Gözəl İslam / Təqva, Vəra və Zühd

Təqva, Vəra və Zühd

Sual: Təqvanın dindəki önəmi nədir?

CAVAB

Təqva, Allaha inanıb Onun əmr və qadağanlarına riayət etmək, yəni Allahu təaladan qorxub haramlardan çəkinmək deməkdir. Təqva əhli şübhəli işlərdən də çəkinərsə vəra sahibi olur. Halal malın çoxundan, şübhəlilərə düşmə qorxusu ilə mübahların çoxunu tərk etməyə və dünya sevgisindən çəkinməyə Zühd deyilir.

İmam Rəbbani həzrətləri buyurur ki:

Dünyada fəlakətlərdən, axirətdə əzabdan xilas olmaq üçün iki şey lazımdır. Əmrlərə sarılmaq və qadağalardan çəkinmək! Bu ikisindən ən böyüyü, daha lüzumlusu, ikincisidir ki, buna Vəra Təqva deyilir. İnsanların mələklərdən daha üstün ola bilməsi vəra sayəsi ilədir. Vəra və təqva üzrə olmaq hər şeydən daha lüzumludur. (m.76)

Vəra haqqında hədisi-şəriflərdə buyuruldu ki:

“İmanın əsası vəradır.” [Hatib]

“Dinimizin dirəyi vəradır.” [Beyhəqı]

“Heç bir şey vəra kimi ola bilməz.” [Tirmizi]

“Vəra, əməllərin əfəndisidir.” [Tabərani]

“İman insanı vəra sahibi edər.” [Deyləmi]

“Vəra, şübhəli şeylərdən qaçmaqdır.” [Tabərani]

“Dinimizdəki ən xeyirli şey vəradır.” [Hakim]

“Vəra gözəldir, alimlərdə daha gözəldir.” [Deyləmi]

“Dininiz ancaq vəra ilə ayaqda qalar.” [Məkt. Masumiyə]

“Vəra əhli imamla qılınan namaz qəbul olar, onunla oturmaq ibadət, onunla söhbət sədəqə olar.” [Deyləmi]

“Vəra əhli imamla qılınan iki rükət namaz, vərasızla qılınan min rükətdən üstündür.” [Əbu Nuaym]

“Bu üç şey olan kimsənin imanı kamildir: Hər kəslə yaxşı yola gedən gözəl əxlaq, özünü haramlardan saxlayan vəra, cahilliyini örtən həlim.” [Nəsai]

“Fərzləri əda et ki, insanların ən abidi olasan, haramlardan qaç ki, insanların ən vəra əhlisi olasan, Allahu təalanın sənin üçün verdiyi paya razı ol ki, insanların ən zəngini olasan.” [İbni Adiy]

Təqva haqqında Qurani-kərimdə məalən buyurulur ki:

“Cənnət, təqva sahibləri üçün hazırlanmışdır.” [Əli İmran 133]

“Allah qatında ən şərəfliniz, təqva əhli olanınızdır.” [Hücurat 13]

“Allah, ancaq təqva əhlinin [ibadətlərini] qəbul edər.” [Maidə 27]

Peyğəmbər əfəndimiz də buyurur ki:

“Təqva, imanın libasıdır.” [Deyləmi]

“Təqva, hər xeyri içinə alar.” [Əbu Yala]

“Təqva əhli hesab vermədən Cənnətə girər.” [Tabərani]

 “Hər şeyin əsası vardır. İmanın əsası da vəra [təqva]dır.” [Hatib]

“Üstünlük təqva ilədir. Başqa baxımdan üstünlük yoxdur.” [Tabərani]

“Axirətdə, Allahu təalaya yaxın olanlar, vəra və zühd sahibləridir.” [İbni Lal]

“Zühd və vəra hər gecə qəlbləri gəzər, iman və həya olan qəlblərə yerləşər, belə olmayan qəlblərdə dayanmaz, keçib gedərlər.” [İ.Qəzali]

Elmi ilə amil olmayan alim, vərası olmayan da abid ola bilməz. Zahid deyilsə vəra sahibi ola bilməz.” [Əskəri]

14-03-2018, 15:12
Geri