Facebook Twitter WhatsApp

Qocaya hörmət

Sual: Həzrəti Əlinin bir qocaya hörmətindən önündən getməyib arxasından getdiyi bildirilir. Bir kimsəyə yalnız yaşından ötəri hörmək etmək lazımdır?

CAVAB

İmam-azam həzrətləri, İmam Əbu Yusifə, “Elm sahiblərinə hörmət et! Qocalara hörmət, gənclərə sevgi göstər!” buyurdu. Xüsusilə Müsəlman qocalara hörmət göstərmək lazımdır. Pis-yaxşı fərq qoymadan hər kəsə yaxşılıq etmək lazımdır! Məsələn, avtobuslara gənc-qoca, sağlam-şikəst, qadın-kişi, zəngin-kasıb, alim-cahil kimi müxtəlif siniflərdən insanlar minir. Zəiflərə kömək etməli, avtobusa minərkən, enərkən köməkçi olmalı, onlara yer verməli, qocalara, möhtaclara kömək etməlidir. Bu barədəki hədisi-şəriflərdən bir neçəsi bu məaldədir:

“Gücsüzlərə, xəstələrə, qocalara və kiçiklərə mərhəmət edin!” [Şirə]

“Qocalara hörmət və ikram Allahu təalaya hörmətdir.” [Buxari]

“Böyüklərimizi saymayan, kiçiklərimizə acımayan bizdən deyildir.” [Buxari]

“Xalqı içindəki qoca, ümməti içindəki peyğəmbər kimidir.” [İ.Nəccar]

“Bu üç şey Allahu təalaya təzimdəndir:

  • Müsəlman olaraq qocalan kimsəyə ikram,
  • Quranı-kərimi əzbərləyənə ikram,
  • Elm sahibinə ikram.” [Ramuz]

“Müsəlman olaraq qocalan kimsəyə ikram edən, Nuh əleyhissəlama ikram etmiş kimi savab alar. Nuh əleyhissəlama ikram edən də Allahu təalaya ikram etmiş olar.” [Hatib]

“Təkbiri, təhmidi, təsbehi və təhlili səbəbiylə Müsəlman olaraq qocalan bir mömindən daha üstün kimsə yoxdur.” [İ.Əhməd] (Təkbir Allahu əkbər, təhmid Əlhəmdülillah, təsbeh Sübhanallah, təhlil isə, La iləhə illəllah deməkdir.)

Peyğəmbər əfəndimizin, “Allahu təalaya and içərək, “Müsəlman olaraq qocalana əzab etməkdən həya edərəm” buyurdu” dedikdən sonra ağladığı görüldü. Səbəbi soruşulanda, “Allahu təala özündən həya etdiyi halda Ondan həya etməyənə ağlayıram” buyurdu. (Beyhəqı)

Qocalara hörmət

Sual: Mikroavtobusda, avtobusda oturarkən yaxşı, pis olduğu bilinməyən qocalar gəlir. Bunlara yer verməkdə zərər vardır?

CAVAB

Dinimiz qocalara hörmət etməyə böyük əhəmiyyət vermişdir. Bir hədisi-şərif məali:

“Bir gənc bir qocaya, yaşından dolayı hörmət edərsə onun yaşına çatanda Allahu təala ona gəncləri hörmət etdirər.” [Şirə]

Bura, “Et, gördünyasıdır. Bu günün gəncləri sabahın qocalarıdır.

Qocaya hörmət edərkən, zəngin-kasıb, yaxşı-pis fərq qoyulmaması lazımdır. Zənginə zənginliyi üçün hörmət edilməz. Malından ötəri zəngini ucaldanın, kasıblığından ötəri kasıbı alçaldanın lənətə layiq olduğunu bildirilmişdir. (Şirə şərhi)