Facebook Twitter WhatsApp

Polkovnik DONALD ROCKWELL  (Amerikalı)

Müsəlmanlığı nə üçün qəbul etdim?

Müsəlmanlığın çox məntiqi və sadəliyi, məscidlərin insanı özünə çəkən cazibəsi, bu dinə mənsub olanların, dinlərinə böyük bir ciddiyyət və məhəbbətlə bağlanmış olması, bütün dünyada müsəlmanların gündə beş dəfə eyni vaxtda böyük bir hörmət və ixlasla səcdəyə qapanışı, mənim üzərimdə çoxdan bəri, böyük bir təsir buraxmışdı. Lakin bunlar, mənim müsəlman olmağım üçün kifayət etmədi. Mən ancaq, İslam dinini yaxşıca araşdırdıqdan və onda gözəl, faydalı bir çox xüsuslar gördükdən sonra müsəlman oldum. Həyata ciddiyyət, lakin eyni zamanda şirinliklə bağlı olmaq [ki Muhamməd əleyhissalamın öz hərəkət tərzidir], işlərdə müşavirə etmək, insanlara daim mərhəmət və şəfqətlə  davranmaq, yoxsullara yardım etmək, ilk dəfə qadınlara da mal sahibi olmaq haqqını vermək kimi, o zamana görə ən müəzzəm mədəni inqilablar, Muhamməd əleyhissalamın qısa və vəciz sözlərilə nə gözəl ifadə edilmişdir!

Muhamməd əleyhissalam eyni zamanda (Allahü təalaya təvəkkül, etimad et, ancaq dəvəni bağlamağı unutma!) sözlərilə insanlara, Allahü təalanın qullarından əvvəlcə, hər cür tədbirə baş vurmalarını, lazım olanı etmələrini və ancaq ondan sonra, Allahü təalaya təvəkkül etmələrini əmr etdiyini bildirməkdədir. O halda, Avropalıların iddia etdiyi kimi, İslam dini, heç bir iş görmədən, hər şeyi Allahü təaladan gözləyən miskinlərin dini deyildir. İslam dini, hər kəsə, əvvəlcə əlindən gələn hər şeyi etməsini və ancaq ondan sonra Allahü təalaya təvəkkül etməsini əmr edir.

İslam dininin, digər dinlərdəki insanlara qarşı göstərdiyi ədalət də, mənim üzərimdə çox böyük bir təsir göstərmişdi. Muhamməd əleyhissalam, müsəlmanların xristianlara və yəhudilərə qarşı yaxşı davranmalarını əmr edir. Qurani-kərim isə, Adəm əleyhissalamdan başlayaraq, Musa və İsa əleyhiməssalamın Peyğəmbərliyini qəbul edirdi. Bu, heç bir başqa dində olmayan uca bir sədaqət, böyük haqşünaslıqdır. Digər dinlərə inananlar, İslamiyyət haqqında, ağla gəlməyən pis şeylər söyləyərkən, müsəlmanlar onlara qarşı kübar davranırlar.

İslamiyyətin ən gözəl xüsusiyyətlərindən biri də, onun özünü bütlərdən tamamilə qurtarmış olmasıdır. Xristianlıqda hələ də rəsmlərə, heykəllərə, əlamətlərə tapınarkən, İslamiyyətdə heç belə bir şey yoxdur. Bu da, İslamiyyətin nə qədər saf, nə qədər təmiz olduğunu göstərir.

Allahü təalanın rəsulu olan Muhamməd əleyhissalamın, sözləri və öyrətdiyi xüsuslar, heç bir dəyişiklik olunmadan günümüzə qədər gəlmişdir. Allah kəlamı olan Qurani-kərim isə, vəhy olunduğu kimi eynilə mühafizə edilmiş və Muhamməd əleyhissalam zamanındakı şəffaflığını əsla itirməmişdir. Xristianların, İsa əleyhissalamın dininə etdikləri kimi, İslam dininə bir çox yalan-yanlış xürafələr, əfsanələr qarışdırılmamışdır.

Məni müsəlman olmağa aparan səbəblərdən sonuncusu, İslamiyyətdə tapdığım mətanət və iradə gücü oldu. İslamiyyətdə yalnız ruhun deyil, eyni zamanda bədənin də təmiz olması əmr edilirdi. Yemək yeyərkən, tıxa-basa mədəni doldurmamaq, ildə bir ay oruc tutmaq, hər şeydə ölçülü hərəkət etmək, pul xərcləyərkən, nə artıq, nə əksik sərf etmək kimidir. Deyil bu gün, sabah da, bütün insanlara rəhbərlik edəcək xüsuslar, insanlara ən gözəl bir tərzdə aşılanırdı. Mən, müsəlman məmləkətlərinin demək olar ki, hamısını ziyarət etdim. İstanbulda, Şamda, Qüdsdə, Qahirədə, Əlcəzayirdə, Fasda və sair müsəlman şəhərlərində, bütün həqiqi müsəlmanların bu qaydalara riayət etdiklərini və bu səbəblə həyatda hüzura nail olduqlarını şəxsən gördüm.

Onların, Allahü təalanın yoluna girmək üçün bəzəklərə, rəsmlərə, heykəllərə, şamlara, musiqiyə və bənzəri şeylərə ehtiyacları yoxdur. Allahü təalanın qulu olduqlarını hiss etmələri və özlərini Ona təslim etmələri, onlara ən böyük mənəvi hüzur və səadəti, ləzzəti verirdi.

İslam dinindəki hürriyyət və müsavat [bərabərlik], məni daim özünə çəkmişdir. Müsəlmanlar arasında, ən yüksək bir vəzifə sahibilə ən kasıb bir kimsə, Allahü təalanın hüzurunda bərabərdir və bir-birinin qardaşı sayılır. Məsciddə, müsəlmanlar yan-yana ibadət edirlər. Vəzifə sahibi olanlar üçün ayrılmış, özəl yerlər yoxdur.

Müsəlmanlar, Allahü təala ilə qul arasında heç kimin olmadığına iman edirlər. Müsəlmanlıqda ibadət, Allahü təala ilə qul arasında olur. Günahlarını əfv etdirmək üçün, din adamlarına müraciət etmirlər. Hər müsəlman öz hərəkətindən, ancaq özü məsuldur.

Müsəlmanlar arasındakı qardaşlıq, mənə həyatda çox kərə yardımcı oldu. Bu din qardaşlığı da, məni müsəlmanlığa aparan amillərdən biridir. Hara getsəm, bir müsəlman qardaşımın mənə yardım edəcəyini və kədərimi mənimlə paylaşacağını bilirəm. Dünyada, irq, rəng və siyasi düşüncələri bir-birindən fərqli olan bütün müsəlmanlar, bir-birinin qardaşıdır və bir-birlərinə yardım etməyi özlərinə borc bilirlər

Budur, məni müsəlman edən səbəblər bunlardır. Görəsən bunlardan daha gözəl və ülvi [uca] bir səbəb düşünmək olarmı?


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину