Facebook Twitter WhatsApp

Parikdən istifadə etmək

Sual: Parik taxaraq küçəyə çıxmaq uyğundur?

CAVAB

Tam Elmihalda deyir ki:

“Qadının insan saçını, öz saçı arasında hörərək birləşdirməyib, öz saçına iplə, parça lentlə bağlanmasının və heyvan tükləri əlavə etmənin haram olmadığı,”İbni Abidin”də “Hadiqa”da və “Fətavai-kübra”da yazılıdır. İnsan və heyvan tükündən və neylon kimi iplərdən hazırlanmış,  “Parik” deyilən taxma saçlardan istifadə etməyin caiz olduğu aydın olur isə də, ehtiyac ilə zinəti bir-birinə qarışdırmamalıdır.  Ehtiyac üçün caiz olan şeyi bəzək, nümayiş üçün taxmaq caiz deyildir. Kişilər arasında başını açmaq zərurəti olduğu vaxt,  qadının başını və öz saçlarını parik taxaraq örtməsi caiz və lazım olar. Zərurət olanda, övrət yerlərini mümkün olan hər şeylə örmək lazımdır. Günahı yalnız saçını vermiş olana və baxanadır. İnsanın saçını və hər hansı bir orqanını satması haramdır. Parik taxaraq küçəyə çıxmaq, zərurət olmadan caiz deyildir. Çünki, qadınların yadlara bəzənmələri haramdır.”

Sual: Kişinin parik taxması caizdir?

CAVAB

Dəstəmaz və qüsula mane olmazsa caizdir.