Facebook Twitter WhatsApp

Ədəbsiz danışmaq

Sual: Bəzi insanlar ədəbsiz danışır. Ayıb şeylər söyləyir. İnsanların ayıblayacağı pis işlər edir. Müsəlman olan kimsə belə şeylər edər?

CAVAB

Hadiqada buyurulur ki:

Fuhuş, çirkin söz deməkdir. Həddi aşan hər şeyə fahiş deyilir. Buradakı mənası pis olan işləri açıq kəlimələrlə izah etmək, ədəbsiz danışmaq deməkdir. Cima (cinsi əlaqə) üçün və dəstəmaz pozmaq üçün istifadə edilən sözləri söyləmək bunlardandır. Bu sözləri söyləmək fuhuşdur. Çünki bunları söyləmək, mürüvvətə və dinə uyğun deyildir, həyanı, utanmağı aradan qaldırır və başqalarını incidir.  Cimanı, dəstəmaz pozmağı və nəcasəti izah etmək lazım olduğu vaxt, açıq olaraq söyləməmək, kinayə olaraq söyləmək lazımdır! Kinayə, bir şeyi açıq mənaları başqa olan sözlərlə izah etməkdir. Ədəbli olan, saleh olan, fuhuş söyləməyə məcbur olanda, kinayə olaraq söyləyər. Məsələn, Allahu təala Qurani-kərimdə cima üçün ləms [toxunmaq] sözünü söyləmişdir.

Dinimizdə həyanın, utanmağın yeri çox mühümdür. Həyası olan, Allahu təaladan utandığı üçün günah işləməkdən çəkinər. İnsanlardan utanmayan Allahdan da utanmaz. Açıqdan günah işləyən kimsə, həm insanlardan, həm də Allahdan çəkinmədiyini göstərir. “Allahın bildiyini quldan nə gizlədim” demək doğru deyildir. Gizli işlədiyi bir günahı başqalarına açıqlamaq doğru deyildir, həyasızlıqdır.

Hədisi-şərifdə buyuruldu ki:

“Həya və az danışmaq imandan, əxlaqsız söz və çox söz nifaqdandır.” [Tirmizi]

Həya, imanın əsasındandır

Allahu təaladan utanmaq, imanın qüvvətli olduğuna, həyasızlıq da imanın zəif olduğuna əlamətdir. Həyasız kimsənin küfrə düşməsi asan olur. Hədisi-şərifdə, “Həyanın azlığı küfrdür” buyuruldu. (Hakim)

Həyasız insan zamanla küfrə qədər gedə bilər. Həya, imanın əsasındandır.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Həya, iffət, dilə hakim olmaq və ağıl imandandır. Xəsislik, fuhuş, pis sözlü olmaq isə həyasızlıqdan və münafiqlikdəndir.” [Beyhəqı]

“Əxlaqsız və çirkin sözlərdən şiddətlə çəkinin!” [Nəsai]

“Mömin, ayıblamaz, lənət etməz, əxlaqsız söz söyləməz” [Tirmizi]

“Cənnət, əxlaqsız və pis söz danışana haramdır.” [İbni Əbiddünya]

“Allahu təala, əxlaqsız və pis söz söyləyəni sevməz.” [İbni Əbiddünya]

Görüldüyü kimi, həyanın iman ilə, həyasızlığın da imansızlıq ilə əlaqəsi böyükdür. İnsanlardan utanan kimsənin, Allahu təaladan da utandığı aydın olar. Çünki hədisi-şərifdə, “Allahdan çəkinən, insanlardan da çəkinər” buyurulur. Həyasız olan mürüvvətsiz olar. İnsanları, belə kəslərin zərərindən çəkindirmək üçün onların qeybətini etmək caizdir. Hədisi-şərifdə, “Həya cilbabını [örtüsünü] üzərindən atanları qeybət etmək günah olmaz” buyuruldu. (Haraiti)

Sual: Ədəbsiz film seyr etmək və pis sözlər söyləmək günahdırmı?

CAVAB

Əlbəttə günahdır. Bir hədisi-şərif:

“Pis hərəkətlər edən, pis sözlər söyləyəndən Allahu təala nifrət edər.” [Tirmizi]

Gözəl əxlaqlı olmaq lazımdır. Çünki bir hədisi-şərifdə buyurulur ki:

“Qiyamətdə möminin tərəzisində gözəl əxlaqdan daha ağır bir şey olmaz.” [Tirmizi]

Sual: Küfr etmək, yəni söymək günahdır?

CAVAB

Söymək günahdır. Söymək, fuhuş, yəni çirkin sözdür. İki hədisi-şərif məali belədir:

“Fuhuş söyləyənə Cənnət haramdır.” [İbni Əbiddünya, Əbu Nuaym]

“Fuhuş söz [söymək] nifaqdandır.” [Tirmizi]

Küfr, kafir olmaq deməkdir. Fuhuş sözlər üçün küfr etmək yerinə, söymək ifadəsindən istifadə etmək lazımdır.

Sual: “Donuz oğlu donuz, eşşək oğlu eşşək demək və ya bir kimsənin keçmiş sülaləsinə söymək, Həzrəti Adəmə qədər gedəcəyi üçün küfr olar” deyirlər. Belə söymək küfrdür? 

CAVAB

Həzrəti Adəmə qədər getməz, yəni belə demək küfr olmaz, ancaq belə pis şəkildə söymək əsla caiz deyildir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину