Facebook Twitter WhatsApp

Zərurət və fitnə zamanında

Sual: Harama halal və ya haram bir şey üçün Allah razı olsun deyənin kafir olacağı din kitablarında yazılıdır. Biz namaz qılan təsəttürlü adamlarıq. Bayramlarda yad kişilərlə görüşüb və ya öpüşürük. Bizi öpən qoca kişilərə Allah razı olsun desək küfr olar? Məqsədimiz harama halal demək deyildir. Təşəkkür kimi bir şeydir. Yenə də küfrə girmiş oluruk? Bəzi yoldaşlar, siz küfrə girirsiniz, deyir.

CAVAB

Bir hədisi-şərif məali belədir:

“Bilmədən fətva verənə, yerdəki və göydəki mələklər lənət edər.”  [İbni Lal]

Müsəlmana kafir demək çox səhvdir. Bir qurtuluş yolu varsa onu tapmaq lazımdır. Çünki hansı söz küfr, hansı deyil bilmək şərtdir. 99 alim bir şeyə küfr desə, bir tək alim küfr deyil desə, o şəxsə o işə görə kafir deyilməz. Hənəfi məzhəbindəki bütün alimlər bir şeyə küfr desə, digər məzhəbdəki bir alim, bu şey küfr deyil desə, o kimsəyə kafir deyilmir. Onun üçün küfr olan bir mövzuda yüz ölçüb bir biçmək lazımdır. Məsuliyyətsiz insanlar dərhal haramdır, halaldır deyə çəkinmədən söyləyirlər. Bilmədən, kitaba baxmadan caizdir, caiz deyildir kimi danışmaqdan çox çəkinmək lazımdır! Haramdan qorxmayan, günah işləməyə cəsarət edən cahildir. Necə ki, “Cahil, cəsur olar” deyilmişdir. Bu söz, “Cahil, günah işləməkdən qorxmaz” deməkdir. Hədisi-şərifdə, “Fətva verməkdə cəsarətli olanınız, atəşə  [Cəhənnəmə atılmağa] ən cəsarətli olanınızdır.” (Darimi)

Məcəllədə deyilir ki:

Zərurətlər qadağan olanı mübah qılar. Yəni, qadağan olan şeylərin zərurət davam etdiyi müddətcə qadağanlığı qalxar. (Maddə 21)

Zərurət olanda haram bir şeydən dərman olaraq istifadə edilir və şəfa hasil ola bilir. Halbuki Peyğəmbər əfəndimiz, “Haramda şəfa yoxdur” buyurur. Haram olan şey necə şəfa ola bilir deyə sual meydana gələ bilər. Bəli, haramda şəfa olmaz. Zərurət olanda haram mübah hala gəlir. Mübahdan şəfa hasil olur. 

Ümumiyyətlə kişi üçün yad qadınla əllə görüşmək kimi bir zərurət hasil ola bilər. Belə zəruri hallarda haram olan fitnəyə səbəb olmamaq üçün əllə görüşmək mübah olur. Mübah olan bir işdən ötəri təşəkkür etməyə, Allah razı olsun deməyə küfr demək doğru olmaz.

[Ancaq, zərurət və fitnə zamanlarında edilməsi caiz olan şeyləri, sair zamanlarda yəni fitnə və zərurət olmayan hallarda etmək uyğun deyildir.]

Yadın əlini öpmək

Bəzi qadınlar mail ilə, telefon ilə, “Xocam əllərinizdən öpürük” deyirlər. Şəxsən öpməklə, öpürəm demək fərqli şeylərdir. Məsələn, köhnə bir adətdir, məktublarda, “Böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpərik” deyilir. Halbuki gözdən öpülməz, bu sevgini ifadə edən bir sözdür. Hətta hər böyüyün əlini də öpmək uyğun deyildir. Yalnız ana-ata və alimin əli öpülür deyə bildirilir. Amma adətdir, fitnə olmaması üçün əmi, dayı, bibi, xalamızın  əlini öpürük. Hətta yad qoca qadın və ya kişilərin əllərini də öpürük. “Ana-atadan başqasının əli öpmək olmaz, siz haramı mübah sayırsınız, o halda kafir oldunuz” demək səhv olar. Bir xalanın əlini öpsək, o da “Övladım Allah razı olsun” desə, xalaya “Haram bir şeyə Allah razı olsun dediniz, küfrə girdiniz” demək də səhvdir. 

Zərurət və haramlar

Sual: Zərurət olarsa, yad qadınla əllə görüşmək caiz olar deyilir. Zərurəti bəhanə edərək haram işləmək caiz olar?

CAVAB

Zərurət halında haram olan bir işi zərurət bitənə qədər etməyin caiz olduğu bütün fiqh kitablarında yazılıdır. Məcəllədə deyilir ki:

Zərurətlər qadağan olanı mübah qılar. Yəni, qadağan olan şeylərin zərurət davam etdiyi müddətcə qadağanlığı qalxar. (Maddə 21) Bir neçə örnək verək:

  • Donuz əti yemək və spirtli içki içmək haramdır. Zərurət varsa, zərurət bitənə qədər mübah olar. Yəni, ölməmək üçün donuz yeyilir, şərab içilir. Yeyib içməyib ölən haram işləmiş olar.
  • Faiz haramdır. Zərurət olanda zərurət miqdarı mübah olar.
  • Qadınların saçlarını açması haramdır. Zərurət varsa zərurət bitənə qədər mübah olar.

Bunlar kimi zərurət olanda yad qadınla əllə görüşmək da caizdir. Məsələn, İslam ölkələrindəki bir dövlət başçısı başqa ölkələrdən gələn qadın baş nazirlərlə əllə görüşməzsə fitnəyə səbəb olar. Fitnəyə səbəb olmaq isə haramdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину