Gözəl İslam / Rifq (Mülayimlik)

Rifq (Mülayimlik)

Sual: Həmişə mülayim olmaq lazım olduğunu bildirirsiniz. Niyə haqqı mərd və sərt şəkildə söyləməkdən çəkinirsiniz?

CAVAB

Allahu təala mülayim olmağı əmr edir:

“Rəbbinin yoluna, hikmətlə, gözəl öyüdlə dəvət et, onlarla ən gözəl şəkildə söhbət et!” [Nəhl 125]

[Ey Rəsulum] ətrafındakılara mülayim davranmağın, Allahu təalanın sənə bir kərəm və rəhmətidir. Əgər pis xasiyyətli olub, sərt davransaydın hamı dağılıb gedərdi.” [Əli-İmran 159]

Bir moizə edən, “Zalım sultan qarşısında doğrunu söyləmək cihad olar” deyə, Xəlifə Məmuna, sərt sözlərlə nəsihət etməyə başladı. Xəlifə, “Ey moizəçi, Allahu təala səndən yaxşısını, məndən pisinə göndərdiyi halda, o, yumşaq danışdı” dedi. Moizə edən, “Məndən yaxşı və səndən pis olan kimdir?” dedi. Xəlifə, “Məndən  pis olan Firondur, səndən yaxşı olan da Həzrəti Musadır” dedi. Allahu təala Həzrəti Musaya, Firona mülayim şəkildə nəsihət etməsini əmr etmişdir. [Taha  44]

Sabah axirətdə Firon, “Mənə sərt hərəkət etdiyi üçün haqqı qəbul edə bilmədim” deyə bilməyəcəkdir. O halda ölçümüzün, daim mülayim hərəkət etmək olması lazımdır. Rifq, mülayimlik deməkdir. Qatılığın, kobudluğun tərsidir. Rifq, mülayimlik, nəzakətlilik, ehtiyatlılıq, şirinlik, gözəllik, acımaq, yaxşılıq etmək, qısaca İslamiyyətə tabe olmaqdır. Hilm də mülayimlik deməkdir. Mülayimlik yerinə sərt və kobud danışan fitnəyə səbəb olar. Hər vaxt mülayim davranmağa çalışmaq lazımdır, sərtlikdən qaçmaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Rifq, hikmətin əsasıdır.” [Haraiti ]

“Rifq ilə bərəkət hasil olar.” [Tabərani]

“Rifqi olmayanın xeyri yoxdur.” [Müslim]

“Allahu təala rəfiqdir hər işdə rifqi sevər.” [Buxari]

“Əmri-mərufu ancaq rifq sahibi fəqihlər edər.” [İ.Qəzali]

“Rifq, insana zinət verər, qüsurlarını aradan qaldırar.” [İbni Hibban]

“Rifqdən məhrum olan bütün xeyirlərdən məhrum qalar.” [Müslim]

“Uyğun sual soruşmaq elmin yarısı, rifq, yola getməyin yarısıdır.” [Əsgəri]

“Rifq sahibi olan, dünya və axirət yaxşılıqlarına qovuşar.”  [Tirmizi]

“İnsanlara asanlıq və rifq göstərən mömin, Cəhənnəmə girməz.” [Tirmizi]

“Mömin elə mülayimdir ki, mülayimliyindən axmaq zənn edilər.” [Beyhəqı]

“Hilm [rifq] sahibi, gündüzləri oruc tutan, gecələri namaz qılan insanın dərəcəsinə qovuşar.” [Məkt. Məsumiyyə]

“Allahu təala, hilmi sevər.” [Tabərani]

“Hilm sahibi olmaq Peyğəmbərlərin sünnətidir.” [Beyhəqı]

14-03-2018, 15:24
Geri