Facebook Twitter WhatsApp

Nəsihətin önəmi

Sual:Nəsihətin dindəki yeri nədir?

CAVAB

Nəsihət, Allahu təalanın bir kimsəyə verdiyi nemətin onda qalaraq, dininə və dünyasına faydalı olmasını istəmək deməkdir. Elm sahiblərinin, imkan nisbətində əmri-məruf və nəhyi-münkər etməsi lazım, yəni yaxşılığı yaymağa, pislikdən çəkindirməyə çalışmaları lazımdır! Nəsihətdən uzaq qalan qəlb qaralar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Dinin təməli nəsihətdir.” [Buxari]

“Eşitdiyi haqq sözü bir müsəlman qardaşına söyləmək nə gözəl hədiyyədir.” [Tabərani]

“Xeyrə səbəb olana, bunu edənin əcri qədər savab verilər.” [Müslim]

“Özü üçün istədiyini din qardaşı üçün də istəməyən, iman etmiş olmaz.” [Buxari]

“Allahu təalanın ən çox sevdiyi kimsə, çox nəsihət edəndir.” [İ.Əhməd]

Nəsihətin ədəbləri

Sual: Moizə və nəsihət edərkən diqqət ediləcək xüsuslar nələrdir?

CAVAB

Moizə və nəsihət edənin bunlara diqqət etməsi lazımdır:

  • Nəsihət edənin, mülayim, təvazökar olması lazımdır! Qurani-kərimdə, “Əli-İmran surəsində” Allahu təala, Peyğəmbər əleyhissəlamın mülayim davrandığını, məsələn, kobud və qatı ürəkli olsaydı, ətrafında kimsə qalmayıb dağılmış olacaqlarını bildirir. Demək ki, söylənilən söz, nə qədər qiymətli və hikmətli olarsa olsun, gülər üzlü, mülayim olmadıqca, sözlərin təsiri olmaz. İnsanların xeyirlisi, hər kəslə yaxşı yola gedəndir. İnsanların şərlisi isə yola getməyəndir. Bu halda təvazökar olub, hər kəslə yaxşı rəftar etmək lazımdır!
  • Daim doğru danışmaq, yalandan uzaq dayanmaq, ixtilaflı mövzulara girməmək lazımdır! Həzrəti Loğman Həkimdən, bu dərəcəyə necə qovuşduğunu, soruşulanda “Doğru danışmaq, əmanətə riayət etmək və mənə lazım olmayanı tərk etməklə” buyurdu.
  • İnsanları yoracaq qədər uzun anlatmamaq lazımdır!
  • Daha çox, özünün əməl etdiyi, tətbiq etdiyi xüsusları söyləmək lazımdır! Çünki Allahu təala, “İnsanları yaxşılığa təvşiq edib, özünüzü unudursunuz? Nə üçün özünüzün etmədiklərini başqalarına söyləyərsiniz? (Bəqərə, 44)

Başqalarına, “Bunu etməyin”  deyər, özü onu edərsə, sözü təsirli olmaz. Məsələn, qeybət etməyin dediyi halda, özü qeybət edən, həm insanların, həm də Allahu təalanın yanında qiymətdən düşər.

  • Ümumi danışmaq, hər kəsə xitab etmək, davamlı bir şəxsə baxmamaq lazımdır!
  • Allahu təalanın rəhmətindən ümid kəsici, əzabından əmin olucu şəkildə danışmamaq, qorxu ilə ümidi bir yerdə söyləmək lazımdır! Bir gün Allahu təalanın rəhmətinin çoxluğundan bəhs edərkən, başqa bir zaman da əzabının şiddətindən bəhs etmək lazımdır!
  • Əgər söhbəti uzadacaqsa, insanların xoşlandığı şeyləri, gözəl mənqibələri anlatması lazımdır! Həzrəti Ömər, axirətdən bəhs edər, dinləyənlərə ağırlıq çökdüyünü görəndə, dünya işlərindən bəhs edərdi. Onların açıldıqlarını görəndə, təkrar axirət mövzusuna dönərdi.
  • Ehsan sahibi olmalı, alın deyil, verən olmaq lazımdır! Verən əlin, alan əldən üstün olduğunu bilmək lazımdır! Həzrəti Əli, “Hər şeyin bir qiyməti vardır. İnsanın qiyməti isə, ehsanı və ədəbidir” buyurdu. Hər işdə, hər yerdə ədəbi mühafizə etmək lazımdır!
  • Faydalı şey anlatmaq lazımdır! Qulağa xoş gəlsə də, faydasız şeylərdən uzaq dayanmaq lazımdır! Hikmət əhli deyir ki:

“Faydalı elm və ədəb, elə bir qazancdır ki, onları heç bir oğru oğurlaya bilməz. Bunlar Cənnətin zinətidir. Din və dünya gözəlliyi bunlardır.”

  • Öyrəndiyi elmi kafi görməməsi lazımdır! Çünki Qurani-kərimdə, həm elm sahibinin üstündə bir alim olduğu bildirilir. (Yusif 76)

Öyrəndiyi elmlə, insanlara faydalı ola bilmək üçün, dinin yayılmasına xidmət etməsi lazımdır!

Yaxşılığı tövsiyə etməyin şərtləri

Sual: Özü yaxşı olmayan bir kimsə, başqalarının yaxşı olmalarını tövsiyə edə bilər?

CAVAB

Bəziləri, bu xüsusdakı ayəti-kərimə və hədisi-şəriflərdən haqqı tövsiyəni ancaq günahsız insanın edə biləcəyini zənn etmişdirlər. Doğru olmayan kimsənin başqasını doğrultmağa çalışmasının, saleh olmayan kimsənin başqasını islah etməsinin doğru olmadığını zənn etmişdirlər. Hədisi-şərifdə buyurulur ki:

“Özünüz tam edə bilməsəniz də yaxşılığı əmr edin! Özünüz tam qaça bilməsəniz belə pislikdən çəkinin!” [İ.Qəzali]

Demək ki, yaxşılığı tövsiyə etmək üçün günahsız olmaq şərt deyildir. Həm də Peyğəmbərlər xaric günahsız qul tapmaq asandır? Yuxarıda bildirilən ayəti-kərimə və hədisi-şərif yaxşılığı əmri və pislikdən çəkinməyi qadağan etmir, yaxşılığı əmr edərkən özümüzü unutmamağımız bildirilir. Çünki pisliklərin təhlükəsini bilən alimə ediləcək əzab daha şiddətlidir. 

Alim günah işləyərsə, “Bilmirdim” deyə bir bəhanə irəli sürə bilməz. Fəqət, yaxşılığı tövsiyə etdiyi və pisliklərdən çəkindirdiyi üçün günaha girməyəcəkdir. Alim, özü etməsə belə yaxşılığı bildirməsi fərzdir. Fərzi edən də ixlasına görə əcr qazanacaqdır.

Moizə yolu ilə irşad edən kimsənin fasiq olması, fasiqliyinin bilinməsi, sözünün təsirsiz olmasına səbəb olar. Allahu təala, əvvəl özümüzə öyüd verməyimizi, əgər özümüz edərsək, başqalarına da tövsiyə etməyimizi bildirir. Yaxşılığa özümüzdən başlamağımız lazımdır, özümüz edə bilməsək belə yaxşılığı tövsiyə etməkdən imtina etməməyimiz lazımdır.

Yaxşılığı tövsiyə edəcək kimsənin diqqət edəcəyi xüsuslar:

  1. Niyyətinin düzgün olması lazımdır! Tək rizayi-ilahi üçün yaxşılığı tövsiyə etməyi düşünmək lazımdır!
  2. Tövsiyə edəcəyi yaxşılığın yaxşı olduğuna, qadağan edəcəyi pisliyin pis olduğuna dair mötəbər kitablardan dəlili olması lazımdır!
  3. Səbir etməyi bilməsi lazımdır!

Bu üç şərtin yanında yaxşılığı tövsiyə edəcək kimsədə üç xislətin olması lazımdır:

  1. Rifq ilə danışması lazımdır. Rifq, mülayimlik deməkdir. Sərtliyin tərsidir. Mülayim yerinə sərt və kobud danışan fitnəyə səbəb olar. Qurani-kərimdə Firona yumşaq şəkildə nəsihət edilməsi əmr edilmişdir.
  2. Elm sahibi olmaq, doğru söyləmək lazımdır. Elmi olmayan yaxşılığı tövsiyə edə bilməz. Fayda yerinə zərər verər.
  3. Hilm ilə şirinliklə söyləmək lazımdır. Hədisi-şərifdə yaxşılığı tövsiyə edən kimsənin, yumşaqlıqla, şəfqətlə rəftar etməsi əmr edilir.

Bu şərtləri daşıyan ağıllı adamın, gücü nisbətində yaxşılığı tövsiyə etməsi lazımdır. Ağıllının kim olduğu hədisi-şərifdə belə bildirilir:

“Ağılın əlaməti, nəfsə hakim olub öldükdən sonra lazım olanları hazırlamaqdır. Axmaqlıq əlaməti nəfsə tabe olub, Allahdan əfv və mərhəmət gözləməkdir.” [Tirmizi]

Bu xüsusların yanında, yaxşılığı tövsiyə edən kimsənin, gözəl əxlaq sahibi olması lazımdır. Gözəl əxlaq sahibi olmayan özünü islaha çalışması lazımdır. “İnsanlar, özlərinə yaxşılıq edənləri sevər” “Hədiyyələşərsiniz, bir-birinizi sevərsiniz” hədisi-şəriflərinə riayət etməsinə çalışmaq lazımdır. Hədiyyənin ən qiymətlisi gülər üz, şirin dildir. Bidət sahiblərindən başqa hər kəsə, dost, düşmən, müsəlman və kafirə, daim gülər üz, şirin dil göstərmək lazımdır. Kimsə ilə münaqişə etməmək lazımdır. Münaqişə, dostluğu aradan qaldırar, düşmənliyi  artırar.  

Nəsihətin önəmi və növləri

Sual: Nəsihətin necə olması lazımdır?

CAVAB

Nəsihət dörd növdür:

  1. Allahu təalanın var olduğunu, bir olduğunu, bütün kamal və camal sifətlərinin Onda olduğunu, Ona layiq olmayan sifətlərin, ayıbların, qüsurların Onda olmadığını, xalis niyyət ilə Ona ibadət etmək lazım olduğunu, gücü çatdığı qədər Onun razılığını almağa çalışmasını, Ona üsyan edilməməsini, Onun dostlarına məhəbbət, düşmənlərinə müxalif edilməsini, Ona itaət edənləri sevməyi və üsyan edənləri sevməməyi, nemətlərini saymağı və bunlara şükr etməyi, bütün məxluqlarına mərhəmət etməyi, Onda olmayan sifətləri Ona söyləməməyi bildirmək, Allahu təala üçün nəsihət etməkdir.
  2. Qurani-kərimdə bildirilənlərə inanmağı, əmr edilənləri etməyi, öz ağlı ilə, görüşü ilə uydurma tərcümələr etməməyi, onu çox və doğru olaraq oxumağı, ona dəstəmazsız əl vurmağın caiz olmadığını insanlara bildirmək, Qurani-kərim üçün nəsihət etməkdir.
  3. Muhamməd əleyhissəlamın bildirdiklərinin hamısına inanmaq, hamısını bəyənmək lazım olduğunu, Onun sünnətlərini etməyi və yaymağı, Onun gözəl əxlaqı ilə əxlaqlanmağı, əhli-beytini, əshabını və ümmətini sevməyi bildirmək, Rəsulullah üçün nəsihət etməkdir.
  4. İnsanlara dünyada və axirətdə faydalı olan şeyləri etmək və zərərli olan şeyləri etməmək lazım olduğunu və kimsəyə əziyyət etməməyi, qəlb qırmamağı, bilmədiklərini öyrətməyi, qüsurlarını örtməyi, fərzləri əmr etməyi, haramlardan nəhy etməyi, bunların hamısını şirin dillə bildirməyi, kiçiklərə mərhəmət, böyüklərə hörmət edilməsini, özlərinə edilməsini istəmədiklərini başqalarına etməmələrini, onlara bədənləri ilə, malları ilə kömək edilməsini bildirmək də, bütün insanlar üçün nəsihət etmək olar. Hədisi-şərifdə buyuruldu ki:

“Müsəlmanlara kömək etməyən, onların yaxşılıqları və rahatları üçün çalışmayan, onlardan deyildir. Gecə və gündüz, Allah üçün və Qurani-kərim üçün və Rəsulullah üçün dövlət rəisi üçün və bütün müsəlmanlar üçün nəsihət etməyən kimsə də, bunlardan deyildir.” [Tabərani]

Elmi ilə amil olmayanın sözləri hər nə qədər təsirsiz olsa da, sözü təsirli olan İslam alimlərinin hikmətli sözlərini nəql edərək, yaxşılığı əmr edib pislikdən çəkindirmək lazımdır. Nəsihəti rifq ilə söyləmək lazım, sərt olmamaq lazımdır. Hədisi-şərifdə buyurulmuşdur ki:

“Əmri-maruf edən, mülayim şəkildə və şəfqətlə etməlidir.” [İ.Qəzali]

Ayrıca nəsihəti gizli etmək lazımdır. Hər kəsin yanında etmək, onu ifşa etmək və el-aləmə rəzil etmək olar. İmam Şafii həzrətləri buyurdu ki:

“Yoldaşına gizli nəsihət edən gerçək öyüd vermiş və onu yüksəltmiş olar. Xalq arasında nəsihət verməyə çalışan onu rüsvay və pərişan etmişdir.”

Hər kəs doğrunu, doğru olan öyüdü qəbul etməz. Doğru olan öyüdü qəbul edənlər yaxşı insanlardır. Qurani-kərimdə məalən buyurulur ki:

“Allahdan qorxan öyüd qəbul edər.” [Əla 10]

Hər kəs Allahdan haqqıyla qorxmaz. Saleh alimlər daha çox qorxar.

Hədisi-şərifdə, “Hikmətin başı Allah qorxusudur” buyurulur. (Beyhəqı)

Hikmətin bir çox mənası vardır. Faydalı elm, fənn və sənət, mənəvi elm kimi mənalarını verir. Bu halda Allahdan qorxub haramlardan qaçan və ibadətləri edən kimsənin hikmət sahibi, ağıllı birisi olduğu aydın olar. Hədisi-şərifdə, “Ən ağıllınız, Allahdan ən çox qorxan, dinimizin əmr və qadağanlarına ən gözəl şəkildə riayət edəndir” buyuruldu. (İ.Qəzali)

Sözümüzün təsir etməsi üçün əvvəl o işləri özümüzün etməyimiz lazımdır. Allahu təala, “Əvvəl özünə, sonra başqasına nəsihət et! Belə etməyən məndən utansın!” buyurur. Nəsihət uyğun şəkildə edilərsə təsir edər. Qurani-kərimdə məalən buyurulur ki:

“Onlara nəsihət et, nəsihət möminlərə  əlbəttə fayda verər.” [Zariyat 55]

Günah işləyənə şirin sözlə nəsihət edilər. Dinləməzsə, fitnə çıxacaq isə edilməz, susular. Sözü dinlənəcək isə, sərt söylənər. Pis söylənməz. (Hindiyyə)

Sual: Dostumun dinlə əlaqəli qüsurlarını söyləməyim lazımdır?

CAVAB

Əgər söylədiyinizə məmnun olacaqsa, söyləyin, kədərlənəcəksə, sən kimsən ki, deyəcəksə deyilməz. Onu incitmədən söyləmə imkanı varsa söylənilər. Öz yaxşılığı üçün deyildiyini bilməsi lazımdır! Yoldaşımıza köməkçi olmalıyıq! Hədisi-şərifdə buyuruldu ki:

“Mömin, möminin qardaşıdır, ona nəsihəti tərk etməmək lazımdır!” [İbni Nəccar]

Sual: Mənə bir nəsihət verərsiniz?

CAVAB

Din kitablarında bildirilən hər şey nəsihətdir. Dinimizin əmrinə uymaq, haramlardan qaçmaq, nə bildirilmiş isə hamısını bəyənmək nəsihətlərin başıdır. Xüsusi bir nəsihət də yazaq. Bir hədisi-şərif məali belədir:

“Üzr istəmək məcburiyyətində qalacağın söz və hərəkətdən uzaq dayan!” [Hakim]

Sərtlikdən çəkinmək lazımdır

Sual: Dinin əmrlərini və ya qadağan etdiyi şeyləri söyləyərkən, sərt bir üslubdan istifadə etmək doğrudur?

CAVAB

Dinin əmrlərini və ya qadağan etdiyi şeyləri anlatmağa əmri bil mərif və nəhyi-anil münkər deyilir. Yəni, yaxşılığı yaymağa, pislikdən çəkindirməyə çalışmaqdır. Bunları sərtlikdən istifadə etmədən, ən gözəl şəkildə öyrətməyə çalışmaq fərzdir. Qurani-kərimdə məalən buyuruldu ki:

“Rəbbinin yoluna hikmətlə, gözəl öyüdlə çağır! Onlarla ən gözəl şəkildə müzakirə et!” [Nəhl 125]

Bir neçə hədisi-şərif məali də belədir:

“Elm öyrədərkən sərt davranmayın.” [Beyhəqı]

“Allah mülayimdir, mülayimliyi sevər və mülayim olana verdiyini, sərt olana verməz.” [Müslim]

“Bu şəxslərə Cəhənnəm haram olar. Kibrsiz, mülayim, yola gedən və sərt olmayan.” [Beyhəqı]

Mülayim xasiyyətli olmağa dörd əllə sarıl. Sərtlikdən uzaq dayan.” [Buxari]

“Əmri-məruf və nəhyi-münkəri, ancaq rifq və hilm sahibi fəqihlər edər.” [İ.Qəzali] (Rifq, mülayimlik deməkdir, sərtliyin, kobud danışmağın ziddidir. Hilm, şirin dillə söyləmək, şəfqətlə rəftar etmək deməkdir.”

“Allahdan qorxan incidici danışmaz və hirsinə hakim olar.” [İbni Əbid-dünya]

            O halda əmri-məruf edən, elmi ilə amil olmalı, sərt olmamalı, daim mülayim olmalıdır. Bir hədisi-şərif məali belədir:

“İsra gecəsində, [Miraca çıxdığım gecə] atəşdən qayçılarla dodaqları kəsilən insanlar gördüm. Kim olduqlarını soruşdum. Onlar da, “Yaxşılığı əmr edər, özümüz etməzdik. Pislikdən nəhy edər, fəqət, özümüz çəkinməzdik” deyə cavab verdilər.” [İbni Hibban]

Qazı-zadə Əhməd əfəndi buyurur ki:

Əl ilə, gücdən istifadə edərək əmri-məruf və nəhy-münkər etmək, yəni günah işləyənə mane olmaq, hökumətin vəzifəsidir. Söz ilə, yazı ilə cihad etmək, alimlərin vəzifəsidir. Qəlb ilə dua etmək isə, hər möminin vəzifəsidir.

Moizəxətim duası

Sual: Bir moizəçimiz var, söhbətləri və duaları çox uzun çəkir. Xətim duasını yarım saata etdi. Qocalar, xəstələr, dəstəmazı sıxışanlar pərişan oldu. İşi olanlar da oldu. Bu qədər uzun dua etməyin səbəbi nədir? Bir əmi nəvəsi ilə gəlmişdi, nəvəsi qucağında yatıb qaldı. Moizəçiyə soruşdum, niyə bu qədər uzadırsan deyə. “Narahat olursan çıxıb gedərsən, səni iplə bağlayan var?” dedi. Belə vəziyyətlərdə çıxıb getmək uyğun olar?

CAVAB

Əlbəttə işi olan, ehtiyacı olan çıxıb gedə bilər. Camaatı narahat etmək də əsla uyğun deyildir. Peyğəmbər əfəndimiz belə edən birinə “Sən fitnəçisən?” buyuraraq, onu danlamışdı. 

Təməl mehtər imiş. Bir gün məscidə gəlir, görür heç kim yoxdur. Axund buna deyir ki:

  • Səndən başqa kimsə yoxdur. Nə deyirsən söhbət etməsəm uyğun olmazmı?

Təməl deyir ki:

  • Mən mehtərəm, bu işlərdən başım çıxmır. Amma mənim 20 atım var. Hamısı qaçıb getsə, biri qalsa, o birinə yenə baxaram. Sənin də tək camaatın olsa ona moizə etməyin lazımdır.

Axund, bir neçə saat söhbət edir, Təməlin canı çıxır. Axund Təmələ soruşur:

  • Necədir, söhbətimi bəyəndin?
  • Mən mehtərəm, söhbətdən başım çıxmır. Nəzakət üçün dinlədim. Ancaq, mən bir atıma da baxaram dedim, amma, iyirmi atın suyunu, yemini bir ata verib də onu çatlatmara

Söhbətləri uzadıb insanları nifrət etdirməmək lazımdır.

Bəzi öyüdlər

Sual: Uşaqlar və gənclər üçün təcrübi bir neçə öyüd vermək mümkündür?

CAVAB

Böyüklərimizdən eşitdiyimiz öyüdlərdən bəziləri belədir:

  • Hər işə Bəsmələ ilə başla! Peyğəmbər əfəndimiz, “Bəsmələ ilə başlanmayan hər önəmli iş nöqsan qalar” Allahu təala, İsa əleyhissəlama, “Yatarkən, qalxarkən, oturarkən, ayaqda ikən, enərkən, çıxarkən, dayanarkən, gedərkən Bəsmələ oxu! Qiyamətdə bir kimsənin əməl dəftərində, 800 Bəsmələ varsa, o kimsə mənə inanmış və mənim Rəbb olduğunu təsdiq etmişdir. Onu Cəhənnəmdən çıxarar, Cənnətimə qoyaram” buyurmuşdur.
  • Səhər erkən qalx və işə erkən başla! Peyğəmbər əfəndimiz, “Çalışmağa erkən gedənin işi bərəkətli olar və müvəffəqiyyət qazanar” İbni Abbas həzrətləri, səhər vaxtı yatan oğluna, “Övladım ruzilərin paylandığı saatda yatmaq olmaz. Bu saatda yatmaq tənbəllik əlamətidir, unutqanlığa səbəb olar” buyurmuşdur. Peyğəmbər əfəndimiz də, “Səhər yuxusu, ruziyə manedir” buyurur.
  • Günorta saatlarında az da olsa yat, sağlamlıq baxımından yaxşıdır. Buna qaylulə deyilir, sünnətdir.
  • Namazları vaxtı girən kimi dərhal qıl! Peyğəmbər əfəndimizin son sözü, “Namaza diqqət edin!” məalindəydi. Böyüklərimiz də, “Namaza mane olan işdə xeyir yoxdur” buyurmuşdurlar.
  • Bütün pisliklərin əsası pis dostdur. Peyğəmbər əfəndimiz, “İnsanın dini dostunun dini kimidir. O halda kimlə dostluq etdiyinizə diqqət edin!” O halda saleh insanlarla yoldaş ol! Atalarımız da, “Dostunu söylə sənin kim olduğunu söyləyim” demişdirlər. Yaxşı insan olmaq üçün, yaxşılarla birlikdə ol! Böyüklərimiz də, “Kim olduğun deyil, kiminlə olduğun önəmlidir”  demişdirlər.
  • Atamın iki nəsihəti məni məzhəbsiz və dinsiz olmaqdan qorumuşdur: Birincisi, Mizraqlı Elmihalı oxumağımı söyləyər, ayəti-kərimə və hədisi-şəriflərdə bildirildiyi kimi, Əshabı-kiramın hamısını istisnasız sevmək lazım olduğunu anladardı. Xüsusilə Həzrəti Müaviyəyə dil uzatmamaq lazım olduğunu ifadə edərdi. Bu, Əhli-sünnət olmağıma səbəb oldu.

Digəri də, çox böyük deyə bilinən bəzi kəslərin din düşməni olduqlarını söyləyərdi. Beləcə, nizam adamı bir dinsiz olmaqdan qurtulmama səbəb oldu.

  • Bir şey alarkən, bahalı da olsa, yaxşı və keyfiyyətlisini al! “Ucuz ətin şorbası olmaz” və “Ucuz mal alacaq qədər zəngin deyiləm” demişdirlər. Xüsusilə ev və minik vasitənin yaxşısını almaq, suyun və yağın yaxşısını seçmək lazımdır.
  • Zərurətsiz heç kimi heç kimə və hər hansı bir vəzifəliyə şikayət etmə!
  • “Saatınızı bir dəqiqə irəli çəkin” buyurulmuşdur. Şəxsən bunun çox faydasını gördüm. Namazı vaxtında qılmağa, görüşə, avtobusa yetişməyə səbəb olmuşdur.
  • Ayaqqabı və paltarın bir az genişini al!
  • “Sənə edilən yaxşılıqları daşa, sənə edilən pislikləri quma yaz!” demişdirlər. Həzrəti Loğman buyurdu ki:

“İki şeyi unut, iki şeyi unutma! Etdiyin yaxşılıqları unut, əsla bir daha bəhs etmə! Çünki hər deyilişdə bir miqdar daha savabı azalar. O yazılmış bir savab, onu unut! Sənə edilən pislikləri də unut! Çünki səbr etdin, Allahu təala sənə əcrini verdi, hər söylədiyində itirirsən. İki şeyi də unutma! Allahu təalanı, bir də ölümü.” 

  • Qohum da olsa, qadın-kişi qarşılıq oturmaması lazımdır. Qohumu deyə diqqət çəkməzsə də, baldız-yeznə, qayın-yengə hadisələri çox görülmüşdür. Peyğəmbər əfəndimiz, “Qadınlarla tək qalmaqdan çəkinin!” buyuranda, oradakılar bir qadının, qayın, yeznə kimi qohumlarla tək qalmasının da uyğun olmayacağını soruşdular:

“Qayın daha təhlükəlidir, ölüm kimidir” buyurdu.

  • Abdülquddüs həzrətləri buyurur ki:

“Vaxtın qiymətini bil! Gecə-gündüz elm öyrənməyə çalış! Elm öyrənmək ibadət etmək üçündür. Qiyamət günü əməldən soruşulacaq, çox elm öyrəndinmi deyə soruşulmayacaqdır. Əməl və ibadət də ixlas əldə etmək üçündür.”

O halda, elm, əməl və ixlasın birlikdə olması lazımdır. Biri olmazsa, digər ikisinin faydası olmaz. 

Nəsihətlərin əsası

Sual: Bizə bir nəsihət yazarsınızmı?

CAVAB

Əhli-sünnət alimlərinin yazdıqlarının hamısı bir nəsihətdir.  Başqa bir şey söyləmək uyğun olmaz. Biz kitablarda olanları yazır və söyləyirik. Bəzi tanışlarımız, qarşılaşanda israrla, “Kitabdan olsun, bir şey söylə!” deyirlər. Biz də, çıxarıb bir İslam Əxlaqı kitabı veririk. 

İmam Rəbbani həzrətləri, “Nəsihətlərin ilki, Əhli-sünnət alimlərinin kitablarında bildirdiklərinə görə etiqadı düzəltməkdir” buyurur. İşin əsası budur. Etiqad düzgün deyilsə, edilən ibadətlərin heç qiyməti yoxdur. Bu doğru imanı qoruya bilmək üçün də, küfrə düşməkdən çox çəkinmək lazımdır. 

Yenə İmam Rabbani həzrətləri, “Dinimizə tam tabe ola bilmək üçün elm, əməl və ixlas şərtdir” buyurur. Abdül Qüddüs həzrətləri də, “Elm öyrənmək, ibadət üçündür. Qiyamətdə, əməldən soruşular, “Çox elm öyrəndinmi?” deyə soruşulmaz. Əməl və ibadət də  ixlas əldə etmək üçündür. İxlas da Allahu təalanı sevmək və hər şeyi onun razılığı üçün etməkdir”  buyurur. Demək ki, əsas olan elm olaraq, İslamiyyətin əmr və qadağan etdiyi şeyləri öyrənmək, öyrəndikləriylə əməl etmək və hər əməlini tək Allah üçün etməkdir. Bu üçündən biri nöqsan olarsa, edilənlər bir işə yaramaz. Bildirilən bu nemətlərə qovuşa bilmək üçün də, İmamı Rabbani həzrətləri kimi bir Allah adamı tanıyıb sevmək və yolunda getmək lazımdır. Bunları edən xilas olar.

Bütün bunları  gözəl əxlaqla etməyə çalışmaq lazımdır. Gözəl əxlaq, elm və ədəb öyrənməklə, yaxşı insanlarla yoldaşlıq etməklə əldə edilər. Gözəl əxlaqlı kəslərə qibtə edib, onlar kimi olmağa səy göstərmək lazımdır. Bir hədisi-şərif məali belədir:

“Nemətə qovuşanlardan, təvazö göstərənə və özünü həmişə qüsurlu bilənə, halaldan qazanıb, xeyirli yerdə xərcləyənə, fiqh bilgiləriylə hikməti [təsəvvüfü] birləşdirənə, halal-harama diqqət edənə, kasıblara acıyana, işlərini Allah rizası üçün edənə, xasiyyəti gözəl olana, kimsəyə pislik etməyənə, elmi ilə əməl edənə və malının çoxunu paylayıb, sözünün çoxunu saxlayana müjdələr olsun.”  [Tabərani]

Gözəl əxlaqlı olmaq üçün, insanlara baxmalı, biri bir şey edər, dinə uyğun olmadığı üçün xoşumuza getməzsə, bizim də eyni şeyi etməməyimiz lazımdır. Bizim etdiyimiz də başqasının xoşuna gəlməz. Birinin etdiyi şeyi bəyənsək, bizim də eynisini etməyə çalışmağımız lazımdır. Bəyənib bəyənməməkdə də ölçü, dinimizə uyğunluqdur. İsa əleyhissəlama, “Bu gözəl əxlaqını kimdən öyrəndin?” dediklərində, “İnsanlara baxdım, xoşuma getməyən şeylərindən çəkindim. Bəyəndiyimi mən də etdim” buyurdu. Həzrəti Loğmana, “Ədəbi kimdən öyrəndin?” deyə  soruşulduğunda, “Ədəbsizlərdən” deyə cavab verdi. Yəni, birinin etdiyi hərəkət bizim xoşumuza gəlmirsə, ədəbsizlik olaraq görsək, onu bizim də etməməyimiz lazımdır. Birisi bizim bir qüsurumuzu söyləyəndə sevinmirsək, başqalarının da qüsurlarını söyləməməyimiz lazımdır. Biri bizi tənqid edəndə xoşlanmırsaq, bizim də başqalarını tənqid etməməyimiz lazımdır. Qətiliklə, nə niyyətlə olarsa olsun, mübahisələrdən uzaq dayanmağımız lazımdır. “Mübahisə dostların dostluğunu azaldar, düşmənin düşmənliyini artırar” buyurmuşlardır.

Qulağa sırğa olacaq söz

Sual: Ömür boyu tətbiq edəcəyəm, qulağıma sırğa olacaq bir nəsihət bildirərsinizmi?

CAVAB

İmam Qəzali Həzrətlərinin Qiyamət və Axirət kitabındakı hədisi-şərifdə, “Edəcəyin bir işdən, Allahu təalanın razı olub olmadığını düşünün! Əgər Onun razılığına uyğundursa et, deyilsə etmə!” buyurulur. Bu hədisi-şərif, qulağımıza sırğa olarsa, ömür boyu bizə yetər. Bu çox sağlam bir ölçüdür. Bu ölçüyə tabe olsaq, səhv iş etməkdən və günaha girməkdən qorunmuş olarıq.