Facebook Twitter WhatsApp

Fasiqə rəftar

Sual: Çalışmağa məcbur olduğu üçün başı açıq qadını fasiqdir deyə onu qovmaq doğrudur?

CAVAB

Əlbəttə, doğru deyildir. Belə birisini, pis yoldaş sinfinə qataraq ondan uzaqlaşmaq, onun yaxşı şəxslərdən, hətta dindən belə uzaqlaşmasına səbəb ola bilər. Digər günahkarları da kənara atmaq səhvdir.

Günah işləyənləri görəndə, öz günahlarımızı xatırlamağımız lazımdır. Qüsurlarımız, günahlarımız əfv edilməzsə, başımıza gələcək əzabları düşünməyimiz lazımdır. Başqalarını ayıblamaq, pisləmək, qeybət etmək haramdır. Belə davransaq, onların günahlarından daha böyük günah işləmiş olarıq. Allahu təala yaxşılıq edənləri sevər, fəqət özünü bəyənənləri sevməz.  

Öz qüsurlarını araşdırıb düzəltməyə çalışan kimsə, başqalarının ayıblarını görməyə vaxt tapa bilməz, özündən daha yaxşı olan Müsəlmanları görər, yəni hər gördüyü Müsəlmanı özündən daha yaxşı bilər.

Əbu Səidi-Ərəbi həzrətlərinə dərviş necə olar deyildiyində, “Başqalarının ayıblarına baxmaz. Həmişə öz ayıblarını, qüsurlarını görər. Özünü heç bir Müsəlmandan yaxşı bilməz. Hamısını özündən üstün görər” buyurdu. Bir hədisi-şərif məali də belədir:

“Öz ayıblarını, qüsurlarını düşünməkdən, başqalarının ayıblarını araşdırmayana müjdələr olsun!” [Hədiqa]