Facebook Twitter WhatsApp

Yeyib içərkən

Sual: Yeyib-içərkən nələrə diqqət etmək lazımdır?

CAVAB

İslam alimləri bildirir ki:

  1. Yeməkdən əvvəl əlləri yumaq sünnətdir: [Əllərimizin sanki bir cür mikrob yuvası olduğu hər kəsə məlumdur].
  2. Müxtəlif deyil, bir növ qida yemək lazımdır: [Həzm etmək üçün hər növ qidaya ayrı-ayrı mədə şirəsi, turşu ifraz olunar. Bu da mədəni yorar].
  3. Çox isti yeyib-içməmək lazımdır: [İsti yeyib-içmək mədə xərçənginə səbəb olar.]
  4. Yeməyə duzla başlayıb duzla bitirmək sünnətdir: [Duz dilə toxunduqdan sonra tüpürcək vəzləri dərhal çalışmağa başlayar, ifrazat əmələ gələr. Bu ifrazat həzm üçün əhəmiyyətlidir, həzmə kömək edər və asanlaşdırar. Yeməyə duzla başlanarsa, beyin tərəfindən göndərilən bir xəbərdarlıq sayəsində, mədədə mukus deyilən həzmi asanlaşdıran bir təbəqə meydana gələr və mədənin həzmə hazırlıqsız olmasının qarşısını alar. Yeməyi duzla bitirəndə də yenə həzm üçün lazımı olan ifrazat əmələ gəlir. Bu mühüm ifrazat yalnız duzla çıxar].
  5. Acmadan yeməmək, doymadan qalxmaq: [Çox toxluğun unutqanlığa səbəb olduğu, qəlbi qaraltdığı, spirtli içkilər kimi qanı pozduğu, aclığın, oruc tutmağın isə ağlı təmizlədiyi, qəlbi parlatdığı bu gün məlumdur.]
  6. Yemək yeyərkən yerdə oturaraq sol ayağı qatlayıb, sağ ayağı qarına çəkərək oturmaq lazımdır: [Belə oturdurda suyla doldurulmuş balon şəklində olan mədənin çıxış qismini bağlayaraq, yeyilən qidanın tam həzm edilmədən bağırsaqlara keçməsinin qarşını alar və mədə dolanda da doyma hissi verərək, çox yemədən qalxılmasına səbəb olar.]       
  7. Yemək yeyərkən nəşəli danışmaq, yeməkdə qorxunc və iyrənc şeylər danışmamaq lazımdır: [Kədərli şeylər danışılanda, həzm sistemini çalışdıran sinirlərin çalışması pozular və adrenalinin çox ifraz edilməsinə səbəb olar.]
  8. Hər gün ət yeməmək lazımdır, qəlbə sıxıntı verər, əti az yeməksə əxlaqı pozar: [Çox qırmızı ət yemək qalın bağırsaq xərçənginə, döş xərçənginə, həzm yolu xərçənginə yol açar. Bostondakı Tufts Universitetinin etdiyi bir araşdırma tez-tez qırmızı ət yeyənlərin həzm yolu xərçənglərinə tutulma risklərinin yüksək olduğunu göstərdi. Normal yeyilən ətin beyin və sinir sisteminin müntəzəm çalışması üçün faydası vardır.]
  9. Bitki mənşəli qida faydalıdır. Yaşıllıq olmayan süfrə, ağılsız qocaya bənzəyər: [Bu gün bitki mənşəli qidaların əhəmiyyəti tam ortaya çıxmışdır.]
  10. Tikə kiçik olması və yaxşı çeynənilməsi lazımdır: [Tüpürcək vəzləri çox iş görür. Bu ifrazat mədədəki ifrazatlarla birlikdə həzmi asanlaşdırır. Kökəltmir. Əks təqdirdə ifrazat qüsurlu olar. Yeməklər tam çeynənilmədən və yetərli ifrazat olmadan mədəyə gedər. Bu tüpürcək ifrazatının əskikliyi isə bu yediklərimizi bədənin həzm etməsinə mane olar və köklüyə səbəb olar.]
  11. Ac ikən də yavaş-yavaş yemək lazımdır: [Yavaş yemək tüpürcək vəzlərinin çalışmasına, ifrazatın əmələ gəlməsinə və həzmi asanlaşdırmasına səbəb olar.]
  12. Yemək arasında bir şey üçün, hətta namaz üçün süfrədən qalxmamaq, namazı əvvəl qılmaq lazımdır. Əgər hazırlanmış yeməklər soyuyacaq  və ya xarab olacaqsa və namaz vaxtı yeməkdən sonra qılmaq uyğun isə namazdan əvvəl yemək lazımdır: [Yeməyə ara vermək psixoloji olaraq bəzi insanlara pis təsir edir. Həzm sistemi ifrazatının çalışma nizamı zəifləyər. Ara veriləndə mədədə həzm başlayar. Təkrar yemək yeyiləndə həzm sisteminin nizamı pozulur.]
  13. İçdiyi suya baxmaq, üç nəfəsdə içmək, nəfəsi suya deyil, stəkanın xaricinə vermək, yayda sərin içmək, çox soyuq içməmək, ac qarnına su içməmək, suyu yavaş-yavaş, əmər kimi içmək, ağzı dolduraraq içməmək, nəfəs verərkən stəkanı ağızdan çəkmək, qaynar olduqda üfləyərək içməmək, soyudub sonra içmək, suyun hamısını bir nəfəsdə içməmək lazımdır. [Suyu bir nəfəsdə içəndə yemək  borusunda yırtığa yol aça bilər. Nəfəsdə ağız və dişdən çıxan bəzi zərərli mikroblar ola bilər. Suya üflənəndə suyla birlikdə təkrar bədənə girər. Bu da xəstəliklərə yol aça bilər. Çox soyuq yemək və içmək boğaz ağrılarına, badamcıq iltihablarına, bronxit xəstəliklərinə, oynaq ağrılarına, baş ağrısına yol açar. Ayrıca oturaraq və ən az üç qurtumda içilən su dil və ağız bölgəsində daha çox qaldığı üçün tüpürcək vəzləri üçün lazım olan suyun əmilməsini artırıb anti bakterioloji və anti toksid təsirə sahib tüpürcəyin ifrazını artdıraraq, ağız və diş sağlamlığına faydası olar.]
  14. İçiləcək şeyləri ayaq üstə içməmək lazımdır. Tərli ikən də su içməmək lazımdır. [İsti havada və ya çox tərli ikən ayaqda su içəndə, ayaq damarında varikoz genişlənməyə  yol açar. Soyuq suyu ayaqda ac qarnına içincə, bədəni zəif insanlarda mədə sallanmasına yol açar.]
  15. Stəkanın qırıq yerindən içməmək lazım. [Qırıq yerləri tam təmizlənmədiyi üçün mikrob yığılır. Həm əli, həm də ağzı kəsə bilər.]
  16. Yeməkdən sonra dişləri misvaqla, kürdanla və ya diş fırçası ilə təmizləmək lazımdır. [Ağız və dişlərin təmizliyi çox əhəmiyyətlidir. Hər şeydən əvvəl dişlərin müalicə edilməsi lazımdır. Bir çox xəstəliyə səbəb olarlar. Diş kökündə iltihab olduqdan sonra sinir və ürək xəstəliklərinə yol açır. Ürək xəstələrinin çoxunun diş əti xəstəliyi vardır. Viruslar ana rəhminə düşərsə, erkən doğuşa belə səbəb ola bilər. ]
  17. Ağzında, əlində ət, yemək qoxusu varkən yatmamaq lazımdır. Uşaqların əlini də, ağzını da yumaq lazımdır. [Bu, müxtəlif narahatlıqlara səbəb olar, həm də diş əti xəstəliklərinə yol açar. Həyat yoldaşına narahatlıq verməsi baxımından ailə həyatı üçün də uyğun deyildir.]
  18. Çox tox ikən yatmamaq lazımdır. [Bu çox zərərlidir. Yuxu halında, ürək və ağciyər istisna olmaqla, daxili orqanların fəaliyyəti çox azalar, bir növ istirahət edərlər. Ürəyin və ağciyərin də yükü gündüzə nisbətən azalar. İnsan tox yatanda da ürək çox işləmək məcburiyyətində qalar. Çox tox yatmaq ürək və başqa orqanların yorulmasına, bu səbəbdən erkən yaşlanmağa, baş ağrısına, kökəlməyə, göz xəstəliklərinə yol açar.]
  19. Axşam yatarkən, yemək və içkilərin üstü açıq qalmaması, üstünü örtmək lazımdır. [Qidalar xarab ola bilər.]

Bu qaydalara, sağlamlığımıza olan faydaları üçün deyil, dinimiz bildirdiyi üçün, dinə riayət etmək niyyəti ilə tabe olmaq lazımdır. Belə olarsa həm dünyamız, həm də axirətimiz üçün faydalı olar. Yalnız sağlamlıq üçün edilərsə, savabına qovuşa bilmərik. 

Meyvələri yumaq lazımdır

Sual: Qabığıyla yeyilməyən meyvə və tərəvəzləri, məsələn, banan, qovun və qarpız kimi meyvələri yeyərkən yumağa ehtiyac vardırmı?

CAVAB

Açıqda satılan şeylərə göz dəyər. Onun üçün hər meyvə və tərəvəzi yumaq lazım olduğu kimi, çörək kimi açıqda satılan və hər kəsin gözünün dəydiyi yeməkləri də, məcbur qalmadıqca almamaq yaxşı olar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину