Facebook Twitter WhatsApp

Ana-ata haqqı ilə bağlı suallar

Sual: Yaşlı və saleh ana-atam yanımda qalır. Ancaq sıxıntıları həddindən çoxdur. Ayrı bir ev tutsam uyğun olarmı?

CAVAB

İstər yanınızda qalsın, istərsə də ayrı ev tutun, amma onların rizalarını almağa çalışın. Onlara baxmaq, ehtiyaclarını qarşılamaq yaxşıdır, ancaq xəzinə bu deyil. Xəzinə onların rizasını, duasını qazanmaqdır. Aynı niyyətlə qayınana və qayınatanıza görə də davranın. Yəni, ər-xanım ana və atalarınıza yaxşılıq edin, dualarını, rizalarını alın, bu fürsəti əldən verməyin. Çünki, saleh ana-atanın rizasını almaq çox mühümdür. Bir hədis-şərif məali belədir:

            Yanında adım anıldığı zaman mənə salavat gətirməyən insanın burnu yerlə sürünsün. Ramazana yetişib lakin günahları bağışlanmayan insanın burnu yerlə sürtülsün. Ana-atası yanında qocaldığı zaman onları razı edərək Cənnətə girə bilməyən insanın burnu yerlə sürtülsün” [Tirmizi, İ. Əhməd]

Sual: Yaşlanmasına baxmayaraq atam namaz qılmır, anam açıq gəzir. Onlara məcbur edə bilərəmmi?

CAVAB

Ana-atanı məcbur etməz olmaz. Ana-atası günah işləyən övlad bunlara bir dəfə nəsihət edər. Qəbul etməzlərsə, susar. Onlara dua edər. 

Sual: Atam ölüncə anam başqasıyla evləndi. Mənə kömək et deyir. Anama kömək etməyə məcburam?

CAVAB

Əri varlı olan qadın oğlundan maddi yardım istəyə bilməz. Oğlu ona kömək etməyə məcbur deyildir. Ancaq ana-ata zəngin də olsalar onlara xidmət və kömək etmək, rizalarını almaq lazımdır.

Sual: Atam evlənməyim üçün kömək etmir. Halbuki bir hədisi-şərifdə ata oğlunu evləndirməyə məcburdur, deyilir. Atamın mənim evlənməyimə kömək etməsi lazımdır?

CAVAB

Ata zəngin oğlunu evləndirməyə məcbur deyildir. Amma kasıb olan oğlunu evləndirməsi vacibdir. Hədisi-şərifdə buyurulur ki:

“Atanın övladına gözəl ad qoyması, dinini öyrətməsi və vaxtı gələn zaman evləndirməsi, övladın atası üzərindəki haqlarındandır”. [Hakim]

Sual: Ana-ata oğlunu namaz qılmadığı və oruc tutmadığı üçün məcbur edə bilər?

CAVAB

Bəli, həddi-buluğ yaşına çatmayan oğlunu namaz qılmadığı və oruc tutmadığı üçün məcbur, tənbeh edə bilər. Amma böyük oğlunu, yəni həddi-buluğa çatmış oğlunu məcbur edə, tənbeh edə bilməz. Ona nəsihət edər.

Sual: Ata bidət əhlidirsə, yaxud namaz qılmır və içki içirsə də bədduası, qarşığı qəbul olarmı?

CAVAB

Doğru etiqadda olsa da, namaz qılsa, içki içməsə də, haqsız olaraq bəddua edirsə bədduası qəbul olmaz. Kafir belə olsa zülm görmüşsə onun duası qəbul olar.

Yaşlı ata, “Oğlum bir stəkan su ver” desə, oğlu da, “qalx özün iç” desə, sonra atasına vursa, atası da, Allah bəlanı versin desə, bu duanın qəbul olma ehtimalı çox qüvvətlidir. Hədisi-şərfidə bildirilən qəbul olunan dualardan bir də budur.

Sual: Anam-atam ateistdir. İslamiyyətə mürtəce deyirlər, namazımı tərk etdirməyə çalışırlar. Bayramda ziyarətlərinə getməsəm günah olarmı?

CAVAB

Ana-ata kafir olsa da ziyarətlərinə getmək, xidmət və yaxşılıq etmək lazımdır. Amma küfrə təşviq edərlərsə ziyarətlərinə getməmək lazımdır.

Sual: Atam vəsiyyət etmədən öldü. İsqatını etməyim caizdirmi?

CAVAB

Çox yaxşı olar.

 

Sual: Atam, “Siqaret çəksən haqqımı halal etmərəm” demişdi. Vəfat etdi. Siqaret çəkə bilərəmmi?

CAVAB

Bəli.

Sual: Pis işlə məşğul olan valideynlərimi sevməməyim günah olarmı?

CAVAB

Dinin qadağan etdiyi işdirsə, sevməmək günah olmaz.

Sual: Yataq xəstəsi olan anasının altını oğlu təmizləyə bilərmi?

CAVAB

Bu işi etmək üçün qadın olmazsa, oğlu da edər.

Sual: Rayonumuzda atamın dostları var. Onları ziyarət etməyim lazımdırmı?

CAVAB

Saleh olan atanın saleh olan dostlarını ziyarət etmək, onlarla dost olmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ən gözəl yaxşılıq, atasının vəfatından sonra, onun dostlarını yoxlamaqdır.” [Müslim]

“Atanın dostluğunu qoru, dostlarıyla dost ol. Belə ki, atanın dostluğunu qorumasan, Allahu təala da sənin nurunu söndürər.” [Buhari]

“Ata dostuna yaxşılıq, ataya yaxşılıq deməkdir.” [Taberani]

İmam Rabbani həzrətləri, “Övlada edilən yaxşılıq da, ataya edilmiş sayılır” buyurur. O halda, övladlarına yaxşılıq etmək, ölmüş və ya yaşayan ataya yaxşılıq etmək deməkdir.

Sual: Kasıb olan ana və ataya zəngin olan qız övladının da maddi yardım etməsi, baxması lazımdırmı?

CAVAB

Bəli, maddi yardım etməsi və baxması lazımdır. Qız və oğlan övladlar eyni miqdarda nəfəqə verir.

Oğlunun oğlu ilə qızı olan ana və ataya yalnız qızları baxar. Halbuki, mirası qız ilə nəvə yarı yarıya alır.

Ana ataya nəfəqə

Sual: “Sən də, malın da atanındır” hədisinə görə, övladın malı atanındır? Ata övladının malını istədiyi kimi xərcləyə bilərmi?

CAVAB

Xeyir. Övlad, zəngin ataya baxmağa məcbur deyildir. Zəngin övladın kasıb olan müsəlman ana ataya maddi yardım verməsi fərzdir.

Kasıb övladın, kasıb atasına nəfəqə (maddi yardım) verməsi fərz deyil. Kasıb olan ana atasını öz evində saxlayıb, birlikdə yaşayarlar. (Fətavayi Xayriyyə)

Kasıb ata itgin düşən böyük oğlunun yalnız daşənan mallarını, öz ehtiyacı üçün sata bilər. Binasını, torpağını sata bilməz. (Dürər-ül-hükkam)

 

Ata bədduası

Sual: Atam və böyük qardaşım Avropada işləyir. Atam burdakı qardaşımın xanımının yanında qalmağımı istəyir. “Əgər yoldaşımla qalmazsan haqqımı halal etmərəm” deyir. Qardaşımın xanımıyla eyni evdə qalmağım doğrudurmu?

CAVAB

Qardaşın xanımı və baldız yad (məhrəm olmayan) qadındır. Bir yerdə qalmaq olmaz, haram olar. Atanın dinə zidd olan bədduası keçərli olmaz. Atayla münaqişə etməmək lazımdır, günaha əhəmiyyət vermirsə, başqa bəhanə tapmaq lazımdır.

 

Fasıq (açıqdan günah işləyən) ana-ata

Sual: Fasıq ana-atanın hər əmrinə itaət etmək lazımdırmı?

CAVAB

Hər əmrinə itaət etmək lazım deyil. Dinə zidd əmrlərinə əsla itaət etmək olmaz. Namaz qılma, təsəttürə riayət etmə, bu günahı işlə kimi əmrlərinə əsla itaət etmək olmaz. Ana və atanın belə itaət lazım olmayan əmrlərini etməmək üçün üzr və bəhanə axtarmaq və yumşaq demək lazımdır. Yəni etirazı üsyan və təhqir şəklində deyil, bir bəhanəylə olmalıdır. Məsələn, niyə içki içmədin deyincə, mədəm ağrıyırdı, kimi bir bəhanə tapmalıdır. Yaxud, fasıq ata, “Məni maşınınla içki içməyə apar” desə, bir bəhanə ilə aparmamaq lazımdır, “Çox mühüm bir işim var” kimi bir şeylər deməlidir. Amma içki içilən yerdə qalmışdırsa, maşınla evinə gətirmək lazımdır. Mubah (halal) olan əmrlərini yerinə yetirməyə çalışmaq lazımdır.

Ana-atanın əmri

Sual: Ananın, atanın günah olmayan əmrlərinə itaət etmək fərzdirmi?

CAVAB

Bəli fərzi-ayddır.

Ana-ataya üsyan

Sual: Saleh ana-atanın dinə uyğun əmirlərini dinləməyən övlad günaha girərmi?

CAVAB

Əlbəttə, günaha girər. Peyğəmbər əfəndimiz bildirir ki: “Allahu təala, Musa aleyhissalama “Asi olanın sözünün ağırlığı, dünyadakı bütün qumların ağırlığına bərabərdir” buyurduğu zaman, Musa, “Ya Rəbb, bu asi kimdir?” dedi. Allahu təala, “Ana-atasının sözünü dinləməyəndir” buyurdu.” [Əbu Nuaym]

Ana-ataya sərt davranmaq

Sual: “Ana-atanın yaxşılığı üçün onlara sərt davranmanın eybi olmaz. Məsələn, ana-ata içki içsə, qeybət etsə, başqa günahları işləsə, onun yaxşılığı üçün bunları etmə, deyə sərt davranmaq caizdir” deyənlər olur. Dinimiz “Ana-ataya of deməyin” buyurarkən, onun yaxşılığı üçün sərt davranmaq necə caiz olar?

CAVAB

Hər söyləyənə etibar etmək olmaz. Din kitablarında, “Ana-ata kafir isə, onları kilsədən, içki içilən yerdən beldə daşıyaraq belə, geri gətirmək lazımdır” deyilir. Onların yaxşılığı üçün, “Kilsəyə getməyiniz yanlışdır. Mən gətirməyəcəm, necə getmisiniz elə də geri qayıdın” deyilməz.

Yenə din kitablarında, “Ana-atası günah işləyən övlad, sərt şəkildə demədən bunlara bir dəfə nəsihət edər. Qəbul etməzlərsə susar. Onlara dua edər” buyurulur. Onun yaxşılığınadır deyə tez-tez deyilməz.

Ana ata zalım olub, övlada zülm etsələr də, günah işləməyi əmr etsələr də, yenə onları üzmək caiz olmaz. Günah olan əmrləri yerinə yetirilməz, amma yenə də onlarla sərt danışmaq, üzmək caiz olmaz. Bir hədisi-şərif məali də belədir:

“Rəbbin rizası, ana-atanın rizasında, qəzəbi də, ana-atanın qəzəbindədir.” [Buhari]

Ana-atanın yaxşılığı üçün onlarla sərt rəftar edən rizalarını almış olmaz, əksinə onları incitmiş olar. Bir ayəti-kərimə məali belədir:

“Rəbbin yalnız özünə qulluq etməyinizi, ana-atanıza da yaxşılıq etməyinizi əmr etdi. Onlardan biri və ya ikisi sənin yanında yaşlanarsa onlara of belə demə, ağır söz söyləmə, onlarla yumşaq və şirin danış! Onlara mərhəmət et, təvazö qanadını aç.” Rəbbim kiçik ikən məni yetişdirdiyi kimi sən də onlara mərhəmət et!” deyə dua et” [İsra 23,24]

 

Həsən Basri həzrətləri, “Alim bir övladın ana-atası kafir olsa, quyudan su çəkmələri üçün ona möhtac olsalar, o da bir neçə qova su çəkdikdən sonra of desə, bu səbəblə bütün əməllərinin savabı yox olar” buyurulur. Ona görə də ana-atanın yaxşılığı üçün onlarla sərt davranmaq caiz deyil.

Fasiq ana-ata haqqı

Sual: Anam-atam, “Namaz qılma, oruc tutma, təsəttürə riayət etmə, bir az içki iç” deyirlər. Bunları etməsəm qarğış edəcəklərini deyirlər. Dində ana-atanın haqqı çox mühüm olduğu üçün onların sözlərini dinləməsəm günaha girmiş olurammı?

CAVAB

Ana-ataya, ana-ata haqqı verən Allahdır. Ancaq onlara öz əmrinə zidd bir haqq verməmişdir. Məsələn, onların “Namaz qılma” demək haqları yoxdur. Allaha asi olan işdə qula yəni ana-ataya və əmirə itaət etmək olmaz.

Dinə uyğun olmayaq və övladını İslamiyyətə uyğun yetişdirməyən ana-atanın övladı üzərində dinimizin bildirdiyi ana-atalıq haqqı yoxdur. Sadəcə böyütmə, yedirib içirtmə kimi haqları vardır. Onların haqsız olaraq etdiyi bəddualar da keçərli olmaz.

Saleh ana-ata haqqı

Sual: Ana-ata haqqı nə üçün mühümdür?

CAVAB

Fasiq, pozğun və ya kafir ana-atanın valideyn haqqı olmaz, normal xidmət etmə, onları böyütmə haqqı olur. Saleh valideynin valideyn haqqı var. Saleh ana-atanı razı edən, Allahu təalanı razı edər. Allahu təalanın rizası, saleh ana-atanın rizasındadır. Çünki, doğru imanımızı ilk olaraq saleh ana-atamızdan öyrəndik. Onlar ilk mürşidimizdir. Onun üçün ana-atanın haqqı çox böyükdür.

Ana-ataya hörmət

Sual: Ana-atanın önündən getmək uyğun deyilmi?

CAVAB

Bəli, uyğun deyil. Ana-atasının önündən gedən itaətsiz və asidir. Ancaq yolda əziyət verən şeylər varsa onları götürüb yol açmaq üçün və ya başqa bir kömək üçün önlərindən gedə bilər. (Şira şərhi)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину