdi. Yeyilməsi üçün icazə vermişdir.

Dovşan əti də halaldır. (Dürər, Məcmaul — ənhür)

Abdullah ibn Abbas həzrətləri buyurdu ki: Rəsulullah ilə oturarkən bir kəndli dovşan kababı hədiyyə gətirdi. Bizə “Yeyin” buyurdu. Muhamməd ibn Safvan dedi ki: iki dovşan tutdum, kəsdim. Rəsulullahdan soruşdum. Ikisini də yeməyimi əmr etdi.  (Bədayi)

Həzrəti Ənəs deyir: Övladığımız dovşanı Əbu Talhaya gətirdim. O da dovşanı iti bir daşla kəsdi. “Bu dovşanın budunu Rəsulullaha apar” dedi. Dərhal apardım. Rəsulullah onu yedi.  (Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai)

Həzrəti Cabir buyurur: Qövmümüzdən bir nəfər daşla kəsdiyi dovşanı Rəsulullahdan soruşana qədər gözlətdi. Əfəndimiz yeməsini əmr etdi. (Tirmizi)

Xalid ibn-ül Huveyris həzrətləri deyir: Bir adam ovladığı dovşanı Abdullah ibni Ömərə aparıb, “Bunun əti yeyilərmi?” deyə soruşdu. O da, “Bir dovşan Rəsulullaha gətirildi. Nə yedi, nə də yeyilməsini qadağan etdi” dedi.  (Əbu Davud)

Bu hədisi-şəriflər də dovşanın halal olduğu bildirilməkdədir. Fiqh kitablarında buyurulur ki:

Dovşan yemək halaldır. (Mültəqa)

Dovşan əti yemək halaldır, çünki dovşan yırtıcı heyvan deyildir. (Dürr-ül—müntəqa)

Hər növ dovşan ətini yemək halaldır. (Quduri)

Dovşan ətini yemək halaldır. Dovşan yırtıcı heyvan deyil və leş yeməz, maral kimidir. (Cövhərə)

Ernəb, yəni dovşan ətinin mübah olduğu sözbirliyi ilə bildirilmişdir, çünki dovşan yırtıcı heyvan deyildir və leş yeməz. Maral kimidir. Ot yeyər. Fiqh kitabları dovşanın halal olduğunu açıqca yazırlar.  Beləcə, haram deyənləri rədd edirlər. (Dürər haşiyəsi)
14-03-2018, 10:29
Geri