Facebook Twitter WhatsApp

Çox gülmək

Sual: Çox gülməyin zərəri varmı?

CAVAB

Təbəssüm etmək, gülər üzlü olmaq çox yaxşıdır. Qəhqəhə ilə gülmək məkruhdur. Bir neçə hədisi-şərif məalı:

“Əgər Cənnət və Cəhənnəmi  görsəydiniz az gülər, çox ağlayardınız.” [Müslim]

“Əgər mənim bildiklərimi bilsəydiniz  az gülər, çox ağlayardınız.” [Buxari]

“Çox gülmək qəlbi öldürür və möminin dəyərini aşağı salar.” [Tirmizi]

“Allahu təalanın ondan razı olub-olmadığını bilmədən qəhqəhə ilə gülənə təəccüb edilər.” [Ə. Nuaym]

“Məsciddə gülmək, qəbirdə qaranlıqdır.” [Deyləmi]

Bir ayəti-kərimə məalı:

“Az gülsünlər, çox ağlasınlar!” [Tövbə 82]

Rəsulullah Həzrəti Mikayılın gülməməyinin səbəbini Həzrəti Cəbrayıldan soruşar. O da “Cəhənnəm yaradılandan bəri heç gülməyibdir” cavabını verər. (İ. Əhməd)

Çox gülənin heybəti azalar, çox zarafat edən ciddiyə alınmaz. (Həzrəti Ömər)

Ömrümdə bir dəfə güldüm, ona da peşmanam. (İmamı-azam)

Dörd şey mömini gülməkdən çəkindirməlidir. Axirət işləri, dolanışıq dərdi, günahların verdiyi sıxıntı, müsibətlərdən gələn əzab. (Yəhya ibn Muaz)

Həsəni-Bəsri həzrətləri qəhqəhə ilə gülən bir gəncə “Oğlum Sıratı keçmisən, yoxsa Cənnətə gedəcəyinə dair bir sığortanmı var ki, belə gülürsən?” buyurmuş, o gəncin də bir daha boş yerə güldüyü görülməmişdir.

Üç şey qəlbi qatılaşdırar:

  • Təəccüblü bir şey olmadan gülmək
  • Acmadan yemək
  • Lazımsız danışmaq

Bu beş şeyi düşünən qəhqəhə ilə gülə bilməz:

  • İşlədiyi günahları fikirləşdikcə narahat olar, gülə bilməz.
  • Etdiyi yaxşı əməllərin qəbul olduğunu bilmədən gülməyi doğru olmaz.
  • Görəsən gələcəkdə nələr edəcək, aqibəti necə olacaq deyə düşünən kimsə həyəcan içində olar.
  • Cənnət və Cəhənnəmdən hansına gedəcəyini bilməyənin üzülməsi lazımdır.
  • Görəsən, Allahu təala ondan razıdırmı, yoxsa ona qarşı inciklidir?

Bunları fikirləşən qəhqəhə ilə necə gülə bilər? (Tənbih-ül-qafilin)

Çox gülmək ayıbdır, məhşər üçün itkindir.  

Kədərlənmək

Sual: Kədərlənməyin dindəki yeri nədir?

CAVAB

Kədər - qəm, sıxıntı üzülmə, deməkdir. Bir Müsəlmana gələn hər sıxıntı, hər üzüntü günahlarına kəffarə olar. Bir neçə hədisi-şərif məalı belədir:

“Dünyada kədəri çox olanın axirətdə rahatlığı çox olacaqdır.” [Müslim]

“Günahları çox olub onlara kəffarə olacaq əməlləri olmayan kimsənin mübtəla olduğu kədərlər, günahlarına kəffarə olar.” [İ. Əhməd]

“Dünyadakı müsibətlər, xəstəliklər və kədərlər [günahların] qarşılığı olar.” [İ. Cərir]

“Cənazə namazını qıl, bəlkə bu səni kədərləndirər. Kədərli olanlar Qiyamətdə Allahın kölgəliklərində olarlar və xeyirə sahib olarlar.” [Hakim]

“Bir möminə gələn yorğunluq, ağrı, qayğı, kədər, qəm, əza və ya onun ayağına batan bir tikan belə günahlarına kəffarə olar.” [İ. Hibban]

“Kədərli, qəlbi qırıq kimsə Allahın himayəsinə girər, hər cür xeyirə nail olar.” [İbni Əsakir]

“Qəlb və ya gözdə olan kədər rəhmanidir, ələ və dilə çıxarsa şeytanidir.” [Əbu Nuaym]

“Kədərli kimsə Qiyamətdə Arşın kölgəsində olacaq və hər xeyirə nail olacaqdır.” [Hakim]

“Qiraəti ən gözəl olan Quranı kədərlə oxuyandır.” [Tabərani]

Rəsulullah, “Kədərli olmaq qəlbin açarıdır” buyurduqda, “Kədər necə əldə edilər?” deyə sual verildi. “Ac və susuz qalmaqla” deyə cavab verdi.”[Tabərani]

Deməli, oruclu olmaq da kədərə səbəb olur. Kədəri tələb edən işlər axtarılmalıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину