Gözəl İslam / Cümə günü və gecəsi nə oxunmalıdır

Cümə günü və gecəsi nə oxunmalıdır

Sual: Cümə günü və gecəsində hansı surə və duaların oxunması yaxşıdır?
CAVAB
Hədisi şəriflərdə buyurulur ki:
Cümə gecəsi Kəhf surəsini oxuyan Qiyamətdə yerdən göyə qədər bir nurla aydınlanar. İki Cümə arasında etdiyi günahlar da bağışlanar. [Tərgib]
Cümə günü 80 salavat gətirənin, 80 illik günahı əfv olar. [Darə Kutni]
“Cümə günü və ya gecəsi Dühan surəsini oxuyana Cənnətdə bir imarət ehsan edilər.” [Tabərani] 
“Cümə gecəsi Yasin surəsini oxuyanın günahları bağışlanar.” [İsfəhani] 
“Cümə günü qüsl edənin günahları əfv olar.” [Tabərani]
“Cümə günü sübh namazından əvvəl, “Əstagfirullahəlazim əlləzi la ilahə illa hüvəl hayyəl qayyumə və ətubü ileyh” oxuyanın dəniz köpüyü qədər da olsa günahları əfv olar.” [İbni Sünni]
“Cümə namazından sonra yeddi dəfə İxlas və Muavvizətəyn surələrini oxuyanı Allahü təala bir həftə qəzadan, bəladan, pis işlərdən qoruyar.” [İ.Sünni]
Cümə səhəri üç istiğfar oxumaq

Sual: S. Əbədiyyədəki hədisi şərifdə, “Cümə günü sübh namazından əvvəl üç dəfə “Əstagfirullahəl’azim əlləzi la ilahə illa hüvəl hayyəl qayyumə və ətubü ileyh” oxuyanın özünün, ana və atasının bütün günahları bağışlanar”, buyurulur. Bu istiğfar duası hər səhər sübh namazından əvvəl və ya hər namazdan əvvəl oxunarsa da eyni savab alınarmı?
CAVAB
Xeyr, alınmaz. Bu istiğfarı oxumaq çox savabdır. Nə vaxt olursa olsun oxuyan çox savab qazanar, günahları əfv olar, dərdlərdən, sıxıntılardan da qurtular. Ancaq burada fərqli bir vəziyyət  bildirilmişdir, ana-atasının da günahları əfv olar deyilir. Hər namazdan əvvəl eyni savab alınsaydı, Peyğəmbər əfəndimiz, “Cümə günü sübh namazından əvvəl” deməyib, “hər namazdan əvvəl” buyurardı. Bildirilən savab yalnız Cümə günü sübh namazından əvvəl oxuyanlar üçündür.
Bu cür şərtsiz söylənən mövzuların bir çox şərti vardır. Bir neçəsi belədir:
1- Müsəlman olmaq. Müsəlman olmayan oxusa da savab ala bilməz.
2- Namaz qılmayan müsəlman sübh namazından əvvəl oxusa savab ala bilməz.
3- Namaz qılsa, ancaq Əhli sünnət etiqadında deyildirsə, yenə də savab ala bilməz.
4- Qul haqqları ilə qəzaya qalan fərzlərı ödəmək və haramları tərk etmək də şərtdir. (S. Əbədiyyə)
Günahların əfv olması üçün haramları tərk etmək şərtdir. Qul haqqları ilə qəzaya qalan fərzləri ödəmək fərzdir. Fərz yerinə yetirilməzsə, o mövzudakı nafilə ibadətlər qəbul olmaz.

26-05-2023, 10:54
Geri