Facebook Twitter WhatsApp

Haram maddədən dərman kimi istifadə etmək

Sual: Xəstəlik üçün, haram olan bir şeyi yemək və ya istifadə etmək caiz olar?

CAVAB

İbni Abidin həzrətləri buyurur ki:

“Haram olan şeylərdən dərman olaraq istifadə edilməsi, bunun xəstəyə yaxşı təsir edəcəyi bilinərsə və halal olan dərman tapıla bilməzsə, caiz olar. Şəfa olduğu təcrübə edilən maddələr dərman kimi halal olar. Haram olan bir şeyin xəstəyə yaxşı təsir edəcəyinin bilinməsi mütəxəssis olan müsəlman bir həkimin söyləməsi ilə aydın olar. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təala, haram olan şeylərdə sizə şəfa yaratmamışdır” (Buxari)

Təsirli olduğu təcrübə ilə bilinən haram maddələrdən, zərurət halında dərman kimi istifadə etmək haram olmaz. (Rədd-ül Muxtar)

“Zərurətlər haramları mübah qılar” qaydasına görə, bir xəstəliyi müalicə üçün haram bir şeydən istifadə etmək, yedirtmək, içirtmək lazım gələrsə, bu haram şey mübah olur. Xəstə, haram olan şeyi deyil, mübah olan şeydən istifadə etmiş olur. Yəni, haram mübah hala gəlir, şəfa mübah maddə ilə təmin edilir.

Bunu bir misalla açıqlayaq:

Böyrəklərdəki daşı əridəcək, heç bir dərman tapılmazsa, müsəlman bir həkim də haram bir maddə ilə müalicəni tövsiyə etmişdirsə, dərman olmadığı üçün haram maddədən istifadə etmək zərurəti hasil olmuşdur. Zərurətlər haramları mübah qılacağından haram maddədən istifadə etmək mübah olacaqdır. Xəstə şəfa taparsa, mübah sayəsində tapmış olacaqdır. Haram olan maddə sayəsində şəfa tapmış olmayacaqdır.

Bu xüsus yaxşıca aydın olanda haram maddənin mübah hala gəldikdən sonra istifadə edilməsi “Haramda şəfa yoxdur” hədisi-şərifinə zidd olmaz.

Müalicə üçün

Sual: Həkim, dəridəki xəstəliyim üçün başqa təsirli bir dərman olmadığını, ilan yağı sürtmək lazım olduğunu söylədi. Bu caizdir?

CAVAB

Saleh həkim lüzum görmüşsə caizdir. Namaz qılmadan əvvəl yumaq lazımdır.

Donuz insulini

Sual: Donuz insulinindən olduğu kimi inək insulinindən də dərman düzəldən firmalar varmış. Ancaq inək insulinin təsiri çox azmış. Şəkər xəstəsi olan uşağım üçün donuz insulinindən hazırlanan dərmandan istifadə etməyim uyğun olar?

CAVAB

Təsirli başqa dərman olmazsa caiz olar.

Müalicədə haram maddə

Sual: Spirt, qan kimi haram olan bir maddəni müalicədə istifadə etmək caizdir?

CAVAB

Namaz qılan və o mövzuda təcrübəsi olan saleh bir həkim, “Təcrübələrimlə bilirəm ki, bu xəstəliyin bu haram maddələrdən başqa təsirli mübah dərmanı yoxdur” deyərsə, o zaman haram olan bu maddələrindən müalicə məqsədi ilə istifadə etmək caiz olar.

Ac qalanda

Sual:  Bir ateist, “Yaponlar, ilan, kirpi, köstəbək, çəyirtkə nə tapsalar yeyirlər və ac qalmazlar. Müsəlmanlıqda çox şey haram olduğu üçün, bir müsəlman dağda, səhrada, dənizdə qalsa bir şey yeyə bilməyəcəyi üçün aclıqdan ölər” deyərək Müsəlmanlığı pisləyir. Ac qalanda bunları yemək dinimizdə caiz deyil?

CAVAB

Dinimizdə, “Zərurətlər haramları mübah qılar” hökmü vardır. Halal bir şey tapa bilməyən kimsənin, aclıqdan ölmə təhlükəsi varsa, haram olan heyvan ətlərini yeməsi mübah olar. Dənizdə qalan bir adam balıq tapa bilməzsə, dəniz heyvanlarının hamısı digər üç haqq məzhəbdə halaldır. Dənizdə nə taparsa yeyə bilər. Ehtiyac olanda digər məzhəblərin hökmü ilə əməl edilər.

Çəyirtkə onsuz da Hənəfi məzhəbində də halaldır. Kirpi isə Maliki və Şafii məzhəbində halaldır. Ehtiyac olanda bu iki məzhəbdən biri təqlid edilərək yeyilir. İlan və köstəbək Maliki məzhəbində boğazlanaraq kəsilərsə halaldır. Ehtiyac olanda Maliki məzhəbinin qövlünə uyğun olaraq yeyilər. (Mizan)

Leş dörd məzhəbdə də haramdır. Ancaq ac qalan ölməyəcək qədər yeyə bilər. Yəni “Müsəlmanlıqda çarəsi yoxdur” demək səhvdir. Ateistin dedikləri dinimizə kölgə sala bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину